Agrokimya
Satış üzrə mütəxəssis
Son tarix 04 iyl 2025 - [email protected]
Ünvan: BAKI ş., Yasamal r. , Şəfayət Mehdiyev 271 A.
Əsas vəzifə və öhdəliklər:
- Müştəri məmnuniyyətinin təmin olunması;
- Korporativ müştərilərlə bir başa, telefon, e-mail və digər elektron vasitələrlə əlaqə saxlanılması və cavablandırması, şirkət tərəfindən təqdim olunan məhsul barədə düzgün məlumat verilməsi;
- Müştərilərdən gündəlik sifarişlərin qəbul edilməsi və 1C proqramında sifarişlərin yazılması;
- Qiymət təklifinin hazırlanması;
- Müqavilənin tərtib olunması;
- Şirkətə müraciət edən müştərilərə yüksək keyfiyyətli xidmət göstərilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ yerinə yetirilməsi;
Namizədə tələblər:
- Xanım namizəd
- Satış sahəsində ən azı 1 il iş təcrübəsi; (arzuolunandır)
- Ali təhsil;
- Yüksək səviyyədə Azərbaycan dili (Rus və İngilis dil bilikləri arzuolunandır);
- Microsoft Excel proqramından sərbəst şəkildə istifadə (1C proqramı bilikləri üstünlükdür);
- Verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
- Yüksək ünsiyyətqurma və komanda ilə işləmək bacarığı;
İş şəraiti:
- İş saatı 9:00 –dan 18:00 -dək, Şənbə günü 9:00 -dan 13:00-dək
- İstirahət günü: Bazar
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- Nahar şirkət tərəfindən təmin edilir.
- Mobil telefon, korporotiv nömrə və aylıq mobil rabitə limiti şirkət tərəfindən təmin olunur.
- Əmək haqqı: 600-700 AZN-dən ( Namizədin bilik və təcrübəsinə əsasən Ə/M müəyyənləşəcək )
Maraqlanan namizədlər CV formalarını Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində vakansiyanın adını “Satış üzrə mütəxəssis” qeyd etməyiniz xahiş edilir, əks halda müraciətə baxılmayacaq).