AGRO-VEST RETAIL
İşə Qəbul üzrə Aparıcı Mütəxəssis
Son tarix 21 noy 2024 - [email protected]
İşçiyə qoyulan tələblər:
- Güclü ünsiyyət və interpersonal bacarıqlar.
- Analitik düşüncə və problem həll etmə bacarığı.
- Müxtəlif proqram təminatları (HR sistemləri, MS Office, etc.) ilə işləmək bacarığı.
- İnsan resursları qanunvericiliyi və tənzimləmələri barədə biliklər;
- Iş təcrübəsi - 2 il üzəri (İşə Qəbul istiqaməti üzrə);
- MS Excel bilikləri orta səviyyədə;
- Cins: Bəy namizəd;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; İngilis dili bilikləri üstünlükdür.
- Təhsil-ali (İnsan resursları, psixologiya, iş idarəçiliyi və ya müvafiq sahədə bakalavr dərəcəsi; magistr dərəcəsi üstünlükdür);
Vəzifə öhdəlikləri:
- Müvafiq vakansiyaların tələblərinə uyğun elanların yazılması və müxtəlif platformalarda yayımlanması.
- İndiki və gələcək ehtiyacları nəzərə alaraq, aktiv və passiv namizədlərin axtarılması və cəlb edilməsi.
- Gələn müraciətlərin ilkin qiymətləndirilməsi və uyğun namizədlərin seçilməsi.
- Namizədlərlə telefon və ya şəxsi müsahibələrin təşkil olunması, onların peşəkar bacarıqlarının və uyğunluqlarının qiymətləndirilməsi.
- Uğurlu namizədlərə təkliflərin hazırlanması və müzakirəsi.
- Yeni işçilərin təqdimatı, işə qəbul prosesinin yönləndirilməsi və inteqrasiya mərhələlərinin dəstəklənməsi.
- Namizəd məlumatlarının və müsahibə qeydlərinin sistematik saxlanması və müvafiq analizlərin aparılması.
- Təşkilatın işçi ehtiyaclarının müəyyən edilməsi və kadr strategiyasının inkişafına dəstək.
- Prosesin effektivliyini artırmaq üçün müvafiq statistikaların və hesabatların hazırlanması.
- HR komandası və digər departamentlərlə sıx əməkdaşlıq edərək işçi ehtiyaclarını müəyyənləşdirmək.
İş şərtləri:
- Əmək haqqı: 1400 AZN;
- Nahar şirkət tərəfindən təmin edilir
- İş vaxtı: 9.00 – 18.00
- İstirahət günləri: Şənbə və Bazar günü.
Maraqlananlar öz CV formalarını elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində ”İşə Qəbul üzrə Aparıcı Mütəxəssis” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır). Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.