“AGRİTEX” MMC
Mühasib
Son tarix 30 noy 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini və məlumatların operativ təqdim edilməsinə nəzarəti təmin etmək;
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələri təşkil etmək və uçot qaydalarına uyğun tərtib olunmasına nəzarət etmək;
- Elektron qaimə-fakturaları tərtib etmək və göndərmək;
- Tələb olunan mallar və xidmətlər üzrə müvafiq sənədləri hazırlamaq;
- Gündəlik qaimə və qəbzlərin işlənməsini və məlumatların uçot sisteminə daxil edilməsini təmin etmək;
- Mal-material və xidmətlər üzrə qəbul aktlarının, təhvil-təslim sənədlərinin və digər mühasibat sənədlərinin tərtibini və sistemə daxil edilməsini həyata keçirmək;
- Mühasibat uçotu və vergi qanunvericiliyində baş verən dəyişiklikləri izləmək və tətbiq etmək;
- Mühasibat sənədlərinin arxivləşdirilməsini və qorunmasını təmin etmək.
Namizədə dair əsas tələblər:
- Yaş həddi 22-40 yaş;
- Ali maliyyə bakalavr təhsili (magistr təhsili arzu olunandır);
- Mühasibat və maliyyə sahəsində minimum 1-3 il iş təcrübəsi;
- Azərbaycan Respublikası mülki, əmək üzrə biliklər;
- MS Office (Word, Excel) və 1C (8.3) proqramında sərbəst işləmək bacarığı;
- Analitik təhlil etmə qabiliyyəti;
- İşə yaradıcı və təşəbbüskar yanaşma;
- Bəy namizədlərə üstünlük verilir.
Əlavə məlumat:
- İş yerinin yerləşdiyi ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti Baku Olimpik Residence 189A
- İş rejimi: həftə içi 5 gün
- Əmək haqqı: 800–1000 AZN (müsahibə nəticəsinə əsasən müəyyən ediləcək)
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.


 
            
 
                            
                            
                        

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








