Agrarco
Baş mühasib
Son tarix 10 okt 2025 - Müraciət et
Təsvir
- Maliyyə intizamı və resursların səmərəli istifadəsinə yönəlmiş tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
 - Əsas vəsaitlərin, inventar maddələr və pul hesablarının hərəkətinə nəzarət etmək və sənədlərdə əks etdirmək;
 - Daxili uçot sənədlərini formalarla təmin etmək;
 - İş prosesinin təkmilləşdirilməsi və uçotun düzgün aparılması məqsədilə prosedurların hazırlanması;
 - Mütərəqqi forma və uçot üsullarının tətbiqi sahəsində işin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsi;
 - Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi (MV, ƏDV, ÖMV, torpaq, əmlak, Vahid bəyannamə, Statistika hesabatları və digər);
 - Tərtib edilmiş müqavilələrin mühasibat uçotu standartlarına, maliyyə hesabatlılığı prinsiplərinə və vergi qanunvericiliyinə uyğunluğunun yoxlanılması, habelə müqavilə şərtlərinin mühasibatlıq baxımından düzgün əks etdirilməsinin təmin edilməsi;
 - Subsidiya ilə bağlı bəyannamələrin yoxlanılması və bununla bağlı müvafiq işlərin icrası;
 - YGB-in konsiqnasiya olunması və araşdırılması;
 - Monitorinq məqsədilə regionlara planlı aylıq/rüblük ezamiyyətlərin həyata keçirilməsi və kassa qalıqlarının mütəmadi aktlaşdırılması.
 
Tələblər
- İqsadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə bakalavr dərəcəsi;
 - Peşəkar mühasib sertifikatı;
 - Maliyyə-mühasibat işi üzrə ümumilikdə 5, baş mühasib vəzifəsində 3 ildən az olmayaraq iş təcrübəsi;
 - Kənd təsərrüfatı müəssisələrində iş təcrübəsi üstünlük sayılacaq;
 - Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları;
 - MS Excel, 1C ERP və BTP proqramında sərbəst işləmək bacarığı;
 - Mühasibat uçotu, vergi və əmək qanunvericiliyi üzrə güclü biliklər.
 
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
 
İmtiyazlar
- Tibbi sığorta (ailə üzvləri də daxil olmaqla)
 - Korporativ nömrə
 - Təlim dəstəyi
 - Karyera yüksəlişi üçün şərait
 
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link üzərindən müraciət edə bilərlər.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







