Agha Financial Services MMC
Mühasib
Son tarix 02 sen 2025 - [email protected]
Əsas Tələblər
- Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və s.);
- Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
- Mühasib olaraq minimum 3 il iş təcrübəsi;
- MS Office, ən əsas MS Excel ilə işləmə bacarığının yüksək olması mütləqdir;
- PMS, (ACCA F3/FA) – Maliyyə uçotu sertifikatı arzuolunandır;
- Güclü analitik düşüncə və operativ qərarvermə bacarığı;
- 1C 8.3 işləmə bacarığı arzuolunandır
Vəzifə Öhdəlikləri:
- Rəsmi hesabatların (Vergi, DSMF, Statistika) hazırlanması (aylıq, rüblük və illik) və təqdim olunması;
- Elektron Qaimə Faktrura, Hesab Fakturalarının tərtib edilməsi və göndərilməsi;
- Dövlət orqanları ilə hesablaşma və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
- Vergi sistemində online kargüzarlığın izlənilməsi, vergi orqanları ilə yazışmaları aparılması və qanun tələblərinə uyğun düzgün və operativ təqdim olunmasını təmin etmək;
- Işçinin işə qəbul, işdən çıxarılması, əmək haqqının, əmək məzuniyyətinin, xəstəlik müavinətinin, analıq məzuniyyətinin və digər əməliyyatların yüksək bacarıqla aparılması və hesablanması;
- Daxil olan e-qaimələrin yoxlanılması üçün maila göndərilməsi və təsdiq edilməsi;
- Müəssisənin 1C və digər aidiyyatı informasiya məlumat bazasına muhasibat uçotu məlumatlarını vaxtında və düzgün işlənilməsinin təmini;
- Təhtəl hesablaşmalar üzrə əməliyyatlara nəzarət etmək və mühasibat uçotunda əks etdirmək;
- Ay sonu maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək.
- İdarəetmə hesabatlarının hazırlanması və təhlili
- Müəssisə resurslarının səmərəli idarə edilməsi üzrə təkliflərin verilməsi
- Maliyyə və mühasibatlıq proseslərinin/əməliyyatlarının idarə edilməsi və təkmilləşdirilməsi
Şəxsi keyfiyyətlər:
- Məsuliyyət, dürüstlük və etibarlılıq.
- Analitik düşüncə və problemləri həll etmə bacarığı;
- Dəqiqlik və detallara diqqət;
- Komandada işləmək və idarəetmə bacarığı;
- Stressə davamlılıq və operativ qərarvermə qabiliyyəti;
- Məsuliyyət, dürüstlük və etibarlılıq.
İş şəraiti:
- İş qrafiki: Həftə içi 5 gün saat 9:00-18:00, Şənbə 10:00-13:00 (zəruri olduğu hallarda)
- İş yeri: Bakı şəhəri, Əhməd Rəəcəbli küçəsi Çinar Park Bizness mərkəzi
- Əmək haqqı: 800 - 1500 AZN aralığı. Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun müəyyən ediləcək;
- Təlim və inkişaf imkanları;
- Stabil və dinamik iş mühiti
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.