AFB Bank
İnsan Resursları – Performansın idarəedilməsi üzrə aparıcı/baş mütəxəssis
Son tarix 28 avq 2025 - [email protected]
İnzibati idarəetmə strukturu
İş şəraiti
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus və ingilis dilini bilmək üstünlükdür;
- KPI metodologiyaları (SMART, OKR, Balanced Scorecard və s.) üzrə biliklər;
- Data analitikası və hesabat hazırlamaq bacarığı (Excel-tələb, Power BI və ya digər analitik alətlər-üstünlük verilir);
- Güclü analitik və nəzarət bacarığı;
- Komandada işləmə və yüksək kommunikasiya bacarığı.
İşin təsviri:
- Bankın performans qiymətləndirmə sisteminin (KPI-lar, OKR-lər və s.) hazırlanması, tətbiqi, nəzarəti və optimallaşdırılması;
- Müxtəlif struktur bölmələrlə əməkdaşlıq edərək fərdi və təşkilati KPI-ların müəyyən edilməsi, effektivliyinin ölçülməsi və analiz edilməsi;
- Dövri qiymətləndirmələrin (rüblük, illik) təşkili, nəticələrin analiz edilməsi və hesabatların hazırlanması;
- Performans qiymətləndirməsi üzrə məlumatların toplanması, təhlili və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
- Aşağı performans göstərən işçilər üçün inkişaf planlarının hazırlanması və izlənilməsi;
- KPI-ların bonus, motivasiya və mükafatlandırma sistemləri ilə əlaqələndirilməsi;
- Performans qiymətləndirməsi ilə bağlı əməkdaşların maarifləndirilməsi və sistemə inamın artırılması üçün təlimlərin təşkili;
- Performans idarəetməsi üzrə ən yaxşı təcrübələri araşdırmaq və uyğun şəkildə şirkətə inteqrasiya etmək;
- Performans qiymətləndirmə proseslərinin daha səmərəli olması üçün müvafiq HR texnologiyalarının tətbiqi və optimallaşdırılması;
- Strateji HR qərarlarında iştirak edərək, şirkətin biznes məqsədlərinə uyğun performans idarəetmə modelinin inkişaf etdirilmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Performansın idarəedilməsi üzrə aparıcı/baş mütəxəssis” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.
İT strukturunun mütəxəssisi\aparıcı mütəxəssisi (İOS Developer)
Son tarix 28 avq 2025 - [email protected]
İş şəraiti:
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- IOS proqramlaşdırma üzrə iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan və orta səviyyədə Rus, İngilis dili bilikləri;
- Swift üzrə dərin biliklər;
- İOS Framework-un (Core Data və Core Animation) bilikləri;
- Cocoa Touch ilə işləyə bilmək;
- GİT ilə geniş təcrübə;
- Əla səviyyədə Azərbaycan və orta səviyyədə Rus, İngilis dili bilikləri.
İşin təsviri:
- Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
- Apple’ın iOS platforması üçün yeni tətbiqi mobil proqramlar, modulların işlənib hazırlaması;
- Texniki xüsusiyyətlərə uyğun proqramın (application) keyfiyyəti və performansının təmin edilməsi;
- IOS proqramlaşdırma üzrə minimum 3 il iş təcrübəsi;
- Swift üzrə dərin biliklərə sahib olmaq;
- iOS Framework-un (Core Data və Core Animation) dərin bilik və təcrübə olması;
- Fərqli design pattern-lərdən istifadə üzrə praktiki təcrübə;
- Unit və UI testlərin yazılmasında təcrübə;
- iOS-da multithreading ilə praktiki təcrübə, thread-lər ilə rahat işləmək bacarığı;
- REST API və JSON struktur ilə iş təcrübəsi;
- Cocoa Touch ilə işləyə bilmək;
- GİT ilə geniş təcrübə;
- Apple Human interface guidelines haqqında məlumatlı olmaq;
- OOP prinsiplərini dərindən bilmək;
- Tapşırığın vaxtında və düzgün həlli üçün analitik yanaşma bacarığı.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İOS Developer” qeyd edərək Müraciət Et düyməsində yerləşən elektron poçt ünvanına göndərməyini xahiş edirik.
İT strukturunun mütəxəssisi\aparıcı mütəxəssisi (Android Developer)
Son tarix 28 avq 2025 - [email protected]
İş şəraiti
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Android SDK dərin biliklər, REST və JSON ilə iş təcrübəsi;
- Üçüncü tərəf paketlər (libraries) ilə və APİ ilə dərin iş təcrübəsi;
- Tam mobil inkişaf dövrünün ( full mobile development lifecycle) möhkəm başa düşülməli;
- Google Android dizayn prinsiplərini və proqramın interfeysi qaydaları haqqında dərin biliklər;
- Git kod versiya vasitələrində bilik və təcrübə olmalı;
- SFDC framework, Apex, VisualForce bilikləri;
- Git kod versiya vasitələrində bilik və təcrübə;
- Push notifications, APİs və cloud messaging bilikləri;
- Əla səviyyədə Azərbaycan və orta səviyyədə Rus, İngilis dili bilikləri.
İşin təsviri:
- Android platforması üçün yeni tətbiq proqramları, modulların işlənib hazırlanmasında iştirak etmək;
- Yeni tətbiq olunan mobil proqramları test edib məlumat vermək və aşkar edilmiş səhvləri düzətlmək;
- Proqram xüusiyyətlərini ( Application features) müəyyənləşdirilməsində iştirak etmək;
- Texniki xüsusiyyətlərə uyğun proqramın (application) keyfiyyəti və performansını təmin etmək;
- Potensial problemləri müəyyənləşdirmək və proqramın (applicationun) problemlərini həll etmək;
- Hər buraxılışdan (release) əvvəl tətbiqin (application) səhvlərini düzəltmək;
- Google Play Store-da proqramın tətbiqini etmək (application publishing);
- Proqramın yenilənmələrini tətbiq etmək;
- Yeni mobil proqram tətbiqində mobil qruplarda iştirak etmək;
- Yeni tətbiq olunmuş mobil proqram üçün texniki sənədlərin hazırlanmasında iştirak etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Android Developer” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.
Rəqəmsal Bankçılıq strukturunun mütəxəssis\aparıcı mütəxəssisi (Data mühəndisi)
Son tarix 28 avq 2025 - [email protected]
İş şəraiti:
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri
Namizədə dair tələblər:
- Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri və ya əlaqəli sahələr üzrə);
- Müvafiq sahədə 1-3 il iş təcrübəsi;
- Verilənlər bazaları ilə iş təcrübəsi (Oracle, PostgreSQL);
- ETL (Extract, Transform, Load) prosesləri ilə işləmə təcrübəsi;
- API, FTP, SFTP üzərindən sistem inteqrasiyası sahəsində bilik və praktiki bacarıq;
- Python və PowerShell ilə avtomatlaşdırma və texniki həllərin hazırlanması bacarığı;
- Texniki sənədlərin hazırlanması və sənədləşmə standartlarına uyğun işləmək bacarığı;
- Proses yönümlü düşüncə və operativ qərarvermə qabiliyyəti;
- Problemlərin təhlili və effektiv həll yollarının tapılması bacarığı;
- Yüksək kommunikasiya və komandada işləmə bacarığı;
- Əla səviyyədə Azərbaycan və orta səviyyədə Rus, İngilis dili bilikləri.
İşin təsviri:
- Məlumatların müxtəlif mənbələrdən toplanması. Transformasiyası və məlumat anbarına inteqrasiyası üçün ETL proseslərinin hazırlnması və avtomatlaşdırılması;
- Oracle və digər verilənlər bazasında performanslı və optimallaşdırılmış məlumat strukturlarının qurulması və saxlanılması;
- Data pipeline –ların və gündəlik məlumat axınlarının Python və digər skript dilləri ilə avtomatlaşdırılması və montorinqi ;
- Verilənlərin düzgünlüyünü, tamlığını vı aktuallığını təmin etmək məqsədilə məlumat keyfiyyəti qaydalarının tətbiqi və nəzarəti;
- Məlumat anbarı ( DWH) və analitik məqsədlər üçün uyğun məlumat modellərinin hazırlanması və dəstəklənməsi;
- Məlumatların məxfiliyi və təhlükəsizlik prinsiplərinə uyğun saxlanması və ötürülməsi;
- Data Governance təşəbbüslərinə texniki dəstək verilməsi və sistemlərarası məlumat xəritələrinin ( data mapping) hazırlanması;
- İT, analitik və digər biznes komandaları ilə əməkdaşlıq edərək məlumat əsaslı layihələrin texniki icrasını təmin etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Data mühəndisi” qeyd edərək Müraciət Et düyməsində yerləşən elektron poçt ünvanına göndərməyini xahiş edirik.
Texniki dəstək üzrə kiçik mütəxəssis
Son tarix 28 avq 2025 - [email protected]
İT strukturu
İş şəraiti
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil (texniki sahə üzrə üstünlükdür);
- Proses yönümlü düşüncə və analitik yanaşma bacarığı;
- Azərbaycan dilini mükəmməl, ingilis dilini ən azı texniki səviyyədə bilmək;
- Şəbəkə texnologiyaları sahəsində ilkin biliklərə malik olmaq;
- Yeni bilikləri tez mənimsəmək və komandada işləmə bacarığı;
İşin təsviri:
- İstifadəçi kompüterləri, printerlər, proqram təminatıvə şəbəəkə ilə bağlı sadə problemləri aradan qaldırmaq;
- İT avadanlıqlarını qoşub və konfiqurasiya etmək;
- Printer, skaner, proyektor və digər periferik avadanlıqların sazlanması;
- Kompüter və avadanlıqların uçotu və inventar məlumatların yenilənməsi;
- Telefon, e- poçt və daxili bilet vasitəsilə daxil olan müraciətləri qəbul etmək;
- Şöbə rəhbərinin digər aidiyyəti tapşırıqlarını yerinə yetirmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Texniki dəstək üzrə kiçik mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.
Ödəniş sistemlərinə xidmət və sertifikasiya
Son tarix 28 avq 2025 - [email protected]
İT strukturu
İş şəraiti
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil (maliyyə, informasiya texnologiyaları və ya əlaqəli sahə üstünlük təşkil edir);
- Ödəniş sistemləri sahəsində minimum 1 il iş təcrübəsi;
- Məsuliyyətli, təşəbbüskar və yüksək qərar vermə qabiliyyəti;
- Güclü idarəetmə və ünsiyyət bacarığı;
- Azərbaycan dilində əla səviyyədə danışıq və yazı bacarığı;
- İngilis və Rus dillərində səlis ünsiyyət bacarığı;
İşin təsviri:
- Windows sistemlərinin idarəsi və konfiqurasiyası;
- Microsoft Windows Server 2012 R2; Microsoft Windows Server 2016; Microsoft Windows Server 2019;
- Sürətli pul köçürmələri ( WU, Zoltaya Korona və.s ) sistemləri ürzə texniki biliklər və təcrübə;
- Ödəniş sistemləri üzrə ( SWIFT, AZIPS,XÖHKS və.s) ümumi biliklər;
- Ödəniş sistemləri və sürətli pul köçürmələri sistemləri üzrə proqram təminatının istifadəçilərin kompüterlərində quraşdırılmasını təmin etmək;
- Bankın struktur bölmələrində ödəniş sistemləri və sürətli pul köçürmələri sisitemləri üzrə texniki işləri yerinə yetirmək;
- Ödəniş sistemlərinə aid kompüter avadanlıqları və proqram təminatlarına texniki xidmət göstərmək və yaranmış qüsurları arardan qaldırmaq;
- Mərkəzi bankın bank sertifikat xidmətləri mərkəzinin ( BSXM) elektron imzalarının bankda tətbiqi və istifadəsi ilə bağlı işləri yerinə yetirmək;
- Ödəniş sistemlərinin daimi işlək vəziyyət olmasını təmin etmək;
- Ödəniş sistemlərinin bankın daxili qaydaları və əmrləri əasasında təhlükəsiz fəaliyyətini təmin etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Ödəniş sistemlərinə xidmət və sertifikasiya üzrə mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.
Rəqəmsal bankçılıq strukturunun mütəxəssisi\aparıcı mütəxəssisi (Data analitik)
Son tarix 28 avq 2025 - [email protected]
İş şəraiti:
- Rəqəmsal bankçılıq strukturu
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri
Namizədə dair tələblər:
- Ali təhsil (maliyyə, informasiya texnologiyaları və ya əlaqəli sahə üstünlük təşkil edir);
- 1-3 il müvafiq sahədə iş təcrübəsi;
- Analitik düşüncə və məlumatların təmizlənməsi, keyfiyyət yoxlanması üzrə bacarıqlar;
- Məlumatların vizuallaşdırılması bacarığı (Power BI, Excel və digər analitik alətlər);
- SQL və Python proqramlaşdırma dillərində bilik və təcrübə;
- Proses yönümlü yanaşma və problemlərin həllində effektivlik;
- Güclü kommunikasiya və komanda ilə əməkdaşlıq bacarığı;
- Əla səviyyədə Azərbaycan və orta səviyyədə Rus, İngilis dili bilikləri.
İşin təsviri:
- Verilənlərin toplanması, təhlili və təmizlənməsi üzrə işlərin həyata keçirilməsi; müxtəlif mənbələrdən əldə olunan məlumatların uyğun formatlara salınması və emal olunması;
- SQL və Python vasitəsilə verilənlər üzərində sorğuların, analizlərin və avtomatlaşdırılmış skriptlərin hazırlanması;
- Power BI v Python kitabxanaları (Pandas, Matplotlib, Seaborn və. S) ilə dashboard və vizual hesabatların hazırlanması, rəhbərliyə və aidiyyəti şöbələrə təqdim olunması;
- Məlumat keyfiyyətinin təmin olunması və məlumatlarda boşluq, təkrarlanma, uyğunsuzluq kimi problemlərin aşkarlanaraq aradan qaldırılması;
- Data Governance və Data Quality təşəbbüsərində iştirak; bankın məlumatların idarə olunması strategiyasına uğun hərəkət etmək;
- Müştəri davranışları, məhsul performansı və əməliyyat göstəriciləri üzrə təhlillərin aparılması və nəticələrə əsaslanan tövsiyyələrin hazırlanması;
- Departamentlərarası əməkdaşlıq çərçivəsində İT, risk, satış və digər komandalarla işləyərək onların data tələblərinə dəstək göstərilməsi;
- Verilənlərə əsaslanan qərarvermə proseslərinin gücləndirilməsi üçün analitik yanaşmanın təşkilat daxilində təşviq olunması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Data Analitik” qeyd edərək Müraciət Et düyməsində yerləşən elektron poçt ünvanına göndərməyini xahiş edirik.
Mikro kreditlər üzrə Kiçik mütəxəssis/Mütəxəssis/Aparıcı Mütəxəssis/Baş Mütəxəssis
Son tarix 28 avq 2025 - [email protected]
İş şəraiti
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı, Sumqayıt, Qəbələ, Gəncə şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dilini bilmək arzu olunandır;
- MS Office proqramlarında işləmək bacarığı;
- Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
- Məsuliyyətlilik və dəqiqlik.
İşin təsviri:
- Mikro və Aqro kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasının təmin edilməsi;
- Ərazi üzrə bank məhsullarının potensial müştərilərə çatdırılmasının təmin edilməsi;
- Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
- Keyfiyyətli kredit portfelinin formalaşdırılması və portfelin idarə edilməsi;
- Bankdaxili prosedurlara uyğun olaraq kredit müraciətlərinin kameral və səyyar monitorinqinin aparılması;
- Ümumi fəaliyyətə dair hesabatların hazırlanması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Mikro kreditlər üzrə Kiçik mütəxəssis/Mütəxəssis/Aparıcı Mütəxəssis/Baş Mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.
Aparıcı/Baş auditor
Son tarix 28 avq 2025 - [email protected]
İş şəraiti:
- Daxili audit strukturu
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri
Namizədə dair tələblər:
- Ali iqtisadi və ya riyazi təhsil,
- Bank auditi sahəsində 2-3 illik təcrübə,
- Azərbaycan dili - mükəmməl, ingilis və rus dili - yaxşı səviyyədə bilmək,
- Audit tapşırıqlarının icra edilməsi üzrə üsul və metodların tətbiqinə dair praktiki bilik və bacarıqlar,
- Bank əməliyyatları və biznes proseslər haqqında peşəkar biliklər,
- Bank qanunvericiliyi və digər qanuvericilik aktları üzrə biliklər,
- Maliyyə hesabatları üzrə təhlil etmə bacarığı, mühasibat yazılışları haqqında bilklər,
- MS Office proqramları üzrə (xüsusi ilə Excel) yüksək səviyyəli praktiki bacarıqlar (SQL üzrə bilik və bacarıqların olması üstünlükdür),
- Beynəlxalq Daxili Audit standartları, Daxili audit etikası (Beynəlxalq dərəcəli sertifikatın olması üstünlükdür) üzrə peşəkar biliklər,
- Risklərin idarə olunması sistemi (ERM), Nəzarət modelləri (məs,COSO) və Korporativ idarəetmə standartları üzrə peşəkar biliklər.
İşin təsviri:
- Beynəlxalq Daxili Audit standartları, Daxili Audit etikası ( Beynəlxalq dərəcəli sertifikatın olması üstünlükdür) üzrə peşəkar bilikər,
- Risklərin idarə olunması sistemi (ERM), Nəzarət modelləri ( Məs, COSO) və Korporativ idarəetmə standartları üzrə peşəkar bilikər,
- Audit tapşırıqlarının icra edilməsi üzrə üsul və metodların tətbiqinə dair praktiki bilik və bacarıqlar,
- Bank əməliyyatları və biznes proseslər haqqında peşəkar biliklər,
- Bank qanunvericiiyi və digər qanunvericilik aktları üzrə biliklər,
- Maliyyə hesabatları üzrə təhliletmə bacarığı, mühasibat yazılışları haqqında biliklər,
- Avtomatlaşdırılmış Bank İnformasiya sistemindən )ABİS) əldə olunan iri həcmli məlumatlarrı təhlil etmə bacarığı,
- Effektiv şifahi və yazılı kommunikasiya qurmaq o, cümlədən audit hesabatlarının və təqdimatlarının hazırlanması üzrə biliklər,
- Komandada işləmə bacarığı, təşəbbüskarlq, öz bilik və bacarıqlarını davamlı inkişaf etdirmək istəyinin olması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Aparıcı/Baş auditor” qeyd edərək Müraciət Et düyməsində yerləşən elektron poçt ünvanına göndərməyini xahiş edirik.
Qrafik dizayner
Son tarix 28 avq 2025 - [email protected]
İş şəraiti
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil (dizayn və ya əlaqəli sahə üzrə üstünlük verilir);
- Qrafik dizayn sahəsində minimum 2 il iş təcrübəsi;
- Kreativ və sürətli düşünmə qabiliyyəti;
- Müasir dizayn trendlərini izləmə və tətbiq etmə bacarığı;
- Adobe Photoshop və Adobe Illustrator proqramlarında yüksək səviyyədə bacarıq;
- Bank sektoru haqqında məlumatlılıq və müasir reklam trendlərindən xəbərdar olmaq;
- Proses yönümlü və nəticəyə fokuslanmış iş prinsipi;
- Kollektivdə effektiv əməkdaşlıq və ünsiyyət qurma bacarığı;
- Azərbaycan dilində əla səviyyədə danışıq və yazı bacarığı.
İşin təsviri:
- Sosial media: Şirkətin sosial media hesabları üçün yaradıcı və cəlbedici postların hazırlanması;
- Promo məhsulların dizaynı: Reklam və tanıtım məqsədli promo məhsulların dizayn edilməsi;
- Korporativ üslubun inkişafı: Şirkətin korporativ üslubuna uyğun yeni marka və etiketlərin hazırlanması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Qrafik dizayner” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.
Xəzinədarlıq üzrə mütəxəssis
Son tarix 28 avq 2025 - [email protected]
İş şəraiti:
- Xəzinədarlıq, Nağd əməliyyatlar və İnkassasiya strukturu
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil (Maliyyə və iqtisad sahəsi üzrə);
- Bank sektorunda müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- Azərbaycan dili - mükəmməl, ingilis və rus dili - yaxşı səviyyədə bilmək;
- MS Office proqramlarında işləmək bacarığı, Excel yüksək səviyyədə bilmək;
- Ünsiyyət qurmaq və komanda da işləmək bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti.
İşin təsviri:
- Likvid vəsaitlərin cəlb edilməsi və yerləşdirilməsinə dəstək olmaq;
- Valyuta mövqeyinə nəzarət etmək;
- Gündəlik və digər tələb edilən analitik hesabatların hazırlanması;
- Filial və şöbələrdən daxil olan sifarişlərin icrasına dəstək olmaq;
- Beynəlxalq maliyyə insitutları ilə əməkdaşlıq etmə bacarığı;
- FX, depozit/kredit, qiymətli kağız əməliyyatları ilə işləmə bacarığı;
- Əməliyyatların ABS sisteminə daxil edilməsi, lazımi sənədlərin hazırlanıb aidiyyatı strukturlara ötürülməsi;
- Kassa qalıqlarına gündəlik nəzarəti həyata keçirmək;
- Valyuta bazarlarındakı dəyişiklikləri izləmək və Bankın alış-satış məzənnələrini buna uyğunlaşdırılması barədə tövsiyyələr vermək;
- İcra edilmiş əqdlərin reysterini aparmaq;
- Sahənin fəaliyyətinə aid olan Bank ABS-də yenilənmələr, təkmilləşdirmələr üzrə test işlərinin aparılması;
- Mərkəzi Banka təqdim edilən hesabatların hazırlanmasında dəstək olmalıdır.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Xəzinədarlıq üzrə mütəxəssis” qeyd edərək Müraciət Et düyməsində yerləşənelektron ünvanına göndərməyini xahiş edirik.
İT strukturunun mütəxəssisi\aparıcı mütəxəssisi (İT Analitik)
Son tarix 28 avq 2025 - [email protected]
İş şəraiti
- iş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil (İT, Biznes, Kompüter Elmləri və s.);
- Minimum 2 illik bank və ya fintech şirkətində İT/Sistem Analitik iş təcrübəsi;
- Proses yönümlü yanaşma (BPMN, UML modelləşdirmə);
- UAT (User Acceptance Testing) koordinasiyası və həyata keçirilməsi;
- API dizaynı və sənədləşməsi – REST/SOAP, JSON/XML formatlarında təcrübə;
- Versiya nəzarəti və əməkdaşlıq alətləri – Git, JIRA, Confluence;
- Docker əsasları və CI/CD prinsipləri;
- Azərbaycan dili – əla səviyyədə, İngilis və rus dilləri səlis;
- CBAP (Certified Business Analysis Professional);
- PMI‑PBA (Professional in Business Analysis);
- ITIL (İT xidmətlərinin idarə edilməsi);
- Scrum Master (Agile layihə idarəçiliyi);
- Güclü analitik və kritik düşüncə;
- Problemlərin tanınması və həlli bacarığı;
- Komanda işi və biznes tərəfdaşlarla effektiv ünsiyyət;
- Layihələri vaxtında və səmərəli idarəetmə bacarığı;
İşin təsviri:
- Mobil bankçılıq ( İOS, Android) və internet benkçılıq modulları üçün BRD / FRD / API spesifikasiyaları hazırlamaq;
- On premise core banking (Oracle FlexCube/ Temenos / SAP Banking və.s) üzərində yeni funksionallıq üçün gap- analiz aparmaq, interfeys tələblərini müəyyənləşdirmək;
- Core banking, middleware ESB, Redis/ Message Queue və mobil backend ( Spring Boot) arasında REST/ SOAP, GRPC, İSO 8583 inteqrasiyalarını modelləşdirmək;
- Kart prosessinq mərkəzi, ödəniş şlüzləri, scoring mühərriki, EKYC platforması kimi bağlı sistemlər üçün adapter dizaynı və data - flow diaqramları tərtib etmək;
- Stateless microservice strategiyasına keçid üçün mövcud monolit modulların parçalanma planını hazırlamaq;
- Mobil SDK -lar ( Push Notification, Biometrics, EKYC) inteqrasiyası üzrə tələbləri müəyyənləşdirmək və dev komandasına ötürmək;
- App Store / Google Play təhlükəsizlik check -listini (OWASP MASVS) izləmək, CI/ CD pipeline-da ( Fastlane , GitLab etc.) versiya artefaktlarının idarəsini təmin etmək;
- System Intergration Test ( SIT ) və User Acceptance Test ( UAT) ssenariləri hazırlamaq; mobil-core end-to- end scriptləri, regresiya test set-ləri yaratmaq;
- Blue/Green və ya Canary release modellərinə uyğun buraxılış planı tərtib etmək; rollback kriteriyalarını sənədləşdirmək;
- Core-mobil tranzaksiyalar üçün APM ( Elastic, Grafana, Prometheus) metriklərini qurmaq, 95/99-cu percentil gecikmə limitlərini təyin etmək;
- Load / stress testləri (JMeter, k6) ssenarilərini hazırlayıb infrastruktura tövsiyyələr vermək;
- PCI DSS, FMMK, ARMB “Kiber-Təhlükəsizlik Standartı” tələblərimə uyğun data şifrələmə, maskalama və RBAC qaydalarının tətbiqinə nəzarət;
- Mobil tətbiq üçün root/ jailbreak deteksiya, certificate pinning, JWT token lifecycles kimi təhlükəsizlik qatlarını spesifikasiyaya salmaq;
- ARMB, MMX, AML/KYC prosesləri üzrə core- banking və mobil log toplama formatlarını müəyyənləşdirib audit izləri təmin etmək;
- Dəyişikliklərin Change Advisory Board (CAB) protokollarına uyğun sənədləşməsi və təsdiqi;
- Scrum/ Kanban görüşlərində PO, mobik / backend dev, QA, DevOps komandaları ilə definition -of- ready və definition -of- done kriteriyalarını razılaşdırmaq;
- JIRA -da epic, story, sub-task hierarxiyasını qurmaq : Confluence -də “ İnteqrasiya Wiki” bölməsini aktual saxlamaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İT Analitik” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt elektron ünvanına göndərməyini xahiş edirik.
Məhsulyaratma üzrə mütəxəssis/aparıcı/baş mütəxəssis
Son tarix 28 avq 2025 - [email protected]
İş barədə məlumat:
- Satış strukturu
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bankda müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
- Strateji və yüksək analitik düşüncə;
- Planlaşdırma bacarıqları;
- MS Office proqramları üzrə (əsasən) Excel və Power Point) yüksək səviyyədə biliklər;
- SQL proqlaşdırma dili üzrə biliyə malik olan şəxslərə üstünlük verilir.
İşin təsviri:
- Bazarı araşdırmaq, pərakəndə müştərilərin ehtiyaclarını müəyyənləşdirmək, bu məqsədlə müştərilərlə görüşləri aparmaq və təkmilləşdirilmiş müştəri təcrübəsinə nail olmaq;
- Məhsulun yaradılması üzrə xərc/gəlirlərin hesablanması və təhlililni aparmaq;
- Məhsulun yol xəritəsini (roadmap) hazırlamaq;
- Seqment müştərilərinin ehtiyaclarına cavab verən məhsul və xidmətləri komanda ilə birgə hazırlamaq;
- Məhsul boşluqlarını müəyyənləşdirmək və onların aradan qaldırılmasını təmin etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Məhsulyaratma üzrə mütəxəssis/aparıcı/baş mütəxəssis” qeyd edərək Müraciət Et düyməsində yerləşən elektron poçt ünvanına göndərməyini xahiş edirik.
Kassir (Gəncə)
Son tarix 28 avq 2025 - [email protected]
İş qrafiki: 09:00 - 17:00 (Bazar ertəsi – Şənbə)
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank və ya bank olmayan kredit təşkilatında 1 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı , ingilis və rus dilini bilmək arzu olunandır;
- Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- İntensiv rejimdə işləmək bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
İşin təsviri:
- Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
- Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
- Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
- Dövriyyəyə yararsız pul əskinazlarının qəbul edilməsini və dəyişdirilməsini həyata keçirmək;
- Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq;
- Müştərilərə çek kitabçalarını vermək;
- Filialda nağd pul və digər qiymətlilərin gündəlik uçotunu və hesabatını aparmaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kassir (Gəncə)” qeyd edərək Müraciət Et düyməsində yerləşən elektron poçt ünvanına göndərməyini xahiş edirik.