AFB Bank
Korporativ kreditlər üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis
Son tarix 01 dek 2024 - [email protected]
Satış strukturu
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- Bank qanunvericiliyi bilikləri;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı;
- Analitik təhlil, ünsiyyət və komandada işləmək bacarığı;
- MS Office proqramlarında (MS Excel, MS Word) işləmək bacarığı;
- Məsuliyyətlilik və dəqiqlik.
İşin təsviri:
- Bankın kredit məhsullarının təşviqatını aparmaq, onlara dair müştərilərin tələb, təklif və arzularını öyrənərək təhlil etmək və filialın maksimal gəlir əldə etməsi üçün bu barədə müvafiq təkliflərlə çıxış etmək;
- Bankın kredit məhsullarının satışını təşkil etmək, müştəri cəlbi ilə birbaşa məşğul olmaq və müştərilərlə müvafiq danışıqları aparmaq;
- Korporativ və KOS (SME) kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasını təmin etmək;
- Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
- Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək;
- Bankdaxili prosedurlara uyğun olaraq həm yeni kredit müraciətləri üzrə, həm də verilmiş kreditlər üzrə kameral və səyyar monitorinqləri həyata keçirmək;
- Bankdaxili prosedurlara uyğun olaraq problemli kreditlərin idarə olunmasını və ödənilməsini təşkil etmək;
- Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.
Təhlil və analitika üzrə baş mütəxəssis
Son tarix 01 dek 2024 - [email protected]
İT strukturu
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Analitika və bank sahəsində ən azı 3 il iş təcrübəsi;
- Proqramlaşdırma sahəsində biliklər (PL/SQL);
- Test alətləri ilə işləmə bacarığı (Postman, Soap Uİ və s.);
- BƏS, İnternet Bankçılıq və Mobile Bankçılıq sahəsində biliklər (GNİ biliklərinin olması üstünlükdür).
İşin təsviri:
- Müvafiq sahələrlə birlikdə yeni bank məhsulu üzrə bank proqramlarından istifadə prosedurlarının hazırlanmasında, test olunmasında iştirak etmək;
- Yeni rəqəmsal məhsulun/layihənin tətbiqi prosesində iştirak etmək və testlərini icra etmək;
- İnternet Bankçılıq və Bankın Mobile Bankçılıq üzrə yeni funksiyaların əlavə edilməsində və yeni modulların yaradılmasında iştirak edir və icra etmək;
- Müvafiq sahələrlə birlikdə İnternet Bankçılıq/Mobile Bankçılıq yeni rəqəmsal məhsul üçün Texniki Tapşırıq ilkin təhlilini hazırlamaq və yekun sənəd hazırlanmasında iştirak etmək;
- Xarici proqram təminatı ilə və 3-cü tərəf ilə (vendor) inteqrasiya prosesində iştirak etmək;
- Yeni tətbiqi proqramlar və modulların alınmasında iştirak etmək;
- Yeni proqram tətbiqində layihə qruplarında iştirak etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Təhlil və analitika üzrə baş mütəxəssis” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.
Məlumat Mərkəzi üzrə mütəxəssis
Son tarix 01 dek 2024 - [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan və Rus dillərində sərbəst danışmaq, İngilis dili biliyi arzu olunandır;
- Ünsiyyət və komandada işləmək bacarığı;
- MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və operativlik;
- Problem həll etmə bacarığı.
İşin təsviri:
- Məlumat Mərkəzinə daxil olan zənglərin cavablandırılması, satış və kampaniyalar haqqında müştərilərə ətraflı məlumatların verilməsi;
- Müştərilərin bank, bank məhsulları, xidmətləri və əməliyyatları üzrə yaranan suallarını operativ, düzgün və səlis şəkildə cavablandırılması;
- Gün ərzində daxil olan zənglərin qeydiyyatının aparılması;
- Məlumat Mərkəzinə e-mail vasitəsilə daxil olan ərizə və ya şikayətlərin araşdırılması, aidiyyatı şöbəyə yönləndirilməsi və nəticə barədə müştərinin məlumatlandırılması;
- Sosial şəbəkələrdə rəylərin və ismarıcların cavablandırılması;
- Müştərilərin hesabları ilə bağlı müxtəlif əməliyyatların icra edilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Məlumat Mərkəzi üzrə mütəxəssis” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.
Ödəniş kartları üzrə baş mütəxəssis
Son tarix 01 dek 2024 - [email protected]
Əməliyyatlar strukturu
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Yüksək səviyyədə Azərbaycan, Rus və İngilis dili bilikləri;
- MS Office (MS Word, MS Excel, Outlook) proqramları üzrə biliklər;
- Sahə üzrə sertifikatların olması üstünlükdür;
- Beynəlxalq kart ödəniş sistemləri ilə iş təcrübəsi;
- Normativ sənədləri bilmək.
İşin təsviri:
- Yeni layihələr üzrə klirinq əməliyyatlarının aparılması, hesablaşmaların icrası, lazımi müxabirləşmələrin verilməsi;
- Kart əməliyyatlarına nəzarət üçün risk monitorinq sisteminin qurulmasının təşkili və əməliyyatların nəzarətdə saxlanması;
- Charge Back sorğuların araşdırılması, vəsaitlərin geri qaytarılmasına dair müvafiq instansiyalara müraciətlərin təmin olunması, müvafiq hallarda vəsaitin geri qaytarılmasına nəzarət;
- VİSA və MaterCard ödəniş sistemləri ilə əməkdaşlığın inkişafı, yeni layihələrin müəyyənləşdirilməsi və tətbiqi;
- VİSA və MaterCard üzrə aylıq, rüblük hesabatların hazırlanması və sistemə daxil edilməsi;
- E-commerce əməliyyatları üzrə müxabirləşmələrin verilməsi;
- Gündəlik klirinq üzrə fərqlərin araşdırılması;
- Azericard, VİSA və MasterCard üzrə hesab-fakturaların təhlili, icrası, klirinqin aparılması;
- Layihələrin icrası əsasında klirinq əməliyyatlarının aparılması, üzləşmələrin aparılması, əməliyyatların təhlili;
- Kart məhsuluna aid bütün biznes və bankdaxili proseslərin müəyyənləşdirilməsində və tətbiqində iştirak etmək;
- Kartların sistemdə filiallar üzrə tanıdılması, kart qalıqlarına nəzarət.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Ödəniş kartları üzrə baş mütəxəssis” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.
Əməliyyatçı
Son tarix 01 dek 2024 - [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı və Sumqayıt şəhərləri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dilində sərbəst danışıq bacarığı ,ingilis dilini bilmək arzu olunandır;
- MS Office proqramlarında işləmək bacarığı;
- Yüksək səviyyədə ünsiyyət bacarıqları;
- Komandada işləmək bacarığı.
İşin təsviri:
- Müştərilərə bankın məhsul və xidmətləri barədə məlumat verilməsi və satışının həyata keçirilməsi;
- Müştərilərə onların istəklərinə və qanunvericiliyə uyğun olaraq bank hesablarının açılması, bu hesablar üzrə əməliyyatların həyata keçirilməsi;
- Müxtəlif xidmət sahələri (əmanət, bank kartları, qiymətli metallar, pul köçürmələri və bank seyfi ilə bağlı əməliyyatlar) üzrə müştərilərin müraciətlərini qəbul etmək və müvafiq əməliyyatları həyata keçirmək;
- Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərilməsi;
- Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
- Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq;
- Müştərilərin hesabları üzrə tələb etdikləri məlumat və sənədləri hazırlayıb təqdim etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Əməliyyatçı” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.
Mikro kreditlər üzrə mütəxəssis (Sumqayıt filialı)
Son tarix 01 dek 2024 - [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Sumqayıt şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dilini bilmək arzu olunandır;
- MS Office proqramlarında işləmək bacarığı;
- Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
- Məsuliyyətlilik və dəqiqlik.
İşin təsviri:
- Mikro və Aqro kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasının təmin edilməsi;
- Ərazi üzrə bank məhsullarının potensial müştərilərə çatdırılmasının təmin edilməsi;
- Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
- Keyfiyyətli kredit portfelinin formalaşdırılması və portfelin idarə edilməsi;
- Bankdaxili prosedurlara uyğun olaraq kredit müraciətlərinin kameral və səyyar monitorinqinin aparılması;
- Ümumi fəaliyyətə dair hesabatların hazırlanması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Mikro kreditlər üzrə mütəxəssis (Sumqayıt filialı)” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.