AFB Bank
Əməliyyatçı
Son tarix 18 sen 2023 - [email protected]
Ünvan: Bakı ş., Qaradağ r-nu, Lökbatan qəs., Xocasən yolu 57
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dilində sərbəst danışıq bacarığı ,ingilis dilini bilmək arzu olunandır;
- MS Office proqramlarında işləmək bacarığı;
- Yüksək səviyyədə ünsiyyət bacarıqları;
- Komandada işləmək bacarığı.
İşin təviri:
- Müştərilərə bankın məhsul və xidmətləri barədə məlumat verilməsi və satışının həyata keçirilməsi;
- Müştərilərə onların istəklərinə və qanunvericiliyə uyğun olaraq bank hesablarının açılması, bu hesablar üzrə əməliyyatların həyata keçirilməsi;
- Müxtəlif xidmət sahələri (əmanət, bank kartları, qiymətli metallar, pul köçürmələri və bank seyfi ilə bağlı əməliyyatlar) üzrə müştərilərin müraciətlərini qəbul etmək və müvafiq əməliyyatları həyata keçirmək;
- Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərilməsi;
- Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
- Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq;
- Müştərilərin hesabları üzrə tələb etdikləri məlumat və sənədləri hazırlayıb təqdim etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Əməliyyatçı” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.
Biznes Analitik
Son tarix 08 sen 2023 [email protected]
Vəzifə: Aparıcı/Baş mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
İşin təsviri:
- Layihə hədəflərinin və tələblərin müəyyən edilməsi və təhlili;
- Layihə prioritetlərinin müəyyən edilməsi, tapşırıqların prioritetləşdirilməsi və çəkisinin ölçülməsi;
- Layihə üzrə rolların təyin edilməsi;
- Maliyyə, resurs və vaxt planlanmasının aparılması;
- Layihənin effektivliyinin ölçülməsi;
- İş prosesində yarana biləcək risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi tədbirlərin görülməsi;
- Layihə planlamasının hazırlanması;
- Bazar araşdırılmasının aparılması;
- Hesabat formalarının yaradılması və hesabatların tərtib edilməsi.
Namizədə dair tələblər:
- Ali Təhsil (Biznes və İT üzrə üstünlükdür);
- Bank sektorunda müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Səlis Azərbaycan dili biliyi, texniki səviyyədə İngilis dili biliyi üstünlükdür;
- Yüksək səviyyədə MS Excel və Power BI biliyi;
- Task manegment alətləri ilə iş təcrübəsi (Jira,Azure,Trello);
- SCRUM bilikləri və komanda ilə iş təcrübəsi;
- Texniki tapşırıq (istifadəçi və texniki səviyyədə sənəd və ardıcıllıq alqoritmi qurma) hazırlama bacarığına malik;
- Analitik düşüncə, detallara qarşı diqqətlilik.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Biznes Analitik” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.
Layihə koordinatoru
Son tarix 04 sen 2023 [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
İşin təsviri:
- Layihələrin gedişatına nəzarət edilməsi və iş axınını yolunda saxlamaq üçün komanda üzvlərinin koordinasiyası;
- KPI-ları yerinə yetirmək üçün layihənin bütün proseslərinin ümumi idarə edilməsi;
- Vaxt qrafikini izləməklə layihələrə davamlı olaraq nəzarət edilməsi, mərhələlərin gedişatının və keyfiyyətinin qiymətləndirilməsi, zəruri hallarda risklərin azaldılması üzrə təkliflərin verilməsi;
- Layihələrin sənədləşmə prosesinin standartlara uyğun hazırlanması və həyata keçirilməsi;
- Layihə ilə bağlı təqdimatların hazırlanması, görüşlərin təşkil edilməsi və bu təqdimatların layihənin maraqlı tərəflərinə çatdırılması;
- Digər layihə qrupları ilə koordinasiyanın həyata keçirilməsi;
- Layihələrlə bağlı hesabatlar, arayışlar və məlumatların hazırlanması;
- Layihə xərclərinin izlənməsi və lazımi məlumatların təqdim edilməsi.
Namizədə dair tələblər:
- Ali təhsil (magistratura təhsili üstünlükdür);
- Layihələrin idarə edilməsi sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
- PMP, CAPM və ya sahə üzrə digər sertifikatları olan namizədlərə üstünlük verilir;
- Səlis Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi üstünlükdür);
- Yüksək səviyyədə MS Office proqramlarında (xüsusilə, MS Excel, MS Power BI və MS Power Point) işləmək bacarığı, Jira üzrə biliklər;
- Analitik düşüncə, nəticəyönümlülük və problem həll etmə bacarığı;
- Ünsiyyətcillik, komandada işləmə və liderlik bacarıqları;
- Sənədlərin idarə edilməsi və layihə idarəetmə vasitələrindən istifadə etmək bacarığı.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Layihə koordinatoru” qeydi edərək göndərməyini xahiş edirik.