AFB Bank
Kreditlərin anderraytinqi üzrə Baş mütəxəssis/Bölmə rəhbəri
Son tarix 02 mar 2026 [email protected]
İş barədə məlumat:
- Risklərin idarəetməsi departamenti
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
- Azərbaycan dili - mükəmməl, ingilis və rus dili - yaxşı səviyyədə bilmək;
- GNİ elektron bank sistemində, MS Office proqramlarında (xüsusilə MS Excel) sərbəst işləmək bacarığı;
- Borcalanın gəlirliliyinə və ödəniş qabiliyyətinə təsir edə biləcək faktorların təhlili üzrə biliklər, maliyyə hesabatlarını təhliletmə bacarıqları;
- Borcalanlar və sektorlar üzrə tədqiqat aparmaq qabiliyyəti.
İşin təsviri:
- Təqdim edilmiş kredit ərizələri üzrə borcalanların biznes və maliyyə təhlilini aparmaq. Kredit sifarişləri üzrə təkliflərin və düzgün strukturun verilməsini təmin etmək;
- Kredit ərizələri üzrə borcalanların kredit risklərinin anderraytinqini təmin etmək və risklərin minimallaşdırılması məqsədilə müvafiq təkliflər vermək;
- Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq prosedurlara və Risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsini aparmaq;
- Müştərinin maliyyə vəziyyətini və gələcəkdə krediti qaytarmaq qabiliyyətini yoxlamaq, kredit risk reytinqlərini hesablamaq və müvafiq qərarı qəbul etmək;
- Hər bir kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqin tamamlanması və vaxtında icra edilməsini həyata keçirmək;
- Bankın təsdiq edilmiş kredit siyasəti və müvafiq prosedurları ilə bağlı zəruri biliklərə yiyələnmək;
- Kredit portfelinə nəzarət etmək və portfel üzrə müvafiq təhlillər aparmaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kreditlərin anderraytinqi üzrə Baş mütəxəssis/Bölmə rəhbəri” qeydi edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyini xahiş edirik.
Maliyyə Riskləri üzrə Şöbə müdiri / Bölmə rəhbəri
Son tarix 02 mar 2026 [email protected]
İş şəraiti
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Tələblər:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat, Riyaziyyat və ya əlaqəli sahələr üzrə);
- Bank sektorunda risklərin idarə edilməsi üzrə minimum 3 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə təcrübə üstünlükdür;
- Maliyyə risklərinin ölçülməsi və monitorinqi üçün istifadə olunan metodologiya və alətlər üzrə biliklər;
- Kredit portfeli analizi, stres-test, ssenari analizi və risk limitlərinin tətbiqi üzrə praktiki bacarıqlar;
- Likvidlik riskinin idarə edilməsi göstəriciləri (LCR, NSFR, GAP analizi, pul axınları) üzrə biliklər;
- Kredit, likvidlik və bazar risklərinin idarə edilməsi üzrə praktiki bilik və təcrübə;
- Bazar riskləri üzrə faiz dərəcəsi və valyuta risklərinin qiymətləndirilməsi üzrə anlayış
- Tənzimləyici tələblər (Mərkəzi Bank, Basel prinsipləri, IFRS 9 – ECL yanaşması və s.) üzrə biliklər;
- Risklərin idarə edilməsi üzrə beynəlxalq sertifikatlara (FRM və s.) sahib olmaq üstünlükdür;
- Güclü analitik düşünmə, məlumatların strukturlaşdırılması və nəticə yönümlü təhlil bacarığı;
- MS Excel və digər analitik proqramlarda sərbəst işləmə bacarığı (analitik sistemlər ilə iş təcrübəsi üstünlükdür);
- Azərbaycan dili sərbəst, ingilis dili üzrə işgüzar səviyyədə bilik.
İşin təsviri:
- Risklərin idarə edilməsi sahəsində qanunvericilik, normativ aktlar və qaydaları bilmək;
- Bank üzrə kredit, likvidlik və bazar risklərinin effektiv idarə olunmasını təmin etmək, bu risklər üzrə ümumi risk iştahası çərçivəsi (Risk appetite framework) və risk limitləri, erkən xəbərdarlı sisteminin fəaliyyətinə dəstək vermək və icrasına nəzarət etmək;
- Maliyyə risklərinin müəyyənləşdirilməsi, ölçülməsi, monitorinqi və azaldılması üzrə daxili metodologiyaların, siyasət və prosedurların hazırlanmasına və mütəmadi yenilənməsini həyata keçirmək;
- Kredit portfeli üzrə risklərin təhlili, konsentrasiya riskləri, gözlənilən zərərlər (ECL) və stres-test nəticələri əsasında analitik hesabatların hazırlanmasını təmin etmək;
- Bankın likvidlik mövqeyinin (LCR, NSFR, likvidlik boşluqları,) davamlı monitorinqini həyata keçirmək və risk limitlərinə riayət olunmasına nəzarət etmək;
- Bazar risklərinin (faiz dərəcəsi riski, valyuta riski) davamlı monitorinqi və risk limitlərinə riayət olunmasına nəzarət etmək;
- Müxtəlif makroiqtisadi və bazar ssenariləri əsasında stres-test və ssenari analizlərinin aparılmasını təşkil etmək və nəticələri rəhbərliyə təqdim etmək;
- Mərkəzi Bankın və digər tənzimləyici qurumların tələblərinə uyğun olaraq maliyyə riskləri üzrə hesabatlılığın düzgün və vaxtında təmin olunmasına cavabdeh olmaq;
- Bankın digər struktur bölmələri ilə sıx əməkdaşlıq edərək risklərin idarə edilməsində koordinasiyanı təmin etmək;
- Risklərin idarə edilməsi üzrə avtomatlaşdırılmış sistemlərin və alətlərin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslər irəli sürmək;
- Şöbənin fəaliyyətinə rəhbərlik etmək, əməkdaşların iş bölgüsünü aparmaq, onların peşəkar inkişafını və performansını qiymətləndirmək;
- Risk mədəniyyətinin gücləndirilməsi məqsədilə bank daxilində maarifləndirici yanaşmaların tətbiqinə dəstək vermək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Maliyyə Riskləri üzrə Şöbə müdiri / Bölmə rəhbəri” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.
Aparıcı/Baş biznes analitik
Son tarix 02 mar 2026 [email protected]
İş barədə məlumat:
- İT departamenti
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Tələblər:
- Ali Təhsil (Biznes və İT üzrə üstünlükdür);
- Bank sektorunda müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
- Səlis Azərbaycan dili biliyi, texniki səviyyədə İngilis dili biliyi üstünlükdür;
- Yüksək səviyyədə MS Excel və Power BI biliyi;
- Task manegment alətləri ilə iş təcrübəsi (Jira,Azure,Trello);
- SCRUM bilikləri və komanda ilə iş təcrübəsi;
- Texniki tapşırıq (istifadəçi və texniki səviyyədə sənəd və ardıcıllıq alqoritmi qurma) hazırlama bacarığına malik;
- Analitik düşüncə, detallara qarşı diqqətlilik.
İşin təsviri:
- Layihə hədəflərinin və tələblərin müəyyən edilməsi və təhlili;
- Layihə prioritetlərinin müəyyən edilməsi, tapşırıqların prioritetləşdirilməsi və çəkisinin ölçülməsi;
- Layihə üzrə rolların təyin edilməsi;
- Maliyyə, resurs və vaxt planlanmasının aparılması;
- Layihənin effektivliyinin ölçülməsi;
- İş prosesində yarana biləcək risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi tədbirlərin görülməsi;
- Layihə planlamasının hazırlanması;
- Bazar araşdırılmasının aparılması;
- Hesabat formalarının yaradılması və hesabatların tərtib edilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Aparıcı/Baş biznes analitik” qeydi edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyini xahiş edirik.
Aparıcı/Baş Backend mühəndisi
Son tarix 02 mar 2026 [email protected]
İş şəraiti
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Tələblər:
- Ali təhsil (Bakalavr);
- Java/Spring Boot (Spring Data, Spring Security) – 2-5 il təcrübə;
- Mikroservis arxitekturası (Kubernetes, Docker) - təcrübəsi;
- SQL və NoSQL verilənlər bazaları (Oracle, PostgreSQL, MongoDB, Redis);
- Message queue sistemləri (Kafka, RabbitMQ);
- OOP, Design Patterns, SOLID prinsipləri - praktik tətbiq;
- Git ilə sərbəst işləmə (Pull Request, Code Review);
- JUnit, Mockito, integration testing;
- CI/CD pipelines (Jenkins, GitLab CI);
- Mikroservis arxitektura patternləri (API Gateway, Service Discovery, Circuit Breaker);
- Event-driven architecture və asynchronous processing;
- Distributed systems dizaynı və scalability strategiyaları;
- Clean Architecture və Domain-Driven Design (DDD);
- Performance optimization və troubleshooting;
- Legacy kod analizi və refactoring.
İşin təsviri:
- Backend servislərinin inkişaf etdirilməsi və mövcud sistemlərin təkmilləşdirilməsi;
- Texniki tapşırıqların müstəqil şəkildə yerinə yetirilməsi;
- Yüksək performanslı, təhlükəsiz və ölçülənə bilən backend servislərinin inkişaf etdirilməsi;
- Arxitektura və dizayn qərarlarının verilməsi;
- Code review prosesinin aparılması və kodun keyfiyyətinin təmin edilməsi;
- Komanda üzvlərinə mentorluq etmək və texniki biliklərini inkişaf etdirmək;
- Məhsul sahibləri və QA komandası ilə sıx əməkdaşlıq;
- Mövcud sistemlərin performans, genişlənmə və etibarlılıq üçün optimallaşdırılması;
- Texniki problemlərin həlli və debugging;
- Texniki problemlərin həlli və maraqlı tərəflərlə səmərəli ünsiyyət;
- Proqram təminatlarının işləməsinə nəzarət və texniki sorğuların icrası.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Baş Backend mühəndisi” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.
Mikro kreditlər üzrə Mütəxəssis/Aparıcı Mütəxəssis / Baş Mütəxəssis
Son tarix 02 mar 2026 [email protected]
İş şəraiti
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı, Sumqayıt, Qəbələ, Gəncə şəhəri.
Tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dilini bilmək arzu olunandır;
- MS Office proqramlarında işləmək bacarığı;
- Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
- Məsuliyyətlilik və dəqiqlik.
İşin təsviri:
- Mikro və Aqro kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasının təmin edilməsi;
- Ərazi üzrə bank məhsullarının potensial müştərilərə çatdırılmasının təmin edilməsi;
- Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
- Keyfiyyətli kredit portfelinin formalaşdırılması və portfelin idarə edilməsi;
- Bankdaxili prosedurlara uyğun olaraq kredit müraciətlərinin kameral və səyyar monitorinqinin aparılması;
- Ümumi fəaliyyətə dair hesabatların hazırlanması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Mikro kreditlər üzrə Mütəxəssis/Aparıcı Mütəxəssis/Baş Mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.
Pərakəndə kreditlər üzrə mütəxəssis / aparıcı / baş mütəxəssis
Son tarix 02 mar 2026 [email protected]
İş şəraiti
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə minimum 1 - 3 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus dilini bilmək arzu olunandır;
- Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
- MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı.
İşin təsviri:
- Bankın siyasəti çərçivəsində qeyd olunmuş kriteriyalara uyğun potensial müştərilərin müəyyənləşdirilməsi;
- Müəyyənləşdirilən müştərilərin banka qazandırılmasına yönəlmiş fəaliyyətlərin göstərilməsi;
- Pərakəndə kredit mütaciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komissiyasına çıxarılmasını təmin etmək;
- Təsdiq edilmiş kreditlərin verilməsi üzrə zəruri sənədləşməni rəsmiləşdirmək;
- Müştəri portfelinin mənfəətlilik, effektivlilik və müştəri haqqında məlumatların məxfiliyi əsasında uyğun idarəedilməsi;
- Fəaliyyəti zamanı bank və kommersiya sirrinin qorunmasını təmin edir;
- Müştəri şikayətlərinin həll edilməsi və minimum həddə çatdırılması üçün lazımi tədbirlərin alınması, kifayət etməsə problemin həlli üçün ən qısa zamanda satış rəhbərliyi ilə əlaqə saxlanılması;
- Çarpaz satış imkanlarının araşdırılması, filial içində digər satış və əməliyyat qrupu ilə birlikdə çarpaz satışlar istiqamətində koordinasiyalı olaraq fəaliyyət göstərilməsi;
- Bank sənədlərini Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək, qorumaq və rəsmiləşdirmək;
- Öz vəzifələrinə aid olan məsələlər üzrə müxtəlif hesabatlar hazırlamaq;
- Rəhbərliyin verdiyi digər tapşırıqları icra etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Pərakəndə kreditlər üzrə mütəxəssis/aparıcı/başmütəxəssis” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.
Kassir / Aparıcı Kassir/ Baş Kassir
Son tarix 02 mar 2026 [email protected]
İş şəraiti
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: 1 saylı şöbə, Neftçilər, Gəncə
Tələblər:
- Ali təhsil;
- Bank və ya bank olmayan kredit təşkilatında 1-3 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı , ingilis və rus dilini bilmək arzu olunandır;
- Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- İntensiv rejimdə işləmək bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
İşin təsviri:
- Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
- Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
- Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
- Dövriyyəyə yararsız pul əskinazlarının qəbul edilməsini və dəyişdirilməsini həyata keçirmək;
- Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq;
- Müştərilərə çek kitabçalarını vermək;
- Filialda nağd pul və digər qiymətlilərin gündəlik uçotunu və hesabatını aparmaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kassir / Aparıcı Kassir/ Baş Kassir" Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.
Kassir / Aparıcı Kassir/ Baş Kassir
Son tarix 02 mar 2026 [email protected]
İş şəraiti
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: 1 saylı şöbə, Neftçilər, Gəncə
Tələblər:
- Ali təhsil;
- Bank və ya bank olmayan kredit təşkilatında 1-3 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı , ingilis və rus dilini bilmək arzu olunandır;
- Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- İntensiv rejimdə işləmək bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
İşin təsviri:
- Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
- Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
- Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
- Dövriyyəyə yararsız pul əskinazlarının qəbul edilməsini və dəyişdirilməsini həyata keçirmək;
- Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq;
- Müştərilərə çek kitabçalarını vermək;
- Filialda nağd pul və digər qiymətlilərin gündəlik uçotunu və hesabatını aparmaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kassir / Aparıcı Kassir/ Baş Kassir" Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.
KOB kreditləri üzrə mütəxəssis/aparıcı / baş mütəxəssis
Son tarix 02 mar 2026 [email protected]
İş şəraiti
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı, Sumqayıt, Qəbələ, Gəncə şəhəri.
Tələblər:
- Ali təhsil (iqtisadiyyat / maliyyə);
- KOB kreditləri üzrə minimum 1-3 il iş təcrübəsi;
- Maliyyə təhlili etmək bacarığı;
- Kredit risklərinin qiymətləndirilməsi;
- MS Office (xüsusilə Excel) proqramlarını bilmək;
- Analitik düşünmə qabiliyyəti;
- Ünsiyyət və təqdimetmə bacarığı;
- Komandada işləmək və stresə davamlılıq;
İşin təsviri:
- Bankın kredit məhsullarının təşviqatını aparmaq, müştərilərin tələb və təkliflərini dinləmək, maliyyə təhlilini aparmaq və mövcud bazar şəraitini nəzərə alaraq filialın maksimal gəlir əldə etməsi üçün bu barədə müvafiq təkliflərlə çıxış etmək
- Bankın kredit məhsullarının satışını təşkil etmək, müştəri cəlbi ilə birbaşa məşğul olmaq və müştərilərlə müvafiq danışıqları aparmaq;
- Potensial müştərilərlə görüş və sahə ziyarətləri;
- KOB (SME) kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasını təmin etmək;
- Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
- Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək;
- Bankdaxili prosedurlara uyğun olaraq həm yeni kredit müraciətləri üzrə, həm də verilmiş kreditlər üzrə kameral və səyyar monitorinqləri həyata keçirmək;
- Bankdaxili prosedurlara uyğun olaraq problemli kreditlərin idarə olunmasını və ödənilməsini təşkil etmək;
- Fəaliyyəti ilə bağlı və rəhbərliyin tapşırığı ilə müxtəlif hesabatlar hazırlamaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “KOB kreditləri üzrə mütəxəssis/aparıcı/ baş mütəxəssis” Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.
Biznes məhsulların idarəetməsi üzrə aparıcı mütəxəssis / baş mütəxəssis
Son tarix 02 mar 2026 [email protected]
İş şəraiti
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Tələblər:
- İqtisadiyyat, maliyyə, biznes və ya əlaqəli sahələr üzrə ali təhsil;
- MS Office (xüsusilə Excel) və Oracle SQL bilikləri;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı, ingilis və rus dilini bilmək arzu olunandır;
- Bank sektoru və korporativ bank məhsulları üzrə məlumatlılıq;
- Strateji və kreativ yanaşma.
İşin təsviri:
- Korporativ məhsullar üzrə analitik təhlillərin aparılması;
- Bazar araşdırmasını həyata keçirmək və bankın mövcud məhsulları ilə müqayisə etmək;
- Məhsul keyfiyyətinin yüksəldilməsi üçün prosedurları yenidən gözdən keçirmək, yaxşılaşdırılmasını dəstəkləmək üçün bankın müxtəlif strukturları ilə əməkdaşlıq etmək;
- Planlaşdırılmış və mövcud layihələri idarə etmək;
- Yeni və mövcud məhsullar üzrə hesabatların,təqdimatların hazırlanması, yenilənməsi və bankdaxili təqdimatların keçirilməsi;
- Məhsulun yaradılması üzrə biznes tələb hazırlamaq və bu prosesi idarə etmək;
- Yeni və mövcud məhsulların marketinqini həyata keçirmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Biznes məhsulların idarəetməsi üzrə aparıcı mütəxəssis/ baş mütəxəssis” Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.











