ADY Express
Mühəndis-proqramlaşdırıcı (backend developer)
Son tarix 29 may 2026 [email protected]
Vəzifə öhdəlikləri:
- C# proqramlaşdırma dili əsasında backend tətbiqlərin dizaynı, inkişafı və davamlı texniki dəstəyi;
- Verilənlər bazası ilə effektiv işləmə: SQL sorğularının yazılması, optimallaşdırılması və performansın artırılması;
- RESTful API-ların arxitekturasının qurulması və inteqrasiyası;
- Kod keyfiyyətinin təmin olunması məqsədilə komanda daxilində code review proseslərində iştirak;
- Texniki sənədlərin hazırlanması və sistem arxitekturasının sənədləşdirilməsi;
- Mövcud sistemlərin performansının monitorinqi və optimallaşdırılması istiqamətində təşəbbüslərin həyata keçirilməsi.
Namizədə dair tələblər:
- Ali təhsil
- İş stajı: 2 il (C# və .NET Framework / .NET Core texnologiyaları üzrə real layihələr)
- Dil biliyi: İngilis (texniki)
Rəqəmsal bilik və bacarıqlar:
- SQL sahəsində dərin biliklər: T-SQL, stored procedures, query optimization (MSSQL);
- ORM alətləri ilə praktiki təcrübə (Entity Framework və ya Dapper);
- REST API-ların hazırlanması və inteqrasiyası sahəsində real layihə təcrübəsi;
- Versiya idarəetmə sistemləri ilə işləmə bacarığı (Git).
Əlavə üstünlük hesab olunur:
- Microservices arxitekturası üzrə bilik və ya praktiki təcrübə;
- Cloud texnologiyaları ilə işləmə (Microsoft Azure və ya digər platformalar);
- Unit testlərin yazılması və test yönümlü inkişaf (TDD) prinsipləri barədə anlayış;
- Python bilikləri.
- Analitik düşüncə, komandada işləmə bacarığı, diqqətlilik, innovativlik, təşəbbüskarlıq, peşəkar ehtiyatlılıq, nətcəyönümlülük
İş şəraiti
- İş qrafiki: 5 günlük
- İş saatı: 09:00-18:00
- Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
- İş yeri: Bakı şəhəri, Xətai rayonu, Xocalı pr-ti 13 A, Xətai Plaza
Əlavə üstünlüklərimiz:
- Könüllü tibbi sığorta;
- Nahar ilə təmin edilmə;
- Korporativ mühit, peşəkar təcrübə qazanma imkanı
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Mühəndis-proqramlaşdırıcı” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.















