ADY Express
Yük və baqaj qəbul təhvilçisi
Son tarix 19 yan 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Dəmir yolunda daşınan yüklərin qəbulu, çəkilməsi, yüklənməsi, çeşidlənməsi, yenidən yüklənməsi, boşaldılması, qorunması və verilməsinin təşkil etmək;
- Kommersiya baxımından dolu və boş vaqon, konteyner, yükgöndərən və yükalanların vasitəsi ilə yükləmə və boşalma altına verilən yüklərin qəbulu və təhvilini həyata keçirmək;
- Dəmir yoluna məxsus altlıq, daşıma qurğularının yükgöndərən və yükalanlardan qəbulunu, təhvilini və qeydiyyatını aparmaq;
- Sənədlərin (qəbul-təhvilçinin yaddaş vərəqəsi) tərtib edilməsi və yüklərin qəbulu, yüklənməsi, çeşidlənməsi, yenidən yüklənməsi, boşaltması, dəmir yollarına məxsus yüklərin, vaqon, konteyner, altlıq və çıxarılan daşıma qurğularının verilməsi və örtülməsi haqqında hesabatı aparmaq;
- Yüklənən və boşalan vaqonların, qəbul və təyinatı üzrə göndərilən vaqonların emal olunması üçün ADY SMART (və ya daxili proqram) proqramı üzərindən işləmək;
- Kommersiya baxımından boş və dolu vaqonları təhvil vermək və həmçinin onları yükləmə və boşaltmadan sonra qəbul etmək.
- Kommersiya nasazlığı barəsində Forma QU-23 Ümumi formalı akt tərtib etmək;
- Qaydalarla nəzərdə tutulmuşdursa yükün kütləsini, yer sayını və onun vəziyyətini yoxlamaqla təhvil vermək; Yükləmə-boşaltma işlərinin aparılması zamanı yükgöndərən və yükalanlar tərəfindən Dəmir Yolu Nizamnaməsinə, Qaydalarına, Texniki şərtlərinə və yük vaqonlarının salamatlığının təmin edilib riayət olunmasına sistematik nəzarət etmək;
- Ümumi istifadə yollarında yüklənmiş və boşaldılmış vaqonların və yükalanlardan qəbulu (təhvili) vaqonların yükləmə (boşaltma) yerində həyata keçirmək.
Namizədə dair tələblər:
- Təhsil: Ümumi (orta)
- Rəqəmsal bacarıqlar: MS office (orta səviyyə)
- Dəmir yolu nəqliyyatı ilə yüklərin daşınması qaydaları
- Diqqətlilik, peşəkar ehtiyatlılıq, müstəqil işləmə məlumatların idarə olunması
- Sumqayıt şəhərində yaşayanlara üstünlük veriləcək
İş qrafiki:
- Növbəli
- İş saatı: 08:00-20:00 və 20:00-08:00
- İş yeri: (Sumqayıt dairəsinin yaxınlığı)
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Yük və baqaj qəbul təhvilçisi” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlə