A+CO ASC
İnzibati işlər üzrə operator
Son tarix 23 okt 2025 - [email protected]
Tələblər:
- 25-35 yaş xanım namizədlərə üstünlük veriləcəkdir
- Ali təhsil
- Sənədləşmə qaydaları və kargüzarlıq işləri üzrə ilkin anlayış
- MS Office proqramlarından istifadə etmək bacarığı;
- Məsuliyyətlilik, komanda ilə iş bacarığı, stressə davamlılıq.
Vəzifə öhdəlikləri:
- Şirkətin təminat fəaliyyətinin effektiv təşkili məqsədilə cavabdeh olduğu xidmətlərin icra vəziyyətinə dair vahid baza yaradılmasını təşkil etmək
- Alınan məhsulların müvafiq standartlara uyğunluğuna nəzarət etmək, qəbul prosesində iştirak etmək və ehtiyaclar üzrə aidiyyəti müəssisə və qurumlara sifarişlərin vaxtında verilməsini təmin etmək
- Fəaliyyət istiqamətləri üzrə strateji və əməliyyat planlarının, eləcə də büdcənin hazırlanmasında iştirak etmək və təsdiq olunmuş planların icrasını təmin etmək;
- İnzibati işləri səmərəli şəkildə təşkil etmək və daxili prosedurların tətbiqini təmin etmək;
- Ofis idarəetməsinin effektivliyini dəstəkləmək və gündəlik inzibati fəaliyyətləri nəzarətdə saxlamaq;
- Müqavilələri toplamaq və rüblük ödəniş hesabatlarını hazırlamaq;
- Əlavə xərclərlə bağlı məlumatları dəqiq toplamaq və hesabatlarda əks etdirmək
- Ofis anbarının fəaliyyətinə nəzarət etmək: təsərrüfat mallarının vaxtında təchiz olunmasını, əşyaların və materialların dövriyyəsini və texniki vəziyyətini izləmək;
- İnzibati işlər şöbəsinin əməkdaşlarının fəaliyyətinin koordinasiyasında rəhbərliyə dəstək göstərmək;
- Müvafiq İnzibati hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək.
İş şəraiti:
- 6/7 iş qrafiki, Həftə içi 09:00-18:00 /Şənbə günü qısaldılmış iş saatı (09:00-13:00)
- Nahar Şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı: 700 AZN.
- İş yeri: Xırdalan şəhəri
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə İnzibati işlər üzrə operator yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.