Korporativ satışlar üzrə Mütəxəssis
Əsas vəzifə öhdəlikləri:
• Mümkün olan satış kanalları vasitəsilə korporativ müştərilərin cəlb olunması;
• Yeni Korporativ müştərilərlə görüşlərin təyin edilməsi ilə yanaşı cari müştəriləri vaxtaşırı monitorinqi;
• Cari məhsulların satışının stimullaşdırılmasını və artırılmasını təmin edəcək təkliflərin reallaşdırılması;
• Satışların artırılması, bank məhsullarının təbliğ olunması üzrə tədbirlərin həyata keçirilməsi;
• Kredit və qeyri-kredit məhsullarının satışı, kross-satışların həyata keçirilməsi;
• Bank məhsulları və maliyyə məsələləri üzrə müştərilərə konsultasiyaların verilməsi;
• Satış üzrə təyin olunmuş planın icra olunması.
Tələblər:
• Ali təhsil;
• Bankda korporativ satış xidmətləri üzrə ən minimum 1 illik təcrübə;
• Azərbaycan, Rus və ya ingilis dillərini bilmək;
• Kompüter bilikləri: MS Office;
• Bank məhsullarını dərindən bilmək;
• Analitik düşünmə bacarığı;
• Ünsiyyətcil, məsuliyyətli, kreativ və operativ;
• İşə peşəkar yanaşma və işdən kənar vaxtlarda bank haqqında müsbət rəy formalaşdırmaq bacarığı.
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
Balansa qəbul olunmuş əmlakların satışına dəstək üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
• Hərracdan təklif olunan əmlakların Bankın balansına götürülməsi üçün komitəyə sənədlərin hazırlanması;
• Hərracdan təklif olunan əmlakların Bankın balansına götürülməsi;
• Məhkəmə prosesində olan əmlakların düzgün qiymətləndirilməsinə nəzarət;
• Bankın balansına qəbul olunan əmlakların satışına dəstək.
Tələblər:
• Ali təhsil;
• Kredit sahəsində və/və ya daşınmaz əmlarkarın qiymətləndirilməsində ən azı 1 il iş təcrübəsi;
• Daşınmaz əmlaklara dəyər vermə bacarığı;
• MS Office (Word, Excel, Power Point), MS Outlook proqramlarını yaxşı səviyyədə bilmək;
• Güclü ünsiyyət və komandada işləmək bacarığı ;
• Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilmək (ingilis dili biliyi üstünlük hesab olunur);
• Diqqətlilik, məsuliyyətlilik, gündəlik işi yerinə yetirmək bacarığı.
Maraqlanan şəxslər öz CV formalarını 30 Dekabr 2020-ci il (daxil olmaqla) tarixindən gec olmayaraq [email protected] elektron ünvanına göndərə bilərlər.
Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
Əməliyyatlara Nəzarət Departamentində Mütəxəssis/ Aparıcı Mütəxəssis
Öhdəliklər
• Bankın istehlak kreditlərinin monitorinq yoxlamalarında iştirak etmək, ehtiyac yarandıqda bankın filiallarına getmək (Bakı və region filialları);
• İstehlak kreditlərin bankın daxili qayda və prosedurlarına uyğun rəsmiləşdirilməsini qiymətləndirmək;
• İstehlak kreditlərə aid olan risklərin təhlilini həyata keçiriimək və riskin azaldılmasına yönəlik tövsiyyələr verilmək;
• Monitorinqin aparılması üçün İş Proqramının hazırlanmasında iştirak etmək;
• Monitorinqin nəticələri üzrə tam detallı hesabatların hazırlanması.
Öhdəliklər
• Banklarda istehlak kreditləri, və ya audit, risklərin idarə edilməsi və daxili nəzarət sahələrində minimum 1 il iş təcrübəsi;
• İqtisadiyyat, Maliyyə və ya Audit fakultələri üzrə ali təhsil;
• Səlis Azərbaycan, İngilis və Rus dili bilikləri;
• Təhlil etmə qabiliyyəti;
• Komandada işləmək bacarığı;
• Ofis proqramları biliyi və sərbəst işləmək bacarığı.
• Yerli Bank sistemi üzrə qanunvericiliyin tələbləri ilə bağlı biliklər.
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
Kuryer
İşçinin vəzifəsi:
• Departamentin daxili müştərisi olan Bankın bütün əməkdaş və müştərilərinə yüksək keyfiyyətli müştəri xidməti göstərərək onları nəzakətli və səmərəli kuryer xidməti ilə təmin etmək;
• Komandanın tam effektiv və fəal üzvü olmaq;
• AccessBankın daxili qaydalarına riayət etmək.
Tələblər:
• Orta ixtisas və ya Ali təhsilin olması;
• Şəhəri yaxşı tanımaq;
• Nizam-intizamlı, məsuliyyətli, işində dəqiq olmaq;
• Komandada işləmək bacarığı.
İş haqqında məlumat:
• İş rejimi: Həftədə 5 iş günü, 2 gün istirahət;
• Əmək haqqı: 300 AZN;
• Əmək münasibətləri AR ƏM əsasında tənzimlənir.
Maraqlanan şəxslər öz CV formalarını 15 Dekabr 2020-ci il (daxil olmaqla) tarixindən gec olmayaraq [email protected] elektron ünvanına göndərə bilərlər.
Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.