Access Bank
İdarə Heyətinin Asistenti
Son tarix 05 dek 2022 Müraciət et
Təsvir:
- İdarə Heyətinə hesabatın təqdim edilməsi, katiblik və inzibati vəzifələrin icrası;
- Hesabatlar, iclaslar və memorandumlar üçün vacib sənədlərin hazırlanması, iclas protokollarının tərtib edilməsi;
- Tədqiqat işlərinin, sənədlərin tərtibatında və ya müstəqil hazırlanmasında iştirak etmək, rəhbərlik üçün təqdimatların hazırlanması;
- Daxili şöbələrlə əlaqə qurmaq, zənglərin cavablandırılması və işgüzar səyahətlərin təşkil edilməsi;
- Rəhbərlik adından daxili və xarici yazışmaların idarə edilməsi;
- Görüşlərin planlaşdırılması, tədbirlər təqviminin hazırlanması və xatırlatmaların göndərilməsi;
- Planlaşdırılan tədbirlərin təşkilatı və ehtiyac yarandıqda, ikramların sifarişinin icrası;
- Ofis ləvazimatlarının sifarişi, həmçinin poçt və kuryer xidmətlərinin idarə edilməsi.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan, İngilis, Rus dillərində səlis danışıq/yazı bacarığı;
- MS Word, Excel, PowerPoint, Outlook və s. ofis proqramlarından mükəmməl istifadə bacarığı;
- Mükəmməl ünsiyyət;
- Zamanın səmərəli və effektiv idarəedilməsi;
- Güclü təşkilatçılıq və eyni zamanda bir neçə tapşırığın icra edilməsi;
- Müsbət nəticələr verməkdə təşəbbüskar və həvəsli olmaq;
- Nəzakətli və diplomatik ünsiyyətə sahib olmaq.