Access Bank
Problemli kreditlərin həlli üzrə kiçik mütəxəssis / mütəxəssis
Son tarix 20 dek 2024 - Müraciət et
Təsvir
- Şəxsi portfel üzrə məqsədlərin yerinə yetirilməsi;
- Mövcud məlumat bazası əsasında gecikdirilmiş ödənişlər, borclar və borcların alınması müddətləri haqqında borclularla danışıqlar aparmaq;
- Borcluların axtarışına və onlarla əlaqələrin yaradılmasına yönəldilmiş tədbirlərdə iştirak etmək;
- Mövcud borcların tənzimlənməsi məsələləri ilə əlaqədar borclulara məsləhətlər vermək;
- Ödənilməmiş borcların alınması məsələləri ilə əlaqədar təşkilatın mənafeyini məhkəmə instansiyalarında təmsil etmək;
- Məhkəmə icraçıları, dövlət və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmək;
- Təmsilçillik funksiyalarını yerinə yetirmək, Bankda keçirilən iclaslarda və müşavirələrdə iştirak etmək;
- Verilmiş etibarnaməyə müvafiq surətdə öz səlahiyyətləri çərçivəsində Bankın adından müqavilə bağlamaq;
- Məlumatlar bazasını hazırlamaq – görülmüş işlər haqqında məlumatları informasiya sisteminə daxil etmək;
- Bankın fəaliyyəti və müştəriləri haqqında kommersiya sirrinin məxfi saxlanmasını təmin etmək, qüvvədə olan qanunvericiliyi düzgün tətbiq etmək və təyin olunmuş qaydada kargüzarlıq aparmaq;
- Mövcud iş formalarının və üsullarının təkmilləşdirilməsi və yenilərinin tətbiq edilməsi ilə əlaqədar təklifləri;
- Mikro və İstehlak Kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin Baş Mütəxəssisinə təqdim etmək;
- Mikro və İstehlak Kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin Baş Mütəxəssisi və Meneceri tərəfindən verilən bütün tapşırıqları icra etmək.
Tələblər
- Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və departament direktorları tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası
- İşlərin prosedur və təlimatlara uyğun görülməsi.
- Şirkətə aid məlumatların məxfiliyinin qorunması; Parolların gizli saxlanılması.
- Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanması.
- Mövcud sistemlərin təkmilləşdirilməsi.
- Dil bilikləri arzuolunandır;
- Komandada işləmə bacarığı;
- Daima öyrənməyə meyillilik.
Vakansiya haqqında
Paylaşılıb Noyabr 20, 2024
Vakansiya növü Tam ştat