ABS PARTNER MMC
Korporativ Hüquqşünas
Son tarix 11 avq 2025 - [email protected]
ABS Partner MMC hüquq sahəsində təcrübəli və məsuliyyətli korporativ hüquqşünas axtarır. Namizədin müvafiq qanunvericilik biliklərinə sahib olması, analitik düşüncə tərzi və komandada işləmək bacarığı əsas meyarlardandır.
İş şəraiti
- Əmək haqqı: 1500-1800 azn
- İş qrafiki: 5 günlük iş həftəsi
- İş yeri: Çinar Park Biznes Mərkəzi
Tələblər:
- Hüquq üzrə ali təhsil
- Korporativ hüquq sahəsində minimum 2 il iş təcrübəsi
- Müqavilə hüququ üzrə biliklər, Əmək, Mülki, Miqrasiya, Vergi Məcəllələri
- Müqavilələrin tərtibi və hüquqi ekspertizası sahəsində təcrübə
- Azərbaycan qanunvericiliyinin tələblərini dərindən bilmək
- Analitik düşüncə və hüquqi risklərin qiymətləndirilməsi bacarığı
- Komandada və müstəqil işləmək qabiliyyəti
- İngilis dili üzrə B2 səviyyəsində bilik (xüsusilə sənədlərlə iş və yazışmalar üçün)
Vəzifə öhdəlikləri:
- Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması və təhlili
- Şirkətin fəaliyyəti ilə bağlı hüquqi məsələlərin həlli və hüquqi rəyin verilməsi
- Dövlət orqanları ilə yazışmaların və əlaqələrin aparılması
- Daxili normativ sənədlərin hazırlanması və hüquqi uyğunluğun təmin edilməsi
- Hüquqi risklərin müəyyən olunması və onların minimuma endirilməsi üzrə təkliflərin verilməsi
Müraciət qaydası:
- Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Korporativ Hüquqşünas” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.