Abqora Restoran MMC
Hostess
Son tarix 06 yan 2026 - [email protected]
İş şəraiti
- İş yeri: Şamaxı
- İş qrafiki: Tam iş günü
Vəzifə öhdəlikləri:
- Müştəriləri qarşılayaraq, onları masaya qədər müşaət etmək
- Məkanın təmizliyini və nizamını təmin etmək.
- Müştərilərin ehtiyaclarını anlamaq və onlara xidmət göstərmək.
- Şirkət qaydalarına uyğun olaraq xidmət standartlarının qorunması.
- Telefon zənglərinə cavab vermək və müştərilərə lazımi məlumatları vermək.
- Tədbirlərin təşkilində iştirak etmək.
Tələblər:
- Yaxşı ünsiyyət qabiliyyəti.
- Səmimi və müştəri yönümlü yanaşma.
- Aktiv və komandada işləmə bacarığı.
- Gözəl görünüş və nəzakətli davranış.
- Azərbaycan və rus dillərini bilməli (ingilis dili arzuolunandır).
- Hostess kimi iş təcrübəsi üstünlük təşkil edir (amma mütləq deyil).
- Dil bilikləri (xüsusilə ingilis dili) üstünlük təşkil edir.
Biz təklif edirik:
- Ortaq aylıq əmək haqqı 1000 azn + tips
- Yerləşmə, qidalanma və transport şirkət tərəfindən
- İş yeri daxilində peşəkar inkişaf imkanı.
- Rahat iş şəraiti.
- Tədbir və seminarlar təşkil edilməsi.
Əgər siz müştəri yönümlü, enerjili və komanda ilə işləmək istəyirsinizsə, biz sizi komandamıza dəvət edirik!
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Şərab Turları Üzrə Mütəxəssis
Son tarix 06 yan 2026 [email protected]
İş şəraiti
- İş yeri: Şamaxı
- İş qrafiki: Tam iş günü
Vəzifə Öhdəlikləri:
- Qonaqları qarşılayaraq şərab turları haqqında peşəkar məlumat vermək
- Meysəri şərabçılıq ənənələri və Abqora konsepti barədə qonaqlara izahlı təqdimat etmək
- Üzümlük, istehsalat prosesi, şərabların xüsusiyyətləri və dadım qaydaları haqqında məlumatlandırma
- Qonaqları şərab dequstasiyaları zamanı müşayiət etmək və düzgün təqdimat etmək
- Turlarda yüksək xidmət keyfiyyətini təmin etmək və qonaq məmnuniyyətini artırmaq
- Rezervasiyalar, qruplar və xüsusi tədbirlər üzrə koordinasiya aparmaq
- Şirkət standartlarına uyğun olaraq xidmət mədəniyyətini qorumaq
- Komanda ilə işbirliyi edərək tur proqramlarının daha effektiv təşkili
Tələblər:
- Azərbaycan və ingilis dillərində səlis danışıq (rus dili üstünlükdür)
- Şərab sahəsinə maraq və öyrənmə həvəsi (şərab bilikləri üstünlükdür)
- Yüksək ünsiyyət bacarığı və qonaq yönümlü yanaşma
- Təqdimat və danışıq mədəniyyətinin yüksək olması
- Məsuliyyətli, aktiv və komanda ilə işləmə bacarığı
- Turizm, qonaqpərvərlik və ya şərab sahəsində təcrübə üstünlük sayılır
Biz təklif edirik:
- Ortaq aylıq əmək haqqı: 1000 AZN + tip
- Yerləşmə, qidalanma və transport təmin olunur
- Şərab turizmi və xidmət sahəsi üzrə peşəkar inkişaf imkanı
- Rahat iş mühiti və qonaqpərvər komanda
- Müntəzəm təlimlər və tədbirlərdə iştirak imkanı
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.











