ABB-İnvest İnvestisiya Şirkəti QSC
Daxili audit şöbəsinin auditoru / aparıcı auditoru
Son tarix 23 okt 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Proses və strukturlar üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət mexanizmlərinin effektivliyini təhlil etmək;
 - Requlyativ tələblərə və qabaqcıl təcrübəyə uyğunluğu qiymətləndirmək;
 - Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək və ya idarə etmək;
 - Aktivlərin idarə olunması və xərclərin effektivliyini qiymətləndirmək;
 - Maliyyə hesabatlarının dəqiqliyini və etibarlığını yoxlamaq;
 - Audit müşahidələri, tövsiyələr və tədbirlərdən ibarət hesabatlar hazırlamaq;
 - Audit tövsiyələrinin icrasını izləmək və yoxlamaq;
 - Daxili audit fəaliyyətinin təşkili və təkmilləşdirilməsinə yönəlmiş layihələrdə iştirak etmək.
 
Namizədə tələblər:
- Ali təhsil (Maliyyə, Hüquq, Mühasibat uçotu, Audit, İqtisadiyyat və digər əlaqəli ixtisaslar üzrə);
 - Azərbaycan dili (ana dili), rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarıqları;
 - Microsoft Office proqramları (xüsusən Word və Excel) üzrə əla biliklər;
 - Minimum 1 illik iş təcrübəsi (daxili audit, risk menecment, daxili nəzarət, maliyyə menecmenti və s. sahələrdə – bank, investisiya şirkəti və ya kənar audit təcrübəsi üstünlükdür);
 - Risklərin qiymətləndirilməsi və analitik təhlil bacarığı;
 - Hesabatların hazırlanması və rəhbərlik qarşısında təqdimat bacarığı;
 - Yüksək analitik və kritik düşünmə, təşəbbüskarlıq, qərəzsizlik, obyektivlik, müstəqillik, ünsiyyət bacarıqları və inkişaf həvəsi;
 - Vətəndaşlıq qüsursuzluğu.
 
Üstünlük veriləcək namizədlər:
- Peşəkar sertifikasiyalara (CIA, ACCA, CFA, CISA, COSO, CPA, CFSA, CIMA, DipIFR və s.) malik olanlar;
 - Maliyyə sahəsində – bank, investisiya şirkətləri və ya Big 4 təcrübəsi olanlar;
 - Risklərin idarə edilməsi üzrə təcrübə və CFA, FRM, CERM və s. sertifikatlara sahib olanlar;
 - Data analitika proqramları ilə işləmə bacarığı olanlar.
 
İş şəraiti:
- İş günləri: 5 günlük iş qrafiki;
 - Nahar fasiləsi: 13:00–14:00;
 - İş yeri: Bakı şəhəri.
 
Müraciət qaydası:
Tələblərə cavab verən namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu yerində “Daxili audit şöbəsinin auditoru / aparıcı auditoru” başlığı ilə göndərə bilərlər.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







