A - Group Insurance Company / A-Qroup Sığorta Şirkəti
Aktuar
Son tarix 18 okt 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Sığorta ehtiyatlarının formalaşdırılması, sığorta tariflərinin hesablanması və iqtisadi əsaslandırılması üzrə hesablama və təhlillərdə iştirak etmək.
- Aktuar hesablamalar üzrə məsləhətlər vermək, risk qruplarının seçilməsi və tədqiqində iştirak etmək.
- Sığorta məhsullarının zərərlilik dərəcəsini nəzərə almaqla yeni məhsulların hazırlanması və mövcud məhsulların modifikasiyasında iştirak etmək.
- Sığorta qaydalarının və tariflərinin hazırlanması və əsaslandırılmasında dəstək göstərmək.
- Maliyyə sabitliyi və ödəmə qabiliyyətinin qiymətləndirilməsinə dair hesablama və təhlillərdə iştirak etmək.
- Fəaliyyət istiqaməti üzrə hesabatların hazırlanmasında və illik biznes plan layihəsinə aid aktuar məlumatların təqdim edilməsində iştirak etmək
Tələblər:
- İqtisadiyyat/Maliyyə/Beynəlxalq İqtisadi münasibətlər/Kommersiya/Riyaziyyat/Tətbiqi Riyaziyyat/Statistika sahələri üzrə bakalavr və ya magistr dərəcəsi;
- Aktuari vəzifəsi üçün qanunvericiliklə tələb olunan şəhadətnamə və icazə;
- Sığorta qanunvericiliyində nəzrədə tutulmuş aktuarilərin reyestrinə daxil olmalı;
- Analitik düşüncə tərzi;
- Dəqiq planlaşdırma və ciddi nəzarət etmək qabiliyyəti;
- Sığorta qanunları bilmək;
- MS Office programları üzrə biliklər;
- Azərbaycan dili - əla, rus və ingilis dili arzuolunandır;
İş şərtləri:
- Qrafik: 09:00- 18:00
- İş günləri: 1-5
- Tibbi sığorta qarşılanır
- İş yeri: Azadlıq Prospekti 3
- Ə/H: müsahibə əsasında
Maraqlanan şəxs CV-ni mövzuda "AKTUAR" qeyd etməklə Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərə bilər.
Risklərin İdarı Edilməsi Şöbəsinin Rəhbəri
Son tarix 18 okt 2025 - [email protected]
Tələblər
- Ali magistr təhsili (xarici təhsili olan və ya risk sertifikasiyası proqramlarını bitirən namizədlərə üstünlük verilir);
- Risk və Maliyyə sahələri üzrə ən azı 4 illik təcrübə;
- İngilis dili biliyi mütləqdir;
- Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
- Peşəkar səviyyədə MS Excel-dən istifadə bacarığı;
- BI və data analitika bilikləri;
- Maliyyə hesabatlarının hazırlanması üzrə təcrübə və ya biliklərə malik olmaq;
- Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və azaldılması üsulları barədə məlumatlı olmaq;
- Sığorta, kredit, bazar, əməliyyat və likvidlik risklərinin idarə edilməsi üzrə biliklər;
İş şəraiti
- İş qrafiki: 5 günlük, 09.00-18.00
- Tibbi sığorta qarşılanır
- Əmək haqqı: razılaşma yolu ilə
Maraqlanan şəxs CV-sini, mövzuda “Risklərin İdarı Edilməsi Şöbəsinin Rəhbəri” qeyd etməklə, Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilər.