A - Group Insurance Company / A-Qroup Sığorta Şirkəti
İt üzrə mütəxəssis
Son tarix 21 avq 2025 - [email protected]
Vəzifələr:
- İstifadəçilərə texniki dəstək göstərmək (kompüterlər, proqram təminatı, printerlər və s.);
- Tələb/tiket sistemində müraciətlərin qeydiyyatı və cavablandırılması;
- Kompüter və digər avadanlıqların quraşdırılması və texniki xidməti;
- IT siyasətləri və informasiya təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət;
- Sadə informasiya təhlükəsizliyi insidentlərinin aşkar edilməsi, araşdırılması və onların təkrar baş verməsinin qarşısının alınması;
- İT xidmətlərinin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə sistem administratoru və xarici texniki tərəfdaşlarla qarşılıqlı əməkdaşlıq;
- İşçilərin informasiya təhlükəsizliyi üzrə maarifləndirilməsi prosesində (o cümlədən "phishing", şübhəli linklər və digər kiber təhdidlər haqqında) iştirak etmək.
Tələblər:
- IT sahəsində minimum 3 il iş təcrübəsi;
- Windows əməliyyat sistemi, Microsoft Office proqramları, antivirus proqramları ilə işləmək bacarığına malikəm;
- Linux əməliyyat sistemləri ilə işləmək bacarığı;
Aşağıdakı informasiya təhlükəsizliyi mövzularında ümumi anlayış:
- "Phishing" və iki faktorlu autentifikasiya anlayışları, ehtiyat nüsxələrin əhəmiyyəti;
- Son istifadəçi səviyyəsində informasiya təhlükəsizliyi siyasətlərinin tətbiqi və nəzarəti (giriş icazələri, hüquqlar, şifrələr, istifadəçi hesabları).
- Texniki məsələləri sadə və aydın şəkildə izah etmə bacarığı;
- Məsuliyyətli, diqqətli və öyrənməyə həvəsli olmaq.
Üstünlük hesab olunur:
- "PowerShell" və ya digər skriptlərlə işləmə bacarığı;
- Sığorta və ya maliyyə sektorunda iş təcrübəsi;
- IT təhlükəsizliyi layihələrində iştirak.
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Azadlıq prospekti 3
- İş qrafiki: Tam ştat, 5 günlük iş həftəsi (09:00 – 18:00)
- Tibbi sığorta: Şirkət tərəfindən təmin olunur
Maraqlanan şəxs CV-ni, mövzuda “It üzrə mütəxəssis” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.
Əməliyyatlar və müştəri xidmətləri üzrə kiçik mütəxəssis
Son tarix 21 avq 2025 - [email protected]
Vəzifə öhdəlikləri
- Sığorta müqaviləsinin və ona əlavələrin buraxılması üzrə:
- Satış departamentindən daxil olan və standart şərtlərə cavab verən sığorta müqavilələrini (və onlara aid əlavələrini) hazırlamaq;
- Anderraytinq və təkrarsığorta şöbəsi tərəfindən təklif verilmiş və müştəri tərəfindən qəbul edilmiş təkliflər üzrə sığorta müqavilələrini (və onlara aid əlavələrini) hazırlamaq;
- Sığorta müqaviləsi (və əlavəsi) üzrə tələb olunan sənədlərin tamlığını yoxlamaq.
- Sığorta müqaviləsinə xitam verilməsi üzrə:
- Sığorta müqaviləsinə xitam üzrə sığortalının müraciətlərini qiymətləndirmək;
- Sığortalı tərəfindən sığorta müqaviləsinin tələblərinin pozulduğu halları müəyyən etmək;
- Sığorta müqaviləsinə xitam barədə sığortalıya yazılı bildiriş ünvanlamaq;
- Sığorta müqaviləsinə xitam zamanı sığortalının sığorta haqqını ödəyib-ödəmədiyi və baş vermiş sığorta hadisəsi üzrə sığorta ödənişinin verilib verilməməsi barədə məlumatları müvafiq struktur bölmədən əldə etmək;
- Sığorta müqaviləsinə xitam barədə razılaşma/akt tərtib etmək;
- Xitam zamanı sığortalıya qaytarılacaq məbləği daxili normativlərin tələbinə uyğun hesablamaq;
- Sığorta müqaviləsinə xitam barədə razılaşmanın imzalanmasını təmin etmək.
- Cəmiyyətin fəaliyyət göstərdiyi sığorta növləri üzrə sığorta qaydaları haqqında məlumatlı olmaq;
- Debitor borcun olması barədə sığortalıların məlumatlandırılması üzrə məktubları hazırlamaq.
Tələblər:
- Ali təhsil;
- Sığorta sahəsində ən azı 1 il iş təcrübəsi;
- Ünsiyyət qurmaq bacarığı;
- Komandada işləmək bacarığı;
- Stressə davamlı;
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı (ingilis dili arzu olunandır);
- MS Office proqramlarını yaxşı bilmək.
İş şəraiti
- Əmək haqqı: razılaşma yolu ilə
- Qrafik 5-günlük, 09.00-18.00
- Könüllü tibbi sığorta qarşılanır.
Maraqlanan şəxs, mövzuda “Əməliyyatlar və müştəri xidmətləri üzrə kiçik mütəxəssis” qeyd etməklə, CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər