North West Construction
Tabelçi (Qarabağ bölgəsində layihələr)
Son tarix 19 yan 2025 - [email protected]
Vəzifə funksiyaları:
- Layihələr üzrə işçilərin şəxsi işlərini aparmaq və yaratmaq;
- İşçilərin davamiyyətinə nəzarət edilməsi, tabelin hazırlanması və İR Departamentinə göndərilməsini təmin etmək;
- İşə qəbul olunma, işdən azad olunma, məzuniyyət, ezamiyyət, vəzifə artımı və İR-a aid digər sənədlərin İR departamentinə göndərilməsini təmin etmək;
- Əmək müqaviləsi şərtlərini və şirkətin daxili intizamına pozulması haqda İR departamentine məlumat vermək və Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq tədbirlər görmək;
- İnsan resursları qaydaları və prosedurlarının hazırlanmasında iştirak etmək və müntəzəm olaraq Layihələr üzrə təkliflər vermək;
- İşçilərin məlumatları Elektron məlumat bazasına əlavə etmək və Layihələr üzrə İK ilə əlaqəli məlumat bazalarını müntəzəm olaraq yeniləmək;
- Cari gün üçün işçilərin sayına uyğun olaraq layihədə işləyən işçilər üçün bir yemək sifarişi vermək;
- Layihə işçilərinin şikayətlərini araşdırmaq və onu İnsan Resursları Departamentinə çatdırmaq;
- HR ilə bağlı tədbirlərin və görüşlərin təşkilində iştirak etmək;
- Layihə üzrə vaxtında, düzgün və səmərəli gündəlik fəaliyyəti təmin etmək üçün İİB-ə dəstək vermək;
- İnkişaf hesabatlarını dəstəkləmək üçün, nüsxələrin İT Departamentinə göndərilməsini təmin etmək;
Tələblər:
- Komputer bilikləri: Microsoft Office tools (Word/Excel/PowerPoint/Outlook) əla səviyyədə bilmək;
- Kadr işinin təşkili və hesabatların tərtibini bilmək
- Kadrlarla bağlı bütün sənədləşməni əmr, arayış, təqdimat, tabel və s. sənədlərinin təşkilini əla səviyyədə bilmək
- Azərbaycan Qanunvericiliyinə əsasən məzuniyyət, müavinat, kompensasiyaların verilməsi və ödənilməsi qaydalarını yaxşı bilmək
Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində "Tabelçı (Qarabağ)" qeyd edərək elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Anbar sistemi operatoru (Qarabağ)
Son tarix 19 yan 2025 [email protected]
Vəzi̇fə öhdəlikləri:
- Proqramda mal-materialların izlənməsi və məlumatın hesabat şəklində işlənməsi;
- Xüsusi proqramda müvafiq düzəlişlərin aparılması;
- Mal-materialların anbardan verilməsi zamanı sənəd tərtibatının düzgünlüyünə nəzarət;
- Satınalma və loqistika şöbəsi üçün hesabatların tərtib edilməsi;
- Daxil olan yükün müəyyən edilməsi və sistemdə yükün qəbulu üzrə sorğuların yerləşdirilməsi;
- Çatdırmadan sonra qəbulun təsdiq edilməsi (sənədlərin, qəbul edilmiş mal üzrə aktın yoxlanması, anbara yerləşdirilməsinin təsdiqi);
- Problemlərin, çatışmazlıqların, artıqların və qüsurların həll edilməsi;
- İadələr üzrə sənədlərin işlənməsi;
- Sifarişlərə dair sənədlərin çap edilməsi;
- Hesabatların hazırlanması;
Tələblər:
- Müvafiq sahə üzrə azı 1-2 il iş təcrübəsi;
- Ofis proqramlarının sərbəst istifadə etmək;
- VMS (anbar) proqramında iş təcrübəsi üstünlükdür;
- 1C programını bilmək üstünlükdür;
Namizədlərdən CV-ni "Anbar sistem operatoru" mövzusu ilə elektron poçtuna göndərməyi xahiş olunur.