Azinvest İnşaat
Sahə Mühəndisi
Son tarix 01 apr 2024 [email protected]
Öhdəliklər:
- İnşa olunan obyektlər üzrə İnşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək;
- Təmir-tikinti işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq;
- Təmir-tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Tələb olunan bütün materialları, avadanlıqları yığmaq və onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq;
- Təmir-tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək;
- İşçi briqadalarının iş bölgülərini təyin etmək, onların istehsalat tapşırıqlarını vermək;
- İşlərə mühəndislik baxımından rəhbərlik etmək.
Tələblər:
- İnşaat,mülki-tikinti və ya müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq iş təcrübəsi
- Sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarını bilməli;
- Tikinti norma və qaydalarına dair biliklər;
- İnşaat sektorunda istifadə olunan materialların, məmulatların, konstruksiyaların, avadanlıqların xüsusiyyətlərini və təyinatlarını bilmək;
- MS Office, Autocad proqramları üzrə qabaqcıl istifadə biliyi;
- Komandada işləmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- İşi planlamaq bacarığı;
- Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.
Bizim təminatımız:
- İş yeri: Kəlbəcər rayonu, Zəngilan rayonu
- Əmək haqqı; 1400-2000 AZN (Əmək haqqı namizədin bilik və bacarığına görə müsahibədə təyin olunacaq)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Sahə Mühəndisi” yazaraq 01.04.2024- cü il tarixinədək göndərilməsi xahiş olunur.
Tikintidə xərclərə nəzarət üzrə mütəxəssis
Son tarix 01 apr 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- Təhkim olunduğu layihələrdə layihə xərclərinin planlaşdırılmasını və plana uyğun icrasına nəzarəti təmin etmək;
- Təhkim olunduğu layihələrdə layihə xərclərinin optimallaşdırma həllərinin və hesablama üsullarının tətbiq olunmasını təmin etmək;
- Öncədən icra olunmuş layihələrdə əldə olunmuş təcrübənin gələcəkdə daha səmərəli tətbiq olunmasını təmin etmək;
- Layihə xərcləri daim nəzarətdə saxlamaq, kənarlaşmaları aradan qaldırmaq üçün önləyici tədbirlər görülməsi, təkliflər verilməsi və hesabat verilməsi;
- Layihənin tələblərinə uyğun olaraq, icra olunmuş işlərin ölçülməsi və təhlili;
- Podratçıların təqdim etdiyi əlavə işlər üzrə ehtimal qiymətlərin yoxlanılması və təhlili;
- İddiaların təhlili, əsas səbəblərinin araşdırılması və hesabatların təqdim edilməsi;
- İlkin, aralıq və yekun ödəniş sənədlərinin, BoQ-ların, dəyişiklik proseduru sənədlərinin, proqres hesabatlarının tərtibatı;
- Podratçılar tərəfindən hazırlanmış xərclərlə bağlı hesabatlarının yoxlanılması;
- Hesab-fakturaların və digər ödəniş sənədlərinin müqavilənin şərtlərinə uyğunluğunun yoxlanılması;
- Mühəndisi dəyərləndirmə zamanı layihə komandası ilə bərabər zəruri olan işlərin icrası;
- Podratçılar tərəfindən təqdim edilmiş maliyyə təkliflərinin yoxlanılması, təhlillərin aparılması, yekun hesabatların hazırlanması
Tələblər:
- Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi;
- Azərbaycan dili – səlis, İngilis dili – orta (şifahi və yazılı);
- Kompyuter bacarıqları - MS Office proqramları, AutoCAD;
- Mülki tikinti sahəsində oxşar vəzifədə azı 3 il iş təcrübəsi.
Bizim təminatımız:
- İş yeri: Bakı şəhəri, Baş ofis
- Əmək haqqı namizədin bilik və bacarığına görə müsahibədə təyin olunacaq
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Tikintidə xərclərə nəzarət üzrə mütəxəssis” yazaraq 01.04.2024- cü il tarixinədək göndərilməsi xahiş olunur.
Sahə Rəisi
Son tarix 01 apr 2024 [email protected]
Öhdəliklər:
- Tikinti sahəsinin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik etmək;
- Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək;
- Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etmək;
- Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin etmək;
- İşlərin kompleks mexanikləşdirmə səviyyəsinin yüksəldilməsi, yeni texnika və əməyin elmi təşkilinin tətbiqi, əmək məhsuldarlığının yüksəldilməsi üçün ehtiyatlardan istifadə edilməsi, tikinti-quraşdırma və buraxılmış-sazlama işlərinin dəyərinin azaldılması,
- Tikinti obyektləri üçün texniki sənədin alınmasını və saxlanmasını təmin etmək;
- İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır mərhələ iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak etmək;
- Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin həcminə, əmək məhsuldarlığına nəzarət etmək, ustalara, icrası nəzərdə tutulan tapşırıqlar vermək və onların icrasına nəzarət etmək;
- Subpodrat (xüsusiləşdirilmiş) təşkilatların gördükləri işlərə nəzarət etmək və bitmiş işləri təhvil almaq;
- İşçilərin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət etmək, fərqlənən işçiləri mükafatlandırmaq, istehsalat və əmək intizamını pozanlara qarşı isə intizam töhmətlərinin verilməsi haqqında təkliflər vermək, kollektivdə tərbiyəvi iş aparmaq, fəhlələrin ixtisas artırmasını təşkil etmək;
Tələblər:
- İnşaat,mülki-tikinti və ya müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq iş təcrübəsi
- Tikinti norma və qaydalarına dair biliklər;
- Podrat müqavilələrinin icra qaydalarını, istehsalatın, əməyin və idarəetmənin təşkilini bilməlidir;
- Tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının qərarlarını, sərəncamlarını, əmrlərini, digər rəhbəredici və normativ sənədləri bilməlidir;
- Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini bilməlidir;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir;
- Sifarişçi və subpodrat təşkilatlarla qarşılıqlı münasbətlərinin nizamlama qaydalarını bilməlidir;
- Komandada işləmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- İşi planlamaq bacarığı.
Bizim təminatımız:
- İş yeri: Kəlbəcər rayonu, Zəngilan rayonu
- Əmək haqqı; 2500-3000 AZN (Əmək haqqı namizədin bilik və bacarığına görə müsahibədə təyin olunacaq)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Sahə Rəisi” yazaraq 01.04.2024- cü il tarixinədək göndərilməsi xahiş olunur.
Sahə Memarı
Son tarix 01 apr 2024 [email protected]
Öhdəliklər:
- Təhkim olunduğu layihələrin bütün mərhələlərində memarlıq üzrə layihələndirmə prosesinin idarəedilməsini təmin etmək,
- Layihələndirmə prosesinə müvafiq fənn (memarlıq hissəsi) üzrə nəzarət etmək,
- Tikintinin istehsalat prosesinə müvafiq fənn (memarlıq hissəsi) üzrə nəzarət etmək;
- Layihənin təhvil-təslim prosesinə müvafiq fənn (memarlıq hissəsi) üzrə nəzarətetmək;
- Layihələrin ilkin mərhələlərində detallı axtarış etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək,
- Layihələndirmə məlumatlarını estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək,
- İstehsalatın müvafiq sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək,
- Tikintidə görülən işlərin keyfiyyətinə nəzarət etmək;
- Çıxarışların alınması üçün zəruri layihələrin hazırlanması;
- Yerində ölçü alımlarına və metraj hazırlanmasına töhfə vermək;
- Layihələrin və baş planların lazımi düzəlişlərinin Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun işləyib hazırlamaq.
- Layihələndirmə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək.
Tələblər:
- İnşaat,mülki-tikinti və ya müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
- Müasir tikinti norma və qaydalarını bilmək (AzDTN qaydaları əsasında);
- Archicad, Autocad proqramları üzrə qabaqcıl istifadə biliyi;
- Komandada işləmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- İşi planlamaq bacarığı;
- Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.
Bizim təminatımız:
İş yeri: Bakı şəhəri
Əmək haqqı; 1800-2000 AZN (Əmək haqqı namizədin bilik və bacarığına görə müsahibədə təyin olunacaq)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Sahə Memarı” yazaraq 01.04.2024- cü il tarixinədək göndərilməsi xahiş olunur.
Layihə Rəhbəri
Son tarix 01 apr 2024 [email protected]
Öhdəliklər:
- Layihənin vaxtında və keyfiyyətlə tamamlanmasına cavabdehlik daşıması;
- Tikinti proseslərinin idarə edilməsinin təşkil olunması;
- Tikinti qanunvericiliyinə əsasən razılaşdırma sənədlərinin alınmasına lazım olan sənədlərin, məktubların hazırlanması və prosesin idarə edilməsi;
- Tikinti proseslərinin planının, iş qrafikinin və iş həcmlərinin müəyyən edilməsi;
- Tikinti layihəsinin təchizat qrafikinin təşkil edilməsi;
- Tikinti layihəsinin maliyyə hesabatlarının tərtibi, gəlir və mənfəət göstəricilərinin analizi;
- Keyfiyyət parametrlərinə xələl gətirmədən xərclərin optimallaşdırılması və mənfəətin artırılması üçün tədbirlərin həyata keçirilməsi;
- Tikinti layihəsinə cəlb edilmiş subpodratçı təşkilatların və Şirkət daxili əmək qüvvəsinin işlərinin koordinasiyasının təşkil olunması;
- Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması;
- Sifarişçi və layihə təşkilatları arasında koordinasiya funksiyalarının icra olunması;
- Tələb olunduqda icraata təqdim edilmiş tikinti layihəsinin smetasının hazırlanması və Baş ofisə təsdiq üçün təqdim edilməsi;
- Sahədə yerinə yetirilmiş tikinti işlərinin Forma-2 sənədlərinin təsdiq olunması;
- Layihə üçün aylıq Forma-2 sənədlərinin hazırlanmasını və baş ofisə təqdim edilməsini təmin etmək;
- Tabeliyində olan sahə mühəndisləri/iş icraçıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;
- Xarici və ya yerli sifarişçi ilə keçirilən toplantılarda Şirkətin təmsil olunması;
Tələblər:
- İnşaat,mülki-tikinti və ya müvafiq sahə üzrə ali təhsil;
- Otel və istirahət kompleksi, bina tikintisində Rəhbər iş təcrübəsi
- Azərbaycan Respublikası Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması;
- İnşaat sektorunda istifadə olunan materialların, məmulatların, konstruksiyaların, avadanlıqların xüsusiyyətlərini və təyinatlarını bilmək;
- MS Office, Autocad proqramları üzrə qabaqcıl istifadə biliyi;
- Komandada işləmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- İşi planlamaq bacarığı;
- Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.
Bizim təminatımız:
İş yeri: Qarabağ İqtisadi Rayonu
Əmək haqqı: (Əmək haqqı namizədin bilik və bacarığına görə müsahibədə təyin olunacaq)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Layihə rəhbəri ” yazaraq 01.04.2024- cü il tarixinədək göndərilməsi xahiş olunur.
Keyfiyyətə Nəzarət üzrə Mühəndis
Son tarix 01 apr 2024 [email protected]
Öhdəliklər:
- Layihələrdə tətbiq edilmiş KN sistemlərin tələblərə uyğunluğunu yoxlamaq
- Layihələrdə tətbiq edilmiş KN sistem nəticələrinin uyğunluğunu yoxlamaq
- Layihələrdə tətbiq edilmiş KN sisteminə dair sənədləri yoxlamaq və təsdiqləmək
- Layihələrdə aparılan sənədləşmənin layihə tələblərinə, qüvvədə olan norma və standartlara, digər rəhbəredici sənədlərin tələblərinə uyğunluğunu yoxlamaq
- Layihələrdə yerinə yetirilən işlərin layihə tələblərinə, qüvvədə olan norma və standartlara, digər rəhbəredici sənədlərin tələblərinə uyğunluğunu yoxlamaq
- Layihədə istifadə edilən material və avadanlıqların layihə tələblərinə, qüvvədə olan norma və standartlara, digər rəhbəredici sənədlərin tələblərinə uyğunluğunu yoxlamaq
- Layihələrdə yoxlama vaxtı aşkarlanmış uyğunsuzluqları sənədləşdirmək, aradan qaldırılmasını yoxlamaq
- Fəaliyyət istiqaməti üzrə hesabatların hazırlanması
- Rəhbərlik tərəfindən veriləcək digər oxşar tapşırıqları icra etmək
Tələblər:
- İnşaat,mülki-tikinti və ya müvafiq sahə üzrə ali təhsil;
- Tikintidə Keyfiyyət sahəsində minimum 5 il iş təcrübəsi
- Sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarını bilməli;
- Tikinti norma və qaydalarına dair biliklər;
- MS Office, Autocad proqramları üzrə qabaqcıl istifadə biliyi;
- Komandada işləmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- İşi planlamaq bacarığı;
- Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.
Bizim təminatımız:
İş yeri: Kəlbəcər rayonu, Zəngilan rayonu
Əmək haqqı; 2300 - 3000 AZN (Əmək haqqı namizədin bilik və bacarığına görə müsahibədə təyin olunacaq)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Keyfiyyətə nəzarət üzrə mühəndis” yazaraq 01.04.2024- cü il tarixinədək göndərilməsi xahiş olunur.