“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxs
Yol mühəndisi
Son tarix 23 noy 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Layihə hesabatlarına baxış keçirir və təsdiq edir;
- Təklif olunan layihənin həm problemlərini, həm də potensial risklərini qiymətləndirir;
- İşçi cizgilərinin hazırlanması, konstruktiv təhlilin aparılmasını həyata keçirir;
- Layihənin idarə olunmasını həyata keçirir;
- Layihənin yüksək texniki-iqtisadi səviyyəsinin və layihə-smeta sənədlərinin keyfiyyətinin təmin edilməsini, şəhərsalma və memarlıq-planlaşdırma həllərinin keyfiyyətinin yaxşılaşdırılmasını təmin edir;
- Layihə işlərinin yerinə yetirilməsinin kompleks təqvim-planlarını hazırlayır;
- Layihə-axtarış işlərinin yerinə yetirilməsinə sifarişçi ilə müqavilənin bağlanması üçün ilkin məlumatları hazırlayır. Tikintiyə müəllif nəzarətinin həyata keçirilməsini təmin edir;
- Qüvvədə olan norma və tələblərə uyğun layihələndirilən avtomobil yolunun, yol geyimi hesabatlarının aparılmasını, texniki əsaslandırmaları təmin edir. Plan, profilin, en kəsiklərinin işlənib hazırlanması, yol nişanlarının layihələndirilməsi və digər işləri həyata keçirir.
Namizədə dair tələblər:
- Ali təhsil (yol mühəndisliyi);
- Aidiyyəti sahə üzrə minimum 4 il iş təcrübəsi;
- AutoCad, Autodesk Civil 3d proqramlarında səlis işləmə bacarığı.
Əmək şəraiti:
- İş rejimi: 5 gün, 09:00 – 18:00;
- Əmək haqqı: 2026 AZN (net) və ildə 3 dəfə əmək haqqı miqdarında mükafat;
- İş yeri: Bakı və Qarabağ ərazisi.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur.