Publik Hüquqi Şəxs
Hüquqşünas
Son tarix 05 sen 2025 - [email protected]
İş yeri: Müəssisə
İş yerinin ünvanı: Bakı şəhəri.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Hüquq sahəsi üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Səlis şifahi və yazılı Azərbaycan dili bilikləri;
- İngilis və rus dili biliyi arzuolunandır;
- Güclü ünsiyyət, kommunikasiya və araşdırma bacarığı;
- Yüksək korporativ nizam-intizam.
Namizədin görəcəyi işlər:
- Müəssisənin struktur bölmələrinə hüquqi yardım göstərilməsini, arayışlar, rəylər və qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində hüquqi məsləhətlərin verilməsini təmin etmək;
- Müəssisənin fəaliyyətinin qanunverciliyin tələbləri əsasında həyata keçirilməsi məqsədilə daxil olmuş sorğular əsasında hüquqi ekspertizaların aparılmasınında iştirak etmək;
- Öz səlahiyyəti çərçivəsində hüquqi risklərin müəyyən edilməsində və əlaqəli hesabatların hazırlanmasında iştirak etmək;
- Müəssisənin səlahiyyətlərinə aid olan məsələlərə dair bağlanmış müqavilələrin icrasından irəli gələn əlaqəli sənədlərin hüquqi ekspertizasının aparılması;
- Tapşırıq əsasında müvafiq lisenziya, icazələrin, Malın mənşə ölkəsini təsdiq edən sertifikatın alınmasını qanunvericiliyin tələblərinə uyğun şəkildə icra etmək;
- Müəssisənin satınalma prosesi ilə əlaqədar müvafiq hüquqi dəstək verilməsində iştirak etmək və sektor müdiri tərəfindən bu istiqamətdə tapşırılmış işləri icra etmək;
- Müəssisənin aid edilmiş məsələlər üzrə dövlət qurumlarından daxil olan məktub, sorğu və təkliflərə qanunvericiliklə müəyyən edilmiş müddətdə baxmaq, araşdırmaq, nəticəsi barədə sektor müdirinə məruzə etmək;
- Müəssisənin fəaliyyəti ilə əlaqədar investisiya qiymətli kağızları üzrə (istiqrazlara münasibətdə) hüquqi prosedurlarının icrasını həyata keçirmək;
- Dövlət orqanı/qurumlarından daxil olmuş qanun layihələri və digər normativ aktların layihələrinə, dəyişikliklərə baxış keçirilməsi, qanunvericiliyin tələbləri və Cəmiyyətin mövqeyi nəzərə alınmaqla, təkliflərin verilməsi, müxtəlif normativ aktların layihələrinin hazırlanmasını icra etmək;
- Müəssisənin fəaliyyəti üzrə ümumiləşdirmələr aparmaq, statistik və digər hesabatlar hazırlamaq və sektor müdirinə təqdim etmək.
Əlavə qeydlər:
- Əmək haqqı müsahibə nəticəsində müəyyən ediləcək.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına email-in mövzu hissəsində “Hüquqşünas” yazaraq göndərə bilərlər.