Dövlət adından yaradılan publik hüquqi şəxs
Hüquq departamentinin direktoru
Son tarix 19 okt 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Departamenti təmsil etmək;
- Departamentin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
- Departamentə həvalə olunmuş vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək;
- Tabeliyində olan işçilər arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək;
- Daxil olan sənədlərin yüksək peşəkarlıq səviyyəsində, müəyyən olunmuş müddət ərzində, məsuliyyətlə icra olunmasını təmin etmək;
- Qanuvericiliyə uyğunlaşdırmaq məqsədi ilə Qurumun normativ aktlarına dəyişikliklərin edilməsi barədə təkliflər vermək;
- Sənədlərin (layihələrin) hüquqi ekspertizasını aparmaq, onlara dair irad və təklifləri aidiyyəti üzrə təqdim etmək;
- Qurumun rəhbəri tərəfindən verilən Departamentin fəaliyyət istiqamətlərinə aid olan digər tapşırıqları yerinə yetirmək.
İş qrafiki:
- Bazar ertəsi - Cümə günləri, saat 09:00 – 18:00 dək;
- Zərurət olduqda şənbə günü - yarım gün
Vəzifəyə dair tələblər:
- Təhsilə dair tələblər: Ali hüquqi təhsil;
- İş stajına dair tələblər: bu sahədə ən azı 5 il iş stajı;
- Yaş: 27 yaşdan yuxarı
- Kompüter biliklərinə dair tələblər: MS Offıce proqramları - yüksək səviyyədə;
- Xarici dil biliklərinə dair tələblər: İngilis dili – C1; Rus dili - C1
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- İdarəetmə və komanda ilə işləmək bacarığı;
- İş planlama və təşkil etmə, idarəetmə bacarığı;
- Mükəmməl kommunikasiya bacarığı;
- Yaradıcı qabiliyyət;
- Analitik təhlil;
- Gərgin iş qrafikinə uyğunlaşma.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquq departamentinin direktoru” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.