Mühəndislik Tikinti - Təchizat QSC
Vergi uçotu üzrə mühasib
Son tarix 18 okt 2025 - [email protected]
Əmək haqqı: 1200-1500 AZN
İş barədə məlumat
- Şəxsi hesab vərəqələrinin gündəlik təqib edilməsi
- Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması
- Kameral uyğunsuzluqların yoxlanılması və uyğunsuzluqlara cavabların yazılması
- Mənfəət və zərər hesabatının tərtib edilməsi
- Balans hesabatının tərtibi və vahid formatın hazırlanıb təqdim edilməsi
- Balans maddəsi üzrə digər maddələrin ilkin sənədlərlə yoxlanılması
- Əsas vəsaitlərin qanunvericiliyə uyğun amortizasiya və təmir xərclərinin yoxlanılması
- Debitorlar üzrə qalıqların yoxlanılması
- Yerli və xarici kreditorlar üzrə daxili hesabatların verilməsi
- Proqnoz balansının hazırlanması
- Kassa kitabına, bank əməliyyatlarına və qaimə-fakturalara nəzarət edilməsi
- Pul vəsaitlərinin hərəkəti hesabatının tərtib edilməsi
- New-e-taxes, E-gov.az və digər portallardan istifadə etmə bacarığı;
- Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödənişləri reallaşdırmaq;
- Əməkhaqqı, məzuniyyət, son haqq-hesab və digər ödənişlərin hesablanması və ödənilməsi;
- Aylıq, rüblük və illik vergi hesabatlarının və arayışların hazırlanması, bu hesabatların vəziyyətinin izlənilməsi, daxil olan kameral uyğunsuzluq məktublarının və sorğuların cavablandırılması
- Vergi ödəyicilərinin dövriyyələrinin izlənilməsi, xüsusilə ƏDV dövriyyəsinə nəzarət edilməsi;
- Vergilərin düzgün və vaxtında ödənilməsinə nəzarət edilməsi;
- Mühasibat uçotu və vergitutma ilə bağlı digər vəzifələrin icrası
Namizədə tələblər:
- Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması
- Komanda ilə işləmə bacarığının olması
- ACCA, CIMA və IFRS üzrə biliklərin olması arzu olunandır
- 1C (7.7, 8.2, 8.3) mühasibatlıq proqramında işləmək bacarağı
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək; şənbə 10:00-dan 14:00-dək
- İstirahət: Bazar günü
- Əmək haqqı: Razılaşma yolu ilə
- Bül-bül pr 56 A
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.