Azərbaycan Respublikasının Mərkəzi Bankı
Şöbə rəisi
Son tarix 04 avq 2025 - Müraciət et
Struktur bölmənin adı Bazar davranışlarının tənzimlənməsi departamenti, Bazar davranışlarına nəzarətin metodologiyası şöbəsi
Hesabatlı olduğu vəzifə Departament direktoru
Vəzifənin funksiyaları:
- Maliyyə sektoru istehlakçıları və investorların inamını artırmaq üçün hüquqi pozuntular zamanı hüquqi məsuliyyət tədbirlərinin müəyyənləşdirilməsi ilə əlaqədar təkliflər hazırlayır;
- Bazar davranışları normativlərinin və tələblərin tətbiqi, habelə səlahiyyətlərinə aid digər məsələlər üzrə nəzarət subyektlərinə, həmçinin Mərkəzi Bankın nəzarət əməkdaşlarına və digər aidiyyəti struktur bölmələrə metodoloji dəstək göstərilməsini təmin edir;
- Maliyyə xidmətləri bazarının iştirakçılarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak edir;
- Zərurət yarandıqda maliyyə xidmətləri bazarının iştirakçıları üzrə requlyativ çərçivəyə nəzərdə tutulan əlavə və dəyişikliklərə nəzarət subyektlərinin, istehlakçıların və investorların mövqeyini öyrənir, qiymətləndirir, nəzarət subyektləri ilə daim dialoqun olmasını təmin edir;
- Mərkəzi Bankın bazar davranışlarının tənzimləmə və nəzarət siyasətinə, ayrı-ayrı nəzarət sahələri üzrə qabaqcıl beynəlxalq təcrübənin və standartların uyğun olaraq nəzarət subyektlərinin fəaliyyətinin tənzimlənməsinə və nəzarətin təşkilinə dair normativ-metodoloji bazanı hazırlayır, mövcud bazanı təkmilləşdirir;
- Bazar davranışlarının tənzimləmə və nəzarət sahələri üzrə qabaqcıl beynəlxalq təcrübənin və standartların tətbiqi imkanlarını qiymətləndirir;
Texniki biliklər
- Normayaratma üzrə biliklər– yüksək səviyyədə
- Maliyyə məhsullarının analizi üzrə ümumi biliklər – yüksək səviyyədə
- Maliyyə bazarlarının hüquqi tənzimlənməsi sahəsində ümumi biliklər – yüksək səviyyədə
- Bank qanunvericiliyi – orta səviyyədə
Davranış kompetensiyaları
- Analitik təhlil etmə
- Ünsiyyət qurma
- İnnovativlik və kreativlik
- Vaxtın idarəedilməsi
Təcrübə
- Maliyyə sektorunda müvafiq istiqamət üzrə minimum 5 il təcrübə
- Müvafiq istiqamət üzrə rəhbər vəzifədə iş təcrübəsi arzuolunandır
Təhsil
- Müvafiq sahədə ali təhsil (Maliyyə,İqtisadiyyat və Biznesin idarə edilməsi)
Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (əla səviyyədə
Kompüter bacarıqları
- MS Office-Yaxşı səviyyədə
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bölmə rəhbəri
Son tarix 04 avq 2025 Müraciət e
Struktur bölmənin adı Maliyyə sektorunun dayanıqlı inkişafı departamenti, Maliyyə inklüzivliyi bölməsi
Hesabatlı olduğu vəzifə Departament direktoru
Vəzifənin funksiyaları:
- Maliyyə inklüzivliyi bölməsinin işinin təşkil edilməsi, bölmə qarşısında qoyulan vəzifələrin icrasının təmin edilməsi;
- Azərbaycanda maliyyə inklüzivliyinin cari vəziyyətinin təhlilinin aparılması, boşluqların və problemlərin müəyyən edilməsi;
- Bank xidmətlərinə çıxış və maliyyə məhsullarından istifadə və maliyyə xidmətlərinin keyfiyyəti kimi maliyyə inklüzivliyi göstəriciləri üzrə məlumatların toplanması və təhlil edilməsi;
- Maliyyə xidmətlərindən kənarda qalan və ya az istifadə edən əhalinin ehtiyac və prioritetlərini öyrənmək məqsədilə məlumat analitikasından və tədqiqat metodologiyalarından istifadə edilməsi;
- Maliyyə inklüzivliyinin artırılması üzrə siyasət qərarlarının hazırlanması məqsədilə qlobal tendensiyaların izlənməsi və maliyyə inklüzivliyi üzrə qabaqcıl təcrübələrin öyrənilməsi;
- Milli strategiyalarda və fəaliyyət planlarında nəzərdə tutulmuş maliyyə inklüzivliyi təşəbbüslərinin icrası;
- Maliyyə inklüzivliyi təşəbbüslərinin icra vəziyyətinin və təsirinin monitorinqinin aparılması;
- Maliyyə xidmətlərindən kənarda qalan əhali və sahibkarlıq subyektlərinin ehtiyaclarına cavab verən maliyyə məhsul və xidmətlərin hazırlanması və implementasiyası istiqamətində maliyyə institutları birgə işlərin aparılması;
- Daxili və xarici maraqlı tərəflər üçün maliyyə inklüzivliyi fəaliyyətləri, nəticələr və problemlər haqqında müntəzəm hesabatlar və təqdimatların hazırlanması;
- Maliyyə inklüzivliyi təşəbbüslərinin koordinasiyası məqsədilə Mərkəzi Bankın digər departamentləri və xarici maraqlı tərəflərin fəaliyyətlərinin əlaqələndirilməsi;
Texniki biliklər
- Maliyyə bazarları, institutları və alətləri – yüksək səviyyədə
- Bankçılıq – yüksək səviyyədə
- Maliyyə sektoru üzrə qanunvericilik – yüksək səviyyədə
- Maliyyə hesabatlığı– orta səviyyədə
- Makroiqtisadiyyat – orta səviyyədə
- Statistika və ekonometrika – orta səviyyədə
Davranış kompetensiyaları
- Analitik təhlil etmə
- Ünsiyyət qurma
- İnnovativlik və kreativlik
- Vaxtın idarəedilməsi
Təcrübə
- Maliyyə sektorunda və ya iqtisadi sektorda müvafiq istiqamət üzrə minimum 4 illik iş təcrübəsi.
Təhsil
- Müvafiq sahədə ali təhsil (Maliyyə,İqtisadiyyat və Biznesin idarə edilməsi)
Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (əla səviyyədə
Kompüter bacarıqları
- MS Office-Yaxşı səviyyədə
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Aparıcı mütəxəssis
Son tarix 18 avq 2025 Müraciət et
Maliyyə monitorinqi departamentinin 1-ci Monitorinq şöbəsi
Funksiyalar
- Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TM/KMM) üzrə qanunvericiliyə uyğunluğun, habelə məcburi göstərişlərin və öhdəlik götürülən tədbirlərin icrası vəziyyətinin yoxlanılması məqsədilə maliyyə institutlarında yoxlamalar və/və ya digər nəzarət tədbirlərini həyata keçirir, müəyyən edilmiş hallar ilə əlaqədar müzakirələr təşkil edir, hesabatlar hazırlayır və rəhbərliyə təqdim edir;
- Aparılmış yoxlama və/və ya digər nəzarət tədbirlərinin nəticələri əsasında maliyyə institutları tərəfindən ƏL/TM/KMM üzrə qanunvericiliyə riayət olunması vəziyyətini, habelə riskləri qiymətləndirir, maliyyə institutlarının ƏL/TM/KMM risk profilini müəyyən edir və ya yeniləyir, aşkar edilən pozuntuların aradan qaldırılmasına dair göstərişlər və risklərin azalmasına istiqamətlənən tədbirlərlə bağlı təkliflər verir;
- Maliyyə institutlarının ƏL/TM/KMM sahəsində institusional risk qiymətləndirməsi və daxili nəzarətin nəticələrini, eləcə də audit rəyi və kənar audit hesabatlarını təhlil edir, zəruri hallarda təhlil nəticələrini maliyyə institutlarının və audit şirkətlərinin nümayəndələri ilə müzakirə edir;
- Fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlarda ƏL/TM/KM şübhələrini və ya belə şübhələr üçün kifayət qədər əsaslar yaradan halları müəyyən edir, araşdırır, təhlil edir və bu barədə müvafiq hesabatları hazırlayır və rəhbərliyə təqdim edir;
- Fəaliyyəti çərçivəsində aşkar olunan pozuntularla əlaqədar maliyyə institutlarına və onların vəzifəli şəxslərinə qarşı təsir, təshih tədbirləri və sanksiyaların tətbiqinə dair təklif verir;
- Səlahiyyətlərinə aid məsələlərlə bağlı Şöbəyə daxil olan müraciətlərə baxır, zəruri hallarda müraciətdə qeyd olunan məsələlərlə bağlı araşdırmaları aparır, sorğu və məktublara cavablar hazırlayır;
- Şöbənin vəzifələrinin icrası ilə əlaqədar səlahiyyətləri daxilində Mərkəzi Bankın struktur bölmələrinə sorğu verir və onlardan məlumatları (sənədləri) alır, zəruri məlumatların (sənədlərin) əldə edilməsi məqsədilə dövlət orqanlarına (qurumlarına) və maliyyə institutlarına sorğuları hazırlayır;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə Mərkəzi Bankın aldığı texniki yardım layihələrində iştirak edir;
- Müvafiq qanunvericilikdə nəzərdə tutulmuş, habelə rəhbərliyin tapşırığına uyğun olaraq departamentin fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir;
- ƏL/TM/KMM sahəsində keçirilən konfranslarda, seminarlarda, forumlarda, treninqlərdə və digər tədbirlərdə iştirak edir.
Əsas kompetensiyalar
- Dürüstlük, obyektivlik
- İdarəetmə
- Detallara diqqət etmə
- Qərar qəbuletmə
- Təşəbbüskarlıq
- Sahə üzrə müasir trendləri mütəmadi izləmə
- Tənqidi düşünmə, araşdırma və təhlil etmə
Texniki kompetensiyalar
- ƏL/TM/KMM sahəsində qanunvericilik bilikləri
- Maliyyə sahəsində (bank, sığorta, qiymətli kağızlar, BOKT, valyuta mübadiləsi və s.) qanunvericilik bilikləri
- Risklərin qiymətləndirilməsi üzrə biliklər
- Təqdimat və yazı bacarıqları
Təcrübə
- Maliyyə bazarları sahəsində ƏL/TMM, komplayens, maliyyə, audit, risklərin idarə edilməsi və daxili nəzarət istiqamətləri üzrə 3 il iş təcrübəsi
Təhsil
- Ali təhsil (iqtisadiyyat/maliyyə/ /biznesin idarəedilməsi)
Dil bacarığı
- Səlis azərbaycan, yaxşı səviyyədə ingilis dili bacarığı arzuolunandır
Kompüter bacarıqları
- MS Office proqramları (xüsusilə MS Excel)
- İri həcmli məlumatların təhlili üzrə proqram təminatı (SQL, Python, və s.) ilə işləmə bacarığı olanlara üstünlük verilir
Sertifikatlar - CAMS sertifikasiyası zəruridir
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Departament direktoru
Son tarix 06 avq 2025 - Müraciət e
Struktur bölmənin adı
- Maliyyə idarəetməsi departamenti
Vəzifənin funksiyaları:
- Departamentin əsasnaməsinə uyğun olaraq departamentin işinin təşkil edilməsi və departamentə bilavasitə rəhbərlik edilməsi;
- Departamentə aid olan məsələlər üzrə təkliflərin AMB İdarə Heyətinin müzakirəsinə təqdim edilməsi;
- Mərkəzi Bankın büdcə planlaşdırılması və icrasına nəzarət proseslərinə rəhbərlik etmək;
- Departamentin əməkdaşları arasında vəzifə bölgüsünün aparılması, vəzifə təlimatlarının təsdiq edilməsi, əməkdaşların vəzifə funksiyalarını yerinə yetirilməsi üçün lazımi şərait yaradılması və fəaliyyətlərinə nəzarət edilməsi;
- Departamentin mütəxəssislərinin professional inkişafları üçün tədbirlər görülməsi, təhsil ehtiyaclarının müəyyənləşdirilməsi və təsdiq edilməsi, əməkdaşların təhsil tədbirlərində iştirakının və işçilər arasında təcrübə mübadiləsinin təmin edilməsi;
- Departamentin fəaliyyəti ilə bağlı tələbatı nəzərə alaraq departamentin strukturu və ştatı haqqında, habelə işçilərin qiymətləndirilməsi, motivasiya edilməsi və işdə yol verilən pozuntulara görə intizam tənbehlərinin verilməsi haqqında təklif və təqdimatlarla rəhbərlik qarşısında çıxış edilməsi;
- Mərkəzi Bankın maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətin həyata keçirilməsi;
- Bankın daxili maliyyə əməliyyatlarının şəffaflığını və beynəlxalq standartlara uyğunluğunu təmin etmək;
- Departamentin işçiləri hər hansı bir səbəbdən işdə olmadıqda onların vəzifələrinin icrasının təşkil edilməsi;
- Departamentin səlahiyyətinə daxil olan digər məsələlərin həll edilməsi və rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi.
Texniki kompetensiyalar
- Maliyyə sistemi, maliyyə bazarları və alətləri
- Risklərin idarə edilməsi
- BMHS/IFRS bilikləri
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə biliklər
- Əmək Münasibətləri və Əmək Məcəlləsi üzrə biliklər
- Mülki Qanunvericilik bilikləri
Təcrübə
- Maliyyə, mühasibatlıq və ya audit sahəsində minimum 10 il, o cümlədən bank sektorunda və ya “Böyük dördlük”-ə daxil olan audit şirkətlərində (maliyyə, mühasibatlıq və ya audit sahələri üzrə) minimum 5 il iş təcrübəsi tələb olunur.
- Həmçinin, qeyd edilən iş təcrübəsinin minimum 5 ilinin rəhbər vəzifələrdə olması tələb olunur. (Mərkəzi Bank daxilində namizədlər üçün minimum şöbə müdiri, digər namizədlər üçün isə minimum direktor müavini və daha yuxarı vəzifələr nəzərdə tutulur. “Böyük dördlük” audit şirkəti olduqda minimum menecer vəzifəsi).
Təhsil
- Maliyyə, İqtisadiyyat, Riyaziyyat və ya İdarəetmə ixtisasları üzrə ali təhsil tələb olunur.
Dil bacarığı
- Azərbaycan dili (yüksək), İngilis dili (yüksək)
Kompüter bacarıqları
- MS Office proqramları (yüksək səviyyədə)
Sertifikatlar
- ACCA/CFA sahəsində nailiyyətlər arzu olunandır.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.