Azərbaycan Respublikasının Mərkəzi Bankı
Şöbə rəisi
Son tarix 13 may 2026 Müraciət et
Struktur bölmənin adı
- Maliyyə idarəetməsi departamenti / Maliyyə hesabatlığı və daxili nəzarət şöbəsi
Vəzifənin funksiyaları:
- Maliyyə idarəetməsi departamentinin Əsasnaməsində Maliyyə hesabatlığı və daxili nəzarət söbəsinə aid təsbit edilmiş funksiyalarının icra olunmasını təmin edir, şöbənin fəaliyyətini təşkil edir və şöbə tərəfindən yerinə yetirilən işlər üçün məsuliyyət daşıyır;
- Vəzifə təlimatları və fərdi iş planlarında nəzərdə tutulmuş vəzifələrin şöbə əməkdaşları tərəfindən icrasını təşkil edir və müvafiq nəzarəti həyata keçirir;
- Şöbənin əməkdaşları üçün vəzifə təlimatları və fərdi iş planlarını hazırlayır, təhsil ehtiyaclarını müəyyən edir, fəaliyyətini qiymətləndirir və departament direktorunun təsdiqinə təqdim edir;
- Departamentin əməliyyat planlarının hazırlanmasında iştirak edir;
- Mərkəzi Bankın icmal (gündəlik, aralıq) maliyyə hesabatlarının hazırlanmasına rəhbərlik edir;
- Mərkəzi Bankın maliyyə fəaliyyəti barədə arayış və məlumatları hazırlayır;
- Mərkəzi Bank tərəfindən aparılan əməliyyatların maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğunluğuna nəzarəti həyata keçirir;
- Xarici audit yoxlamaları ilə əlaqədar müvafiq fəaliyyəti həyata keçirir;
- Dövlət qurumlarına (Dövlət Statistika Komitəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə və s.) qanunvericilikdə nəzərdə tutulmuş hesabatların hazırlanmasını və təqdim olunmasını təmin edir;
- Şöbənin funksiyalarına dair normativ metodoloji bazanın, o cümlədən daxili prosedurların hazırlanması və təkmilləşdirilməsini həyata keçirir;
- Avtomatlaşdırılmış Bank Əməliyyat Sistemlərinin yaradılması və inkişaf etdirilməsi proseslərində iştirak edir;
- Şöbənin əməkdaşlarının motivasiyası və onlara qarşı intizam tənbehlərinin tətbiq edilməsi barədə departament direktoru qarşısında vəsatət qaldırır;
- Şöbənin funksiyalarına dair məsələlər üzrə sorğuları cavablandırır və yazışmaları həyata keçirir;
- Departamentin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.
Texniki kompetensiyalar
- Avtomatlaşdırılmış geniş məlumat bazası ilə işləmək bacarığı (yüksək səviyyədə)
- Hesabat tərtib etmək bacarığı (yüksək səviyyədə)
Təcrübə
- Maliyyə, mühasibatlıq və ya audit sahəsində minimum 1(bir) ili rəhbər vəzifələrdə olmaqla ümumilikdə 5 ildən çox iş təcrübəsi və ya “Böyük dördlük”-ə daxil olan audit şirkətlərində (maliyyə, mühasibatlıq və ya audit sahələri üzrə) minimum 5 (beş) il iş təcrübəsi
Təhsil
- Müvafiq sahədə (idarəetmə, iqtisadiyyat, maliyyə və s. əlaqəli ixtisaslar üzrə) ali təhsil
Dil bacarığı
- Azərbaycan dili (əla səviyyədə), İngilis dili (yüksək səviyyədə)
Kompüter bacarıqları
- MS Office (word, excel, ppt, project, visio) (yüksək səviyyədə)
Sertifikatlar
- ACCA-nın üzvü olması və ya DipİFR diplom sahibi (mütləqdir)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.















