Menzer Hajiyeva
Əməliyyatlar üzrə menecer
Son tarix 01 dek 2023 - [email protected]
Mənzər Hacıyeva əl işi ilə hazırlanan yüksək keyfiyyətli, dəbli və gözəl kəlağayıların hazırlanması ilə məşğul olan yerli brenddir. Brendimiz 10 ildən çoxdur ki, fəaliyyət göstərir.
Biz pərakəndə satış sahəsində təcrübəsi olan yüksək motivasiyası olan Əməliyyatlar üzrə menecer axtarırıq (oxşar vəzifədə minimum 2+ təcrübə tələb olunur).
Bu vəzifədə siz şirkətdaxili şöbələr və istehsalat, mühasibatlılıq, marketinq və satış sahələrində fəaliyyət göstərən autsorsinq şirkətləri arasında bütün daxili prosedurların düzgün aparılmasına cavabdeh olacaqsınız.
Daxili prosedurlar:
- Daxili proseslərin optimallaşdırılması və həyata keçirilməsi.
- Onlayn və mağaza daxilində müştəri təcrübəsinin təkmilləşdirilməsi.
Hesabatların hazırlanması:
- Müxtəlif kanallar vasitəsilə malların hərəkəti üzrə hesabatların hazırlanması və aylıq mağaza inventarizasiyasının keçirilməsi.
- Şirkətxarici ödənişlərin edilməsi.
- Zoho.com-da xərc və satış hesabatlarına və kassa balansına nəzarət.
- Şirkət direktoru tərəfindən tələb olunan digər hesabatlar.
Müqavilələr, Sənədlər və İR:
- İşçi, müştəri və tərəfdaşlıq müqavilələrin hazırlanması.
- Mağaza daxilində işçilər arasında və istehsalat sahəsində yaranan problemlərin həlli.
Məhsulun inkişafına, istehsalına və keyfiyyətə nəzarət:
- Xammal sifarişlərinin verilməsi və gömrük prosedurlarına nəzarət edilməsi.
- Logistikaya nəzarət: məhsulların keyfiyyətinə və kəmiyyətinə nəzarət.
- Məhsulların sifarişi
Marketinq və Satış:
- Çap materiallarının sifarişi.
- Hesabatların hazırlanması.
- Rəqəmsal kanallar vasitəsilə stok və satışa nəzarət.
- Korporativ sifarişlər üzrə satış komandasına dəstək.
- Yüksək tələbat mövsümündə və istirahət günlərində satış komandasına dəstək.
Liderlik bacarıqları:
- Etibarlı və dinamik
- Əla kommunikasiya bacarıqları
- Vaxtın idarə olunması bacarıqları
- Dəqiq və detallara diqqət yetirən
- Tapşırıqları keyfiyyətli icra edən
Sərt bacarıqlar:
- Proqram təminatı: 1C və ya bənzər proqramda işləmək
- Excel proqramında hesabatlar hazırlamaq
- Korporativ yazışmalar aparmaq
Dil bilikləri:
- Azərbaycan: əla
- Rus: danışıq
- İngilis dili: yazışmalar aparmaq və oxumaq səviyyəsində
Siz birbaşa şirkət direktoru və təsisçisi, eləcə də komandamız və “Concept Store 27” komandası ilə işləyəcəksiniz, eləcə də daima öyrənəcəksiniz.
İş yeri: “Concept Store 27” mağazası, Zərifə Əliyeva küç., 27, Bakı
İş saatları: bazar ertəsi - cümə günləri: 9:30-6:30
Əməkhaqqı: 1000 AZN + 3 ay işlədikdən sonra KPI üzrə bonuslar.
Maaş artımı 6 ay iş müddətindən sonra mümkündür.
Kanallarımızı izləyin:
Menzerhajiyeva.com
@menzerhajiyeva_az