Kənd Təsərrüfatı Nazirliyi
Rəqəmsal media üzrə mütəxəssis / baş mütəxəssis
Son tarix 25 sen 2025 - [email protected]
Əmək funksiyaları:
- Müəssisənin rəsmi internet səhifəsi və sosial şəbəkələrdəki səhifələrinin idarə olunmasını təmin etmək, onların təkmilləşdirilməsinə və məlumatların aktuallığına nəzarət etmək;
- Müəssisənin rəsmi internet səhifəsi və sosial şəbəkələrdəki səhifələrində yerləşdirilən məlumatların davamlı olaraq yenilənməsini təmin etmək, habelə mütəmadi monitorinq aparmaq və hesabatlar hazırlamaq;
- Rəqəmsal media sahəsində fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamaq;
- Müəssisənin fəaliyyətinə dair video və foto materialların arxivini formalaşdırmaq və idarə etmək;
- Rəqəmsal media sahəsi ilə bağlı müvafiq proqramlarda, habelə fəaliyyət planının müddəalarından irəli gələn məsələləri icra etmək;
- Qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və xidməti məlumatların qorunmasını təmin etmək.
Namizədə dair tələblər:
- Təhsil: ali təhsil (dövlət və ictimai münasibətlər, ictimaiyyətlə əlaqələr, jurnalistika, kommunikasiya və rəqəmsal media);
- Staj: müvafiq sahə üzrə 1-3 ildən az olmayaraq əmək stajı;
- Xarici dil: ingilis dili və rus dili səlis bilikli namizədlərə üstünlük verilir;
- Google Analytics, Google Ads, Tag Manager, SEO alətləri, Meta Ads, YouTube Ads və s. işləmək bacarığı;
- Kontent tərtib etmə bacarığı;
- Ünsiyyət, komanda ilə işləmə bacarığı.
- Yaradıcılıq, təqdimat bacarıqları
- Detallara diqqət yetirmə və məlumatların dəqiqliyinə fokuslanma bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “rəqəmsal media üzrə mütəxəssis/baş mütəxəssis” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.