Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
Strategiya, Analitik təhlil və hesabatlılıq üzrə mütəxəssis
Son tarix 24 iyn 2025 [email protected]
Vəzifə öhdəlikləri:
- Kənd təsərrüfatı sektorunun inkişafı üzrə strateji planların hazırlanmasında iştirak etmək və onların icrasına nəzarət etmək;
- Qurumun fəaliyyətinə dair məlumatların toplanması, emalı və təhlilinin həyata keçirilməsi;
- Fəaliyyət istiqamətləri üzrə dəqiq və sistemli hesabatların hazırlanması, analitik təqdimatların tərtib edilməsi;
- Statistik göstəricilərin və performans indikatorlarının (KPI) izlənməsi, təhlili və nəticələr əsasında təkliflərin hazırlanması;
- Qısa, orta və uzunmüddətli strateji məqsədlərin müəyyən olunmasına dəstək göstərmək;
- Aidiyyəti qurum və strukturlarla əməkdaşlıq etmək, daxili və xarici məlumat axınını effektiv şəkildə koordinasiya etmək;
- İllik və rüblük fəaliyyət planlarının icra vəziyyətini izləmək və rəhbərliyə vaxtında hesabat təqdim etmək;
- Data vizualizasiya alətləri vasitəsilə (Tableau, Power BI və s.) məlumatların aydın və anlaşılan formada təqdim edilməsini təmin etmək.
Namizədə tələblər:
- Ali təhsil (iqtisadiyyat, idarəetmə, statistika, kənd təsərrüfatı və ya müvafiq sahələr üzrə);
- Yüksək səviyyədə data təhlili və vizuallaşdırma bacarıqları – SQL, Python, Tableau, Power BI proqramlarında sərbəst işləmək bacarığı;
- Google, IBM və ya Microsoft Power BI üzrə Data Analytics sertifikatına malik olmaq üstünlükdür
- Analitik düşüncə və strateji yanaşma qabiliyyəti;
- Hesabatların hazırlanması və təqdimat bacarığı;
- Komanda ilə işləmək və effektiv kommunikasiya qurmaq bacarığı;
- Dövlət qurumlarında və ya strateji planlaşdırma sahəsində təcrübəyə malik olmaq üstünlükdür
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Analitik təhlil” üzrə mütəxəssislər yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.