İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Büdcə planlaşdırılması və icraya nəzarət şöbəsinin mütəxəssisi
Son tarix 23 mar 2026 - [email protected]
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Büdcə planlaşdırılması və icraya nəzarət şöbəsinin mütəxəssisi vakansiyası elan edir.
Təklif etdiyimiz imkanlar:
- Gənc və peşəkar kollektivdə çalışma şansı;
- Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
- Karyera inkişafı üçün yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:
- Təhsil: Maliyyə, iqtisadiyyat sahəsi üzrə ali təhsil;
- Təcrübə: Maliyyə istiqamətində 3 il iş təcrübəsi;
- Texniki biliklər: MS Excel üzrə yüksək səviyyədə biliklər (Power BI üstünlükdür),
- Maliyə hesabatlarının hazırlanması bacarığı,
- Dövlət satınalmaları haqqında qanunun tələbləri ilə bağlı biliklər,
- Büdcə sistemi haqqında qanunun tələbləri ilə bağlı biliklər,
- Vergi qanunvericili ilə bağlı biliklər,
- FRM sertifikatı üstünlükdür,
- İFRS üzrə nəzəri və praktiki biliklər arzuolunandır,
- Büdcə planlaşdırılması, büdcə tərtibi və büdcə icrasına nəzarət prinsipləri barədə biliklər.
- Şəxsi bacarıqlar: Analitik təhlil, komandada işləmə, vaxtın idarə edilməsi və problemləri həll etmə bacarıqları.
Vəzifə öhdəlikləri:
- Hər il növbəti il üçün fondun büdcə layihəsinin və Agentliyin illik xərclər smetasının vaxtında hazırlanması və prosesdə müvafiq struktur bölmələrinin iştirakının koordinasiya edilməsi;
- Müəssisələrin növbəti il üzrə təqdim etdikləri büdcə layihələrinin müvafiq olaraq Fondun gəlir və xərclərinə uyğunluğunun yoxlanılması və rəy verilməsi prosesində iştirak;
- Agentlik və onun maliyyələşdirdiyi müəssisələrin proqnoz və faktiki xərclərinin qanunvericiliyə uyğun olaraq təhlili və kənarlaşmaların aşkar edilməsində, qənaət imkanlarının araşdırılması və xərclərin optimallaşdırılması üzrə təkliflərin verilməsi;
- Agentlik tərəfindən maliyyələşdirilən müəssisələrin təsdiq edilmiş illik büdcə smetalarına uyğun olaraq maliyyələşdirilməsi və icrasına nəzarət prosesində iştirak;
- Kənar auditin aparılmasına dəstək və auditorlarla əlaqəli şəxs kimi çıxış edərək tələb olunan məlumatların toplanılması və təqdim edilməsi;
- Regional bölmələrin maliyyə əməliyyatları üzrə yerində və distant yoxlamalarının aparılmasında iştirak və nəticələrə dair hesabatın verilməsi;
- ERP/Mühasibatlıq sisteminin tətbiq olunması, proseslərin təkmilləşdirilməsi və idarəetmə hesabatlarının avtomatlaşdırılmasının aparılması.
İş şəraiti:
- İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (bazar ertəsi – cümə);
- İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;
- İş yeri: Bakı şəhəri, Lev Tolstoy 170.
Seçim mərhələləri:
- Müraciətlərin nəzərdən keçirilməsi
- Test mərhələsi
- Müsahibə mərhələsi
Müraciət qaydası:
- CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
- Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
- Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!












