İcbari Sığorta Bürosu
Rəqəmsal həllər üzrə analitik
Son tarix 25 okt 2025 [email protected]
İş yeri: Bakı
Vəzifə öhdəlikləri:
- Proqram təminatının hazırlanması üzrə texniki tapşırıqların yoxlanılması;
- Proqram təminatının funksional testlərinin (front-end və back-end) aparılması və veb-servislərin keyfiyyətinə nəzarət edilməsi;
- APİ sənədləşməsinin tərtibi və yoxlanılması;
- Json, XML strukturlarından istifadə edərək APİ sənədlərinin hazırlanması;
- Analiz və dizayn sənədlərinin hazırlanması;
- Data modelin qurulmasında iştirak;
- Postman, Swagger kimi alətlərlə işləmək;
- İş axınlarını təsvir etmək üçün draw.io, MS Visio alətlərindən istifadə;
- Dizayn və mockup formaların hazırlanması üçün Figma, Miro kimi vasitələrdən istifadə;
- İri həcmli məlumat bazaları və SQL sorğuları ilə işləmək;
- Maraqlı tərəflərlə ünsiyyətin qurulması və onların tələblərinin toplanması;
- Layihənin məqsədlərinə çatmaq üçün iş həcminin dəqiq müəyyənləşdirilməsi və fəaliyyətin təşkili;
- Daxili hesabatların hazırlanması və təhlili;
- Xarici və daxili işçi qrupları ilə koordinasiyalı əməkdaşlıq;
Namizədə dair tələblər:
Təhsil və təcrübə:
- Ali təhsil;
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
Dil bilikləri:
- Azərbaycan dili – əla;
- İngilis dili – yaxşı;
- Rus dili – yaxşı;
Texniki biliklər:
- Microsoft Excel üzrə yüksək səviyyədə biliklər;
- APİ sənədləşməsi və inteqrasiyası üzrə biliklər;
- Json və XML strukturları ilə işləmək bacarığı;
- SQL ilə işləmək bacarığı;
- Postman, Swagger ilə işləmə bacarığı;
- Draw.io, MS Visio, Figma, Miro kimi alətlərlə işləmə bacarığı;
- Vizuallaşdırma və data analitika alətləri üzrə təcrübə (arzuolunandır – Python, Power BI, Tableau və s.);
- Jira project və Jira service desk ilə işləmək üçün baza biliklərə sahib olmaq;
Dİgər bacarıqlar:
- Analitik düşüncə və iri həcmli məlumatlarla işləmək bacarığı;
- Məsuliyyətli, operativ və dəqiq olmaq;
- Komanda ilə işləmək və yüksək kommunikasiya bacarığı;
- Maraqlı tərəflərlə effektiv əlaqə qurmaq və tələbləri dəqiq ifadə etmək bacarığı.
Əmək haqqı: razılaşma yolu ilə
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq) Uğurlar.
Əməliyyatların Avtomatlaşdırılması və Məlumat Bazalarının İdarəedilməsi Şöbəsi Avtomatlaşdırma üzrə Baş Mütəxəssis
Son tarix 25 okt 2025 - [email protected]
İş yeri: Bakı
Vəzifə öhdəlikləri:
- Avtomatlaşdırma layihələrinin planlaşdırılması və icrasına rəhbərlik
- Texniki həllərin hazırlanması və tətbiqinə nəzarət
- Komanda üzvlərinin fəaliyyətinin koordinasiyası və mentorluq
- Avtomatlaşdırma strategiyasının hazırlanması və inkişaf etdirilməsi
- Texniki sənədlərin hazırlanması və təqdimatı
Namizədə dair tələblər:
- Liderlik və idarəetmə bacarıqları
- Yüksək texniki bilik və analitik düşüncə
- Məsuliyyətli və təşəbbüskar yanaşma
Təhsil və sertifikatlar:
- Müvafiq sahədə ali təhsil
- DevOps və avtomatlaşdırma üzrə beynəlxalq sertifikatlar (Terraform, Kubernetes, Jenkins Expert və s.)
Dil bilikləri:
- Azərbaycan dili – əla
- İngilis dili – yaxşı səviyyədə
Təcrübə:
- Avtomatlaşdırma və DevOps sahəsində minimum 3 il iş təcrübəsi
- Komanda idarəetməsi üzrə təcrübə
Texniki biliklər:
- Python, Bash, PowerShell
- CI/CD, Docker, Kubernetes, GitOps
- Cloud texnologiyaları və infrastrukturların avtomatlaşdırılması
Digər bacarıqlar:
- Liderlik və komanda ilə işləmə bacarığı
- Effektiv ünsiyyət və təqdimat bacarığı
- Layihə idarəetmə və qərarvermə bacarığı
Əlavə üstünlüklər:
- ITIL, PMP və ya Agile metodologiyaları üzrə biliklər
- Cloud sertifikatlar (AWS Certified DevOps Engineer, Azure DevOps Expert)
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq) Uğurlar.