İcbari Sığorta Bürosu
Metodologiya üzrə mütəxəssis (hüquqşünas)
Son tarix 02 mar 2026 - [email protected]
İşin təsviri:
- Qabaqcıl ölkələrin sığorta sahəsində tətbiq olunan hüquqi və institusional modellərini təhlil edir, onların uyğunlaşdırılması üzrə hüquqi və praktiki təkliflər verir;
- Sığorta sektorunun tənzimlənməsi sahəsində normativ-metodoloji sənədlərin (təlimatlar, qaydalar və s.) layihələrinin hazırlanmasında iştirak edir;
- Sığorta fəaliyyəti ilə bağlı potensial risklərin müəyyənləşdirilməsi və onların qarşısının alınması məqsədilə hüquqi mexanizmlər hazırlayır və müvafiq təkliflər formalaşdırır;
- Sığorta şirkətlərindən və digər maraqlı tərəflərdən daxil olan hüquqi məzmunlu müraciətləri araşdırır, cavabların hazırlanması və hüquqi mövqenin formalaşdırılması üzrə təlimatlar verir.
Tələblər:
- Qanunvericilik aktları ilə işləmək, hüquqi təhlillər aparmaq və normayaratma fəaliyyəti (hüquqi aktların layihələrinin hazırlanması) sahəsində təcrübə;
- Qısa müddətdə böyük həcmli hüquqi və digər məlumatların təhlili bacarığı;
- Analitik düşüncə və məntiqi nəticə çıxarma qabiliyyəti;
- Qabaqcıl ölkələrin təcrübəsinin araşdırılması, təhlili və yerli mühitə tətbiqi bacarığı;
- Hüquqi normaların arxasındakı nəzəri əsasları və məntiqi təhlil edərək, praktiki yanaşma formalaşdırmaq bacarığı;
- MS Office proqramları və hüquqi informasiya sistemləri üzrə yüksək səviyyədə kompüter savadı.
Təhsil və iş təcrübəsi:
- Hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi;
- Hüquq sahəsində ən azı 3 il peşəkar iş təcrübəsi;
- Ən azı bir xarici dil (ingilis dili və rus dili üstünlükdür) üzrə sərbəst oxu və yazı bacarığı.
Əlavə üstünlüklər:
- Magistr və ya ona bərabər ali hüquq təhsili;
- Sığorta sahəsində normativ-metodoloji bazaya dair biliklər.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.











