İcbari Sığorta Bürosu
Proqram təminatı üzrə aparıcı mütəxəssis
Son tarix 26 fev 2026 - [email protected]
Vəzifə öhdəlikləri
- Şirkətin korporativ veb sistemlərinin frontend hissəsinin inkişafında iştirak
- React əsaslı tətbiqlərin hazırlanması və mövcud modulların inkişaf etdirilməsi
- UI komponentlərinin reuse edilə bilən (təkrar istifadə olunan) şəkildə hazırlanması
- Backend komandası ilə birgə API inteqrasiyalarının həyata keçirilməsi
- Mövcud kod bazasının təkmilləşdirilməsi və qismən refaktorinqin aparılması
- Texniki standartlara uyğun development prosesinin icrası
- Vite və Webpack kimi frontend yığıcı (build) alətlərindən istifadə
- Çevik metodologiyaların tətbiqi (Agile, Scrum)
- Sistem performansının artırılması məqsədilə cache texnologiyalarından (Redis) istifadə
Namizədə tələblər
- Minimum 3+ il frontend development təcrübəsi
- Ali təhsil (Kompüter elmləri, Proqram mühəndisliyi və ya əlaqədar sahələr)
- JavaScript (ES6+), TypeScript, HTML5, CSS3 (Tailwind CSS və ya Bootstrap) üzrə yaxşı bilik
- CSS preprocessors ilə iş təcrübəsi (SASS, SCSS, LESS)
- React ilə minimum 1.5–2+ il real layihə təcrübəsi
- Hooks və component əsaslı arxitektura anlayışı
- State management həllərindən ən azı biri ilə iş təcrübəsi (Redux, Zustand və s.)
- REST API-lərlə işləmə təcrübəsi
- Git versiya nəzarət sistemi ilə işləmə bacarığı
- Clean code prinsiplərinə uyğun, oxunaqlı komponentlər yazmaq vərdişi
- Linux əməliyyat sistemləri üzrə proqramçı səviyyəsində biliklər (Apache/Nginx konfiqurasiyaları, layihənin Linux mühitində deploy edilməsi üzrə anlayış)
Üstünlük sayılan biliklər
- Vue.js
- Next.js
- Basic performance optimization anlayışı
- Testing alətləri ilə ilkin təcrübə (Jest, RTL və s.)
Dil bilikləri
- Azərbaycan dili – əla
- İngilis dili – yaxşı
- Rus dili – arzuolunandır
Yumşaq bacarıqlar
- Analitik düşüncə və problem həll etmə bacarığı
- Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı
- Diqqətlilik və məsuliyyətlilik
- Tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək bacarığı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.











