İcbari Sığorta Bürosu
Daxili Audit üzrə mütəxəssis
Son tarix 23 fev 2026 - [email protected]
Ümumi məlumat
- İş rejimi: Tam ştat
- Təcrübə: Minimum 2 il (audit və ya əlaqədar sahələrdə)
- Təhsil: Ali (audit,iqtisadiyyat, maliyyə, mühasibat uçotu və ya əlaqəli sahə)
Vəzifə öhdəlikləri
- Təsdiq edilmiş illik daxili audit planına uyğun olaraq audit yoxlamalarının aparılması
- Daxili audit fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qanunvericiliyinə, Daxili audit xidmətinin əsasnaməsi, Azərbaycan Respublikasının üzv olduğu Daxili Auditorlar İnstitutu (DAİ) tərəfindən müəyyən edilmiş peşə standartlarına, prinsiplərə, təlimatlara,qaydalar, habelə Daxili audit strategiyası və audit metodologiyasından irəli gələn tələblərə əməl etmək
- Təşkilatın fəaliyyətinin mövcud qanunvericiliyə, daxili qayda və prosedurlara uyğunluğunun yoxlanılması
- Biznes proseslərin, daxili nəzarət və risklərin idarə olunması sistemlərinin qiymətləndirilməsi, risk əsaslı audit yanaşması ilə nəzarət boşluqlarının və uyğunsuzluqların müəyyən edilməsi
- Maliyyə, əməliyyat, satınalma üzrə nəzarət mexanizmlərinin qiymətləndirilməsi
- Ehtiyatlardan istifadənin səmərəliliyi,düzgünlüyü, onlardan istifadəyə nəzarətin qiymətləndirilməsi
- Audit nəticələri üzrə hesabatların hazırlanması və tövsiyələrin formalaşdırılması
- Verilmiş tövsiyələrin icrasına nəzarət və təkrar yoxlamaların aparılması
- Proses sahibləri ilə birbaşa kommunikasiya və rəy mübadiləsinin təşkili
- Audit komitəsi və rəhbərlik üçün tələb olunan məlumatların hazırlanmasında iştirak
- Kənar auditorlarla əməkdaşlıq
- Zərurət yarandıqda plandankənar audit yoxlamalarının icrası
Namizədə dair tələblər
- Ali iqtisadi təhsil
- Audit və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi
- Audit metodologiyaları,risk əsaslı audit yanaşması və daxili nəzarət sistemləri üzrə biliklər
- Daxili auditorlar institutunun standartları (IIA) və Beynəlxalq Maliyyə hesabatları standartları (IFRS) üzrə biliklər (üstünlükdür)
- MS Excel və Word – əla səviyyədə
- Azərbaycan dili – əla, İngilis dili – yaxşı, Rus dili – arzuolunandır
- Mühasibatlıq, Daxili Audit, Risklərin idarə edilməsi üzrə peşə sertifikatlarının olması üstünlükdür.
Şəxsi keyfiyyətlər
- Analitik düşünmə qabiliyyəti
- Məsuliyyətlilik
- Komandada işləmək bacarığı
- Yüksək ünsiyyət bacarığı
- Obyektivlik və etik davranış
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Aparıcı Maliyyə Mütəxəssisi
Son tarix 23 fev 2026 - [email protected]
Əsas tələblər:
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil
- Maliyyə sahəsində minimum 4–5 il iş təcrübəsi
- Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə praktiki biliklər
- Büdcələşmə, proqnozlaşdırma və maliyyə planlaşdırması sahəsində təcrübə
- Vergi qanunvericiliyi və İFRS üzrə biliklər (ACCA dərəcələri arzuolunandır)
- Bank əməliyyatları, pul vəsaitlərinin hərəkəti (cash flow) və likvidlik idarəetməsi üzrə biliklər
- Maliyyə proqramları və ERP sistemləri ilə işləmə təcrübəsi (1C Proqram Təminatı)
- Excel üzrə yaxşı biliklər
- Komandada işləmək və nəticəyə yönəlik fəaliyyət göstərmək bacarığı
Namizədə tələblər:
- sığorta və ya maliyyə sektorunda iş təcrübəsi üstünlük hesab edilir
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik və operativlik;
- Komandada işləmə bacarığı.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Subject hissədə aparıcı maliyyə mütəxəssisi qeydi mütləq olmalıdır.
Kiçik Maliyyə Mütəxəssisi
Son tarix 23 fev 2026 - [email protected]
Əsas tələblər:
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil
- Maliyyə sahəsində minimum 2–3 il iş təcrübəsi
- Maliyyə hesabatlarının hazırlanmasında və ilkin maliyyə məlumatlarının təhlilində təcrübə
- Büdcələşmə və maliyyə planlaşdırması proseslərində iştirak təcrübəsi
- Gəlir və xərclərin uçotu, maliyyə göstəricilərinin əsas anlayışları üzrə biliklər
- Vergi qanunvericiliyi və İFRS üzrə biliklər (ACCA dərəcələri arzuolunandır)
- MS Excel proqramında orta–yaxşı səviyyədə işləmə bacarığı (əsas formulalar, cədvəllər)
- Maliyyə və mühasibat proqramları ilə işləmə təcrübəsi (1C Proqram Təminatı)
- Komanda ilə işləmə və tapşırıqları vaxtında yerinə yetirmə bacarığı
Namizədə tələblər:
- Sığorta və ya maliyyə sektorunda iş təcrübəsi üstünlük hesab edilir
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik və operativlik;
- Komandada işləmə bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Subject hissədə Kiçik maliyyə mütəxəssisi qeydi mütləq olmalıdır.











