İcbari Sığorta Bürosu
İnsan resursları şöbəsinin baş mütəxəssisi
Son tarix 24 sen 2025 - [email protected]
İş yeri: Bakı.
Vəzifə öhdəlikləri:
- Əmək qanunvericiliyinə, əsasnamələrə, təlimatlara və Büronun icraçı direktorunun əmrlərinə uyğun olaraq işçilərin qəbulu, başqa işə keçirilməsi və azad edilməsini, müvafiq qaydada dövlət qeydiyyatına alınmasını (portala salınmasını), eləcə də insan resursları üzrə müəyyən olunmuş digər sənədlərin rəsmiləşdirilməsini təşkil edir;
- İşçilərin şəxsi işlərinin formalaşdırılmasına və aparılmasına, əmək fəaliyyəti ilə bağlı onlara dəyişikliklər edilməsinə nəzarət edir, işçilərin əmək kitabçalarının doldurulması, onların saxlanması, iş stajlarını hesablanması, hazırkı və keçmiş əmək fəaliyyətləri haqqında arayışların verilməsi işlərini təşkil edir;
- İşçi KPİ-larının (təşkilatın əsas fəaliyyət göstəriciləri) hazırlanması və icrasını, Büroda işə qəbul prosesini təşkil edir, insan resursları üzrə sənədləşmələri və kadr-uçot işlərini aparır;
- Büroda həyata keçirilən insan resurslarına dair layihələrin işlənib hazırlanmasını, idarə olunmasını və icrasını təmin edir;
- Büroda işə qəbul üzrə bütün əməliyyatların – müraciətlərin araşdırılması, müsahibə və testləşdirmə prosedurlarının aparılmasını təmin edir;
- Əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi prosesini təşkil edir, əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi prosesi nəticələrinin təhlilini aparır və müxtəlif mükafatlandırma və motivasiya tədbirlərinə dair təkliflər hazırlayır və icrasını təşkil edir, işçilərə və onların ailələrinə pensiya, müəyyən güzəşt və kompensasiyaların təyin edilməsi üçün zəruri olan sənədlərin hazırlanmasını təmin edir;
- Kadrların daimi inkişaf sisteminin yaradılması və icrasının təşkil edir;
- Büro əməkdaşlarının əmək müqavilələrinin hazırlanması, karyera yüksəlişi, motivasiyası, intizam tənbehi və digər aidiyyəti tədbirlər üzrə sənədləşmə işlərini aparır;
- Büro əməkdaşlarının etik davranış qaydalarına əməl edilməsinə nəzarət edir;
- Büroda komandadaxili kommunikasiyanın inkişaf etdirilməsini və korporativ tədbirlərin təşkilini təmin edir;
- Səlahiyyətlərinə aid məsələlər üzrə Büroya daxil olan müraciətlərə baxılması, sorğu və məktublara cavabların hazırlanmasını təmin edir;
- Müəssisənin struktur bölmələrində əmək intizamının vəziyyətinə və işçilər tərəfindən daxili əmək rejiminə riayət olunmasına nəzarəti həyata keçirir;
Tələb olunan səriştələr:
- Ali təhsil
- Sənədləşmə işlərinin aparılmasını yaxşı səviyyədə bilmək;
- Ünsiyyət bacarığı;
- Təhlil etmək və hesabat hazırlamaq bacarığı;
- Operativlik
- MS ofis proqramlarında yüksək səviyyədə işləyə bilmə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır)
İş şəraiti
- Azərbaycan Respublikası Əmək Məcəlləsi
- İş təcrübəsi: 4 il iş təcrübəsi
- Əmək haqqı: razılaşma yolu ilə
Namizədlər (subject) yerinə vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.