Azera Holding
Kommunikasiya üzrə mütəxəssis
Son tarix 13 mar 2026 - [email protected]
AZERA Holding MMC tərkibindəki Kommunikasiya üzrə mütəxəssis Hill Restoranına vakansiyasını elan edir!
Vəzifə öhdəlikləri:
- Telefon zənglərinin cavablandırılması və yönləndirilməsi
- Rezervasiya məlumatlarının sistemə düzgün və tam şəkildə daxil edilməsi
- Müştəri tələblərinə uyğun masa seçimlərinin təqdim edilməsi
- Telefon vasitəsilə əlavə xidmətlərin və xüsusi təkliflərin satışı (upselling)
- Rezervasiya dəyişiklikləri və ləğvlərin operativ idarə olunması.
Tələblər:
- Orta ixtisas və ya ali təhsil (Xidmət, Turizm və Menecment sahəsində olması üstünlükdür)
- Müştəri xidməti, telefon ünsiyyəti və satış texnikaları üzrə təlimlər (üstünlükdür)
- Minimum 1 il müştəri xidməti və ya telefonla sifariş/qəbul sahəsində iş təcrübəsi
- MS Office proqramları
- Yüksək ünsiyyət bacarığı, operativlik, detallara diqqət, stressə davamlılıq, satış yönümlülük
İş şərtləri:
- Əmək haqqı: 800 AZN
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
Müraciət üçün: CV-nizi “Kommunikasiya üzrə mütəxəssis” mövzusu, şirkətin adı qeyd olunmaqla Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Hostess (Hill restoranında)
Son tarix 12 mar 2026 - [email protected]
“AZERA Holding” MMC tərkibindəki Hill restoranında Hostess vakansiyasını elan edir.
İş haqqında məlumat:
- Restorana daxil olan müştəriləri qarşılamaq, salamlamaq (1-3 dəqiqə);
- Müştərilərdə restoran barədə ilkin xoş təəssürat yaratmaq;
- Müştərilərin üst geyimlərinin qarderoba verilməsini təşkil etmək;
- Müştərilərə az yaşlı uşaqlar üçün dayə xidməti təklif etmək, qəbul edilərsə bu xidməti təşkil etmək;
- Müştəriləri rezervasiya olunmuş masalara yönəltmək və ya rezervasiya olmadan gələn qonaqların boş masaya yerləşdirilməsi üçün tədbir görmək;
- Qonaqların istək və şikayətləri ilə maraqlanmaq, restoran rəhbərini və administratorları bu barədə məlumatlandırmaq;
- Rezervasiya olunmuş və boş masaların yeri barədə əvvəlcədən məlumat almaq;
- Restoran rəhbərinə qonaqların sayı, rezervasiya olunmuş yerlərin doluluğu və əlavə müştərilər barədə gündəlik, ehtiyac olduqda dərhal məlumat vermək;
- Restorandan çıxan qonaqların üst geyimlərinin verilməsinin və yola salınmasını təmin etmək;
- Təkrar və xüsusi müştəriləri tanımaq və onlara xüsusi diqqət göstərmək;
- Müəyyən olunmuş müddətdə iş yerində olmaq;
Tələblər:
- Orta ixtisas və ya ali təhsil (Xidmət, turizm, menecment sahəsi olması üstünlükdür)
- Minimum 1 il müştəri xidməti sahəsində iş təcrübəsi
- Azərbaycan dili səlis, rus və ingilis dilləri üstünlükdür.
- Hostess xanımlar incə bədən quruluşlu boyu 165 sm-dən çox, yüksək ünsiyyət bacarığına malik olmalıdır.
- Qadın/ən yüksək yaş həddi tələbi 40 yaş
İş şərtləri:
- ƏM-nə uyğun rəsmiləşdirilmə
- 6 günlük iş qrafiki (08:00-16:00)
- Əmək haqqı: 800 AZN (Nett)
Müraciət üçün: CV-nizi “Hostess” mövzusu, şirkətin adı qeyd olunmaqla Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur .
İnzibati işlər departamentinin rəhbəri
Son tarix 12 mar 2026 - [email protected]
AZERA Holding MMC tərkibindəki klinikalardan birində İnzibati işlər departamentinin rəhbəri vakansiyasını elan edir!
Vəzifə öhdəlikləri:
- Təsərrüfat şöbəsinin müdiri təsərrüfat xidmətini, tibb təşkilatının yerləşdiyi bina və tikililərin istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına uyğunluğunu, eləcə də avadanlığın (liftlər, işıqlandırma, istilik sistemi, ventilyasiya və s.) sazlığına nəzarəti təmin edir.
- Əsas fondların (binalar, su təchizatı, hava xətti və digər qurğular) cari və əsaslı təmir planlarının işlənib hazırlanmasında, təsərrüfat xərclərinin smetasının tərtibində iştirak edir.
- Tikililərdə təmirin aparılmasını təşkil edir, təmir işlərinin yerinə yetirilməsinin keyfiyyətinə nəzarəti həyata keçirir.
- Tibb təşkilatının struktur bölmələrini mebellərlə, təsərrüfat inventarları ilə, mühəndis və idarəetmə əməyinin mexanikləşdirilməsi vasitələri ilə təmin edir, onların qorunmasına və təmirinin vaxtında aparılmasına müşahidəni həyata keçirir.
- Xidmətlər göstərilməsi, dəftərxana ləvazimatları, lazımi təsərrüfat materialları, avadanlıq və inventarların əldə edilməsi və saxlanılmasına müqavilələrin bağlanılması, eləcə də onların xərclərinin uçotunun aparılması və müəyyən olunmuş hesabatın tərtib edilməsi üçün zəruri sənədləri rəsmiləşdirir, struktur bölmələrini onlarla təmin edir.
- Təsərrüfat məqsədləri üçün ayrılmış material və vasitələrin rasional sərfinə nəzarət edir.
- Şirkətin inzibati-təsərrüfat işlərinin təşkili və nəzarəti
- Ofis və obyektlərin texniki vəziyyətinə nəzarət edilməsi
- Cari təmir işlərinin təşkili və icrasına nəzarət
- Təsərrüfat mallarının, inventarların və avadanlıqların uçotu və saxlanmasına nəzarət
- Anbar qalığının izlənilməsi və vaxtında təminatın təşkili
- Kommunal xərclərə və ödənişlərə nəzarət
- Təmizlik və xidmət heyətinin işinə nəzarət
- Təchizatçılarla danışıqların aparılması və müqavilələrin icrasına nəzarət
- Şirkət əmlakının qorunmasının təmin edilməsi
- Rəhbərliyə aylıq hesabatların təqdim olunması
- Təsərrüfat xərclərinin optimallaşdırılması ilə bağlı təkliflərin verilməsi
Tələblər:
- Ali təhsil
- İnzibati idarəetmə, təsərrüfat və ya əməliyyatların təşkili sahəsində sertifikatlar üstünlükdür
- Müvafiq sahə üzrə 1,5-3 il iş təcrübəsi;
- Azərbaycan dili səlis, Rus dili üstünlükdür;
- Maliyyə hesabatlarını bilməli
- MC Ofiice proqramlarında sərbəst işləmək;
- Təmkinli və səbirli olması vacibdir
- Məsuliyyətli və intizamlı
- Təşkilatçılıq bacarığı
- Operativ qərarvermə bacarığı
- Komanda ilə işləmək bacarığı
- Kişi (30 yaş +)
İş şərtləri:
- Əmək haqqı: 2000 Azn
- Həftə içi 09:00-18:00 Şənbə günü 09:00-14:00
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
CV-nizi “İnzibati işlər departamentinin rəhbəri” mövzusu, şirkətin adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.











