Azərbaycanın iqtisadi və biznes tarixində mühüm yeniliklərdən biri baş verib. İlk dəfə olaraq ölkənin özəl şirkətlərinə hərbi texnika, silah-sursat sektorunda fəaliyyət göstərməyə icarə verildi.
FED.az xəbər verir ki, avqustun 17-də prezident İlham Əliyev Vergi Məcəlləsində, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların siyahısı haqqında”, “Gömrük tarifi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklikləri təsdiqləyib.
Sözügedən qanunlara dəyişiklik edilməsi barədə qərarlar Milli Məclisdə qəbul edilsə də diqqəti çəkməmişdi. İndi isə prezidentin fərmanı ilə həmin qanunların qüvvəyə minməsi ilə yeniliklərin mahiyyəti və miqyası ortaya çıxıb.
Qanunlara edilən dəyişikliklərə əsasən, Azərbaycanda ilk dəfə olaraq özəl, yəni səhmlərinin nəzarət zərfi dövlətə məxsus olmayan şirkətlərin silah-sursat, hərbi, texnika bazarında fəaliyyətinə icazə verilir. Bura texnikanan idxal-ixracı, istehsalı, təmiri, onlara texniki xidmət göstərilməsi, eləcə də bu məhsulların istehsalı üçün xammal və avadanlıqların idxalı aiddir.
Üstəlik bu fəaliyyətin müəyyən mərhələləri vergidən və rüsumdan azad ediləcək.
Beləliklə,
Əvvəla, qanunlara dəyişiklik edilməklə döyüş təyinatlı hərbi texnika, eləcə də hərbi silah və sursat istehsal etmək üçün avadanlıq və döyüş təyinatlı hərbi texnikanı istehsal etmək üçün avadanlıq dövriyyəsi qadağan edilən malların siyahısından çıxarılıb. Bunun üçün 2 qanuna dəyişiklik edilib. Bunlardan birincisi «Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanundur.
2-ci addım - Qanunlara əsasən bu fəaliyyət sərt nəzarət altında olacaq, prezidentin fərmanına əsasən onlara lisenziyanı dövlətin silah operatoru olan Müdafiə Sənayesi Nazirliyi verəcək, eləcə də bu məsələlər Müdafiə Nazirliyi ilə razılaşdırılacaq. Bunun üçün “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik edilərək yeni 6-cı, 7-ci maddələr əlavə olunub.
6. |
Döyüş təyinatlı hərbi texnikanın və hərbi silahın: |
6.1. |
layihələndirilməsi |
6.2. |
istehsalı və sınaqdan keçirilməsi |
6.3. |
quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi |
6.4. |
saxlanılması |
6.5. |
utilizasiyası |
7. |
Döyüş sursatının: |
7.1. |
layihələndirilməsi |
7.2. |
istehsalı və sınaqdan keçirilməsi |
7.3. |
təmiri və texniki xidmət göstərilməsi |
7.4. |
saxlanılması |
7.5. |
utilizasiyası |
3-cü addım - Bu sahədə fəaliyyət üçün lisenziyalar üçün dövlət rüsumu ilə 10000-50000 manat arasında dəyişəcək. Bununla bağlı «Dövlət rüsumu» haqqında qanuna də dəyişiklik edilib və bu hissə əlavə olunub.
22.0.40. Döyüş təyinatlı hərbi texnikanın və hərbi silahın: |
|
22.0.40.1. layihələndirilməsi |
10000 manat |
22.0.40.2. istehsalı və sınaqdan keçirilməsi |
50000 manat |
22.0.40.3. quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi |
12500 manat |
22.0.40.4. saxlanılması |
12500 manat |
22.0.40.5. utilizasiyası |
10000 manat |
22.0.41. Döyüş sursatının: |
|
22.0.41.1. layihələndirilməsi |
10000 manat |
22.0.41.2. istehsalı və sınaqdan keçirilməsi |
50000 manat |
22.0.41.3. təmiri və texniki xidmət göstərilməsi |
12500 manat |
22.0.41.4. saxlanılması |
12500 manat |
22.0.41.5. utilizasiyası |
10000 manat |
4-cü addım - Vergi Məcəlləsinə (164.1.19-cu maddəsinə) edilən dəyişikliyə əsasən müdafiə təyinatlı məmulatların (döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatlarının, partlayıcı maddə və qurğuların, onların dəstləşdirici hissələrinin) layihələndirilməsi, eləcə də bu məqsədlə ölkəyə texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin, materialların və xammalın idxalı, eyni zamanda həmin şəxslərin istehsal etdiyi müdafiə təyinatlı məmulatların satışı, təmiri və onlara texniki xidmət göstərilməsi ƏDV-dən azad edilir.
5-ci addım – Hərbi təyinatlı malların istehsalı üçün avadanlıq və texnologiyaların idxalı gömrük rüsumundan azad edilib. Bununla bağlı «Gömrük tarifi haqqında» qanuna dəyişiklik edilib. Qanunda gömrük rüsumundan azad edilən malların kateqoriyasına müdafiə təyinatlı məmulatların (döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatlarının, partlayıcı maddə və qurğuların, onların dəstləşdirici hissələrinin) layihələndirilməsi, istehsalı, satışı, təmiri və onlara texniki xidmət göstərilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin, materialların və xammalın idxalı kimi bəndlər əlavə edilib.