Azərbaycanda istehsal olunan energetik içkilər və alkoqollu işçilər üzrə aksiz dərəcələri artırılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu Vergi Məcəlləsində dəyişikliklərdə əksini tapıb.
Yeniliyə əsasən, energetik içkilərin hər litrinə 0,2 manat artırılaraq 3,3 manat aksiz dərəcəsi tətbiq ediləcək.
Bu ildən Azərbaycanda istehsal olunan alkoqullu içkilər üzrə aksiz dərəcələri artırılacaq.
Qanuna əsasən, içməli spirt (o cümlədən denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litrinə 0,2 manat artırılaraq 5,0 manat, burada nəzərdə tutulmayan tündləşdirilməmiş alkoqollu içkilərin (tərkibindəki spirtin miqdarı 9 faizdən çox olmayan) hər litrinə 0,1 manat artırılaraq 0,5 manat aksiz dərəcəsi tətbiq ediləcək.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.










