Nardaran İnvest
Satınalma üzrə mütəxəssis
Son tarix 18 avq 2023 [email protected]
Əmək haqqı: 1200 azn
Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tender və təklif sorğularının keçirilməsinin təşkil edilməsi, istehsalatdan yönələn sorğuların icra edilməsi, sistemdə mövcud olan sifarişlərin təhlili və bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması;
- Satınalma sifarişlərinin qəbulu və təmin olunması;
- Tələb olunan mallar üzrə sifarişlərin hazırlanması;
- Şirkətin mal-material, xammal və avadanlıqlarla təmin edilməsi;
- Təchizatçı tərəflərlə işgüzar yazışma və danışıqların aparılması;
- Qiymət araşdırılması və tenderlərin həyata keçirilməsi;
- Müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması, müqavilədə-kommersiya şərtlərinin müəyyən olunmasına nəzarət olunması;
- Struktur daxili müfaviq hesabatların hazırlanması.
Tələblər:
- Müvafiq sahədə 3 illik təcrübə;
- Təchizat zəncirinin idarə edilməsi və logistika sahəsində biliklərə sahib olmalı;
- Komandada işləməyi bacarmalı;
- Analitik düşüncə qabiliyyəti;
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
- Danışıqların aparılması sahəsində bacarıqlar.;
Əlavə məlumat:
- Əmək haqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir, uğurlu namizədlərin əmək haqqı gözləntisi nəzərə alınır.
- İş saatı: 6 günlük iş qrafiki ilə təyin olunur.
- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər növbəti elektron ünvana CV göndərə bilərlər:
Юрист
Son tarix 18 avq 2023 [email protected]
Заработная плата –Ожидание удачного кандидата будет рассматриваться.
Обязанности:
- Юридическое сопровождение деятельности по оформлению зданий и сооружений.
- Регистрация прав собственности, сопровождение сделок с имуществом.
- Решение вопросов в области земельно-правовых отношений.
- Судебное и исполнительное производство.
- Представление интересов юридического лица при проведении проверок государственных органов, обжалование решений государственных органов.
Требования к кандидату:
- Знание земельного, градостроительного, гражданского, административного, налогового права.
- Свободное владение русским, азербайджанскими языками (английский приветствуется)
- Высшее юридическое образование.
- Стаж работы по специальности не менее 3х лет.
- Владение компьютером (MS Office).
Тип занятости:
Полная занятость, полный рабочий день
- Оформление согласно ТК АР.
- График работы 5/1.
- Транспортный сервис и питание обеспечивается со стороны компании.
CV кандидатов, не соответствующих указанным требованиям, не будут рассматриваться.
Mühafizəçi
Son tarix 14 avq 2023 [email protected]
Əmək haqqı: 600 AZN.
Vəzifə öhdəlikləri:
- Tapşırılan ərazinin nəzarətdə saxlanması;
- Daxili təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət edilməsi;
- Buraxılış-nəzarət sisteminin həyata keçirilməsi;
- Ərazidə kənar şəxslər müşahidə edildikdə dərhal aidiyyatı üzrə məruzə edilməsi;
Tələblər:
- Boy minimum 180 sm, idmançı görünüşlü;
- Hərbi xidmət keçmiş olması mütləqdir;
- Müvafiq sahədə təcrübə;
- Komandada işləməyi bacarmalı;
- İntizamlı, məsuliyyətli, dəqiqlik, operativlik;
Əlavə məlumat:
- İş saatı: Növbəli, 1 gün iş 2 gün istirahət.
- Qidalanma və nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər növbəti elektron ünvana CV göndərə bilərlər.
Sahə memarı
Son tarix 12 avq 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Müxtəlif məqsədlər üçün tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) yoxlanılmasını, lazım olan layihə dəyişikliyinin işlənib hazırlanmasını həyata keçirir;
- Bina və tikililərin və s. Memarlıq layihələrinin və baş planların lazımi düzəlişlərinin işlənib hazırlanmasını işlərin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsini, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasını təmin edir;
- Layihələndirmə işləri üçün tərtib ediləcək layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativlərə uyğunluğunu təmin edir;
- Tikinti-quraşdırma işlərinin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, tikinti smeta dəyərinin, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarının təyin edilməsi işlərində memari həcmlərin hesablanmasını təmin edir;
- Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin komplektliyini, layihələşdirmənin bütün mərhələlərində layihə materiallarının həcminin azaldılmasını təmin edir;
- Müvafiq təşkilatlarda və ekspertiza orqanlarında layihələrə baxılmasında, razılaşdırılmasında və müdafiəsində iştirak edir;
- Layihə olunmuş obyektlərin subpodratçı şirkətlər tərəfindən tikintisinə müəllif nəzarəti edir, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edir;
- Layihə və tikintiyə aid normativ materialların işlənib hazırlanmasında iştirak edir;
- Yerinə yetirilmiş işlər haqqında texniki hesabatın bölmələrini tərtib edir;
Vakansiya üzrə namizədə olan tələblər:
- Təhsil: Müvafiq sahə üzrə ali təhsil.
- Təcrübə: Müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı
- Kompüter biliyi: Archicad, Autocad, 3D Max, Word, Excel və İnternetdə işləmə bacarığı.
Mühasib
Son tarix 10 avq 2023 [email protected]
Əmək haqqı: 2000 AZN.
Vəzifə öhdəlikləri:
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
- E-qaimələrin, Təhvil-təslim aktlarının hazırlanması;
- Aylıq, rüblük və illik statistika, DSMF , ÖMV hesabatlarının hazırlanması və müvafiq dövlət orqanlarına elektron təqdim olunmasında iştirak etmək;
- İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi;
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
- Maliyyə hesabatlarının (MVHH, MZHH) hazırlanması;
- Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
Tələblər:
- İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahədə 3 illik təcrübə;
- Komandada işləməyi bacarmalı;
- Analitik düşüncə qabiliyyəti;
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
- Rus dili biliyi.
Əlavə məlumat:
- İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur.
- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər növbəti elektron ünvana CV göndərə bilərlər.
Smetaçı-Mühəndis
Son tarix 23 iyl 2023 [email protected]
Əmək haqqı: 2000-2500 AZN
Vəzifə öhdəlikləri:
- Maliyyə-smeta sənədlərini hazırlayır;
- Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz edir;
- Analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlayır;
- Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparır;
- Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlayır və bu barədə arayış tərtib edir;
- Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak edir;
- Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak edir;
- Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlayır, görülən işlər barədə aktlar hazırlayır;
- Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görür;
- Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirir;
- Smeta qiymətləri haqqında arayışlar tərtib edir;
Namizədə tələblər:
- Texniki sahədə ali təhsil;
- Sahə üzrə minimum 3 il iş təcrübəsi;
- MS Office, AutoCAD bilikləri;
- Rus dili biliyi önəmlidir.
İş yeri:
- Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
İş vaxtı: I-VI günlər
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər.