“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxs
Planlama mühəndisi
Son tarix 04 sen 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planını hazırlamaq;
- Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramını hazırlamaq və MS Project proqramına daxil etmək və yenilənməsini həyata keçirmək;
- Ümumi layihələr üzrə alınan hesabatların histoqramını hazırlamaq;
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizini aparmaq;
- Gecikmələrin səbəblərini müəyyən etmək və bu səbəblərin aradan qaldırılması üçün təkliflər hazırlamaq;
- Gecikən işlərin yenidən planlanmasını aparmaq;
- Müddət və kənaraçıxmaların analizini aparmaq;
- Səmərəlilik üzrə qiymətləndirmə, proqnozlaşdırma, işlərin planlaşdırılmış vaxt və büdcə ərzində reallaşması ehtimalını qiymətləndirmək;
- Subpodratçıların apardığı işlərin plan qeydiyyatını və plan üzrə işlərin görülməsinə nəzarət etmək.
Namizədə dair tələblər:
- Sahə üzrə 3 il iş təcrübəsi;
- Texniki sahə üzrə ali təhsil;
- MS Office (Excel) bilikləri.
Əmək şəraiti:
- İş yeri: Bakı şəhəri və Qarabağ ərazisi
- İş rejimi: 5 gün/ 09:00 – 18:00
- Əmək haqqı: 1138-1718 manat net (namizədin səriştəsinə uyğun olaraq təyin olunacaq) və ildə 3 dəfə əmək haqqının 100% miqdarında mükafat.
Tələblərə cavab verən şəxslər CV-lərini mövzu hissəsində “Planlama mühəndisi” qeyd etməklə, göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən şəxslərlə əlaqə saxlanılacaqdır.
Smeta mühəndisi
Son tarix 04 sen 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Layihə sənədlərinə uyğun tikinti və quraşdırma işləri üzrə layihə smeta sənədlərinin tərtibatını yoxlamaq, zərurət yarandıqda smeta sənədlərinin tərtibatını icra etmək (Dəmir beton, daxili tamamlama, fasad, landşaft və s.);
- İş həcmlərinin smeta ilə uyğunluğunun təhlilini yerinə yetirmək;
- Layihə/təsnifatı və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
- Layhə təsnifatına əsasən iş həcmlərini çıxarmaq;
- Tender/sorğu öncəsi təsdiqlənmiş smeta sənədlərinə əsasən ehtimal dəyərlərin hazırlanmasını yerinə yetirmək;
- Tender paketinə daxil olan qiymət cədvəllərini hazırlamaq;
- Əsas tikinti-quraşdırma və təmir-bərpa işləri üzrə qiymət təkliflərini ehtimal dəyərlə müqayisə və təhlil etmək;
- Layihənin tələblərinə uyğun olaraq ilkin, aralıq və yekun ödəniş sənədlərini yoxlamaq (Forma 2, Forma 3, Xərc analizi) və s.
Namizədə dair tələblər:
- İnşaat sektorunda istifadə olunan materialların, məmulatların, konstruksiyaların, avadanlıqların xüsusiyyətlərini və təyinatlarını bilmək;
- Sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarına bələd olmaq;
- Müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq işlər üzrə kalkulyasiyaların, hesabatların tərtib olunması və yoxlanılması qaydalarını bilmək;
- Sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Tikinti norma və qaydalarına dair biliklər;
- Layihə və tikinti-iqtisadi hesablamaların aparılması bilikləri.
Əmək şəraiti:
- İş yeri: Bakı şəhəri və Qarabağ ərazisi
- İş rejimi: 5 gün/ 09:00 – 18:00
- Əmək haqqı: 1638-1710 AZN manat net (namizədin səriştəsinə uyğun olaraq təyin olunacaq) və ildə 3 dəfə əmək haqqının 100% miqdarında mükafat.
Tələblərə cavab verən şəxslər CV-lərini mövzu hissəsində “Smeta mühəndisi” qeyd etməklə, göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən şəxslərlə əlaqə saxlanılacaqdır.
Layihəçi mexanika mühəndisi
Son tarix 04 sen 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğun olaraq, mexanik sistemlərinin uyğunluğu barədə rəhbərliyə hesabat təqdim etmək;
- Layihələndirilən cizgilərin mexanik sistemləri bölmələrini estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və Layihəçiləri bu tələblərə istiqamətləndirmək;
- Layihələrin Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
- Mexanik sistemləri üzrə ilkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək;
- Layihələndirmə prosesinə daxil olan tərəflərlə yaxın əməkdaşlıq etmək;
- Layihələndirmə müddətlərinin mexanik hissələri üçün təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluq nöqteyi-nəzərdən yoxlamaq;
- Layihənin müvafiq olaraq, mexanik sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək;
- Layihəçi şirkətlər tərəfindən tamamlanmış mexanik sistemləri üzrə layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin edilməsini təmin etmək;
- Layihələrin mexanika hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə layihə müdirinə öz texniki rəyini təmin etmək;
- Tikintinin mexanik sistemləri üzrə sınaq və inspeksiyalarında ehtiyac olduğu təqdirdə iştirak etmək və tikintinin təhvil-təslim prosesini təşkil etmək;
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində mexanik sistemləri üzrə sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
- Layihə mexanik sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək.
Namizədə dair tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- Müvafiq sahə üzrə sifarişçi olaraq 2 il işləməklə minimum 5 il (tikinti və ofis) iş təcrübəsi
- Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, İEC, SNIP, IEC, BS, NFPA
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili - yaxşı
- Kompüter bilikləri: MS Office, AutoCAD.
Əmək şəraiti:
- İş yeri: Bakı şəhəri və Qarabağ ərazisi
- İş rejimi: 5 gün/ 09:00 – 18:00
- Əmək haqqı: 1718 manat (net) və ildə 3 dəfə əmək haqqının 100% miqdarında mükafat.
Tələblərə cavab verən şəxslər CV-lərini mövzu hissəsində “Mexanika mühəndisi” qeyd etməklə, göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən şəxslərlə əlaqə saxlanılacaqdır.
İctimaiyyətlə Əlaqələr şöbəsinin böyük məsləhətçisi
Son tarix 04 sen 2023 [email protected]
Vəzifə Öhdəlikləri:
- SMM strategiyasını hazırlamaq – hədəf auditoriyanın müəyyən edilməsi və onun maraqlarını öyrəmək;
- Sosial şəbəkələrdə hesablar yaratmaq və idarə etmək;
- Aidiyyəti üzrə rəsmi çıxışları, sosial hesablardakı paylaşımları, sərəncam və əmrləri daim izləmək və paylaşmaq;
- Bayram və anım günlərində, əlamətdar hadisələr barədə xüsusi postların operativ şəkildə hazırlayıb yayımlanmasını təmin etmək;
- Mütəmadi olaraq KİV və sosial şəbəkələrin monitorinqini həyata keçirmək və təhlilini aparmaq;
- Kontent və sosial media hesabları, sayt üçün postları dizayn etmək (foto, video, mətn);
- Paylaşımları vaxtında və qüsursuz şəkildə yayımlamaq;
- Azərbaycan dilinin orfoqrafik və qrammatik qaydalarına əməl edərək mətnləri yazmaq;
- Xidmətin fəaliyyətinə dair tədbirlərin formalaşdırılması və idarə edilməsində iştirak etmək.
Namizədə Dair Tələblər:
- Ali təhsil (marketinq, iqtisadiyyat)
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Komandada işləmək və təşkilatçılıq bacarığı;
- Peşəkar səviyyədə təqdimat və ünsiyyət bacarığı;
- Azərbaycan dili və qrammatikasını mükəmməl səviyyədə bilməsi;
- Sosial media planlama və idarəetmə təcrübəsi, sosial aktivliyin olması;
- Gündəmi izləmək, analiz etmək və araşdırma aparmaq qabiliyyəti;
- Dizayn proqramları üzrə iş.
Əmək şəraiti:
- İş yeri: Bakı və Qarabağ ərazisi
- İş rejimi: 5 gün/ 09:00 – 18:00
- Əmək haqqı: 1418 AZN (net) və ildə 3 dəfədən az olmayaraq əmək haqqı miqdarında mükafat.
Tələblərə cavab verən şəxslər CV-lərini mövzu hissəsində “İctimaiyyətlə Əlaqələr şöbəsinin böyük məsləhətçisi” qeyd etməklə, göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən şəxslərlə əlaqə saxlanılacaqdır.
Konstruktor
Son tarix 04 sen 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- İş həcminə nəzarət etmək, dəyişiklik edilmiş sənədlərin hazırlanmasına yardım etmək və daxili təsirləri təhlil etmək;
- Layihənin təhlilinə və hesabatların hazırlanmasına köməklik etmək, layihə ilə əlaqədar bütün suallara aydınlıq gətirmək;
- İşlərin, hazırlanacaq konstruksiyaların texniki tapşırıqlara, standartlara, texniki təhlükəsizlik normalarına, iqtisadi texnologiyanın tələblərinə cavab verməsini, eləcə də onların standartlaşmış vahid şəklə salınmış hissə və yığım vahidlərindən istifadəsini təmin etmək;
- Layihə olunacaq məhsulun texniki göstəricilərinin səviyyəsini təmin etmək;
- Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib etmək;
- İşçi layihələrini yoxlamaq və çertyojların, işin ixtisas və ya profil üzrə nəzarətini keçirmək, mürəkkəb hissələrin naturadan eskizini çıxarmaq;
- Başqa müəssisə və təşkilatlardan gələn konstruktor sənədlərinin onlardan gələcəkdə layihələşdirmə və konstruksiya işində istifadə etmək məqsədi ilə öyrənmək və təhlil etmək;
- İşlənib hazırlanmış layihələri müəssisə, idarə və təşkilatların başqa bölmələri və nəzarət orqanları nümayəndələri ilə razılaşdırmaq, işlənib hazırlanmış konstruksiyanı iqtisadi cəhətdən əsaslandırmaq;
- Layihəçi təşkilatçılar tərəfindən göndərilən layihələrin СНиП, ГОСТ, AzDTN normalarına uyğunluğunu yoxlamaq.
Namizədə dair tələblər:
- Layihələndirmə (yaxud əlaqədar sahədə) üzrə təhsil, yalnız inşaatçı mühəndis;
- Ümumi mühəndis hazırlığı;
- Nəzarətçi vəzifəsini yerinə yetirmək sahəsində bacarıq;
- AutoCad, Lira Sapr, Lira 9.6, Archi Cad ilə işləmə bacarığı;
- Layihələşdirmə sistemlərini və metodlarını bilmək;
- Cizgilərin və başqa konstruksiya sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üçün lazım olan standartları və təlimatları bilmək;
- Sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Tikinti norma və qaydalarına dair biliklər;
- Layihə və tikinti-iqtisadi hesablamaların aparılması üzrə biliklər;
Əmək şəraiti:
- İş yeri: Bakı şəhəri və Qarabağ ərazisi
- İş rejimi: 5 gün/ 09:00 – 18:00
- Əmək haqqı: 1718 manat (net) və ildə 3 dəfə əmək haqqının 100% miqdarında mükafat.
Tələblərə cavab verən şəxslər CV-lərini mövzu hissəsində “Konstruktor” qeyd etməklə, göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən şəxslərlə əlaqə saxlanılacaqdır.