Dövlət qurumu, Publik Hüquqi Şəxs
Mühəndis-mexanik
Son tarix 02 noy 2025 - Müraciət et
İş şəraiti
- İş yeri: Bakı
- İş şəraiti: Standart- ofis
- İş rejimi: 5 günlük 09:00-18:00
- Əmək haqqı: 1300 AZN (net), (əlavə olaraq il ərzində mükafat almaq imkanı)
Namizədə tələblər:
- Təhsil: Ali texniki təhsil (Mexanika mühəndisliyi);
- Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 2 il təcrübə;
- Dil bacarığı: Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
- Kompüter bacarığı: MS Office, AutoCad və SolidWorks proqram biliyi;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Avadanlıqların iş prinsiplərini bilmək və onların düzgün istismarını təmin etmək;
- Planlı və plandan kənar mexaniki təmir işlərinin təşkili və icrasına nəzarət etmək;
- Həftəlik, aylıq və illik təmir planlarının yerinə yetirilməsini izləmək və hesabat vermək;
- Avadanlıqlarda yaranan mexaniki nasazlıqların aradan qaldırılması üçün tədbirlər planı hazırlamaq və icrasına nəzarət etmək;
- Podratçı şirkətlərin filiallarda görəcəyi mexaniki işlərin siyahısını hazırlamaq və icrasına nəzarət etmək;
- Ehtiyat hissələrin siyahısını tərtib etmək, anbardakı miqdarını optimallaşdırmaq və sifarişlərini hazırlamaq;
- Vacib ehtiyat hissələrin daim mövcudluğunu təmin etmək;
- Mexaniki qurğuların texniki sxemlərini hazırlamaq və mütəmadi olaraq yeniləmək;
- Mexaniki təmir və texniki xidmətlə bağlı bütün sənədləşməni, qeydiyyat və hesabatları aparmaq;
- Mexaniki hesabatları hazırlamaq və analiz etmək;
- Təmir işlərinin planlaşdırmaq və idarə etmək.
Müraciət qaydası: Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Mühəndis-mexanik” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.