Dövlət qurumu, Publik Hüquqi Şəxs
Maliyyə şöbəsi/Baş mütəxəssis
Son tarix 04 apr 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və normativ-hüquqi aktlara uyğun uçotun təşkil edilməsi;
- Aylıq, rüblük və illik ƏDV, Mənfəət Vergisi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsi;
- Daxil olan pul vəsaitləri, mal-material ehtiyatları və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti üzrə əməliyyatların mühasibat uçotunda düzgün və vaxtında əks etdirilməsi;
- Müəssisənin maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu və hesabat sənədlərində tam və düzgün göstərilməsi;
- Mühasibat-maliyyə hesabatlarının müəyyən olunmuş müddətlərdə tərtib və təqdim edilməsinə nəzarət;
- Aylıq, rüblük və illik hesabatların dövlət orqanlarına göndərilməsi;
- Gündəlik və aylıq daxili hesabatların hazırlanması;
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarə edilməsi;
- Əmək haqları, məzuniyyət, ezamiyyə və digər ödənişlərin hesablanması və köçürülməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq icra edilməsi.
Vakansiya ilə bağlı tələblər:
- Ali təhsil (maliyyə və ya mühasibatlıq sahəsi üzrə);
- Müvafiq sahədə 5 illik analoji iş təcrübəsi;
- Vergi, Əmək və digər qanunvericiliklər, Beynəlxalq Maliyyə Hesabatları Standartları üzrə biliklər;
- Riyazi hesablama və analitik təhlil qabiliyyəti;
- Excel və 1C 8.3 proqramı ilə yüksək səviyyədə işləmə bacarığı;
- PMS və beynəlxalq dərəcəli sertifikatları (ACCA) olanlara üstünlük verilir.
İş Şərtləri:
- Həftədə 5 iş günü;
- İş saatları: 09:00-18:00;
- İstirahət günləri: şənbə və bazar;
- Əməkhaqqı: 2600 AZN gross və ildə 4 dəfə mükafat.
Tələblərə uyğun namizədlər mövzu yerində “Maliyyə şöbəsi - Baş mütəxəssis” yazaraq CV formasını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər.
Böyük mühasib (Gəncə şəhəri)
Son tarix 04 apr 2026 [email protected]
Vəzifə öhdəlikləri
- Maliyyə hesabatlarının hazırlanması (MZHH, MVHH, PVHH, KDHH)
- Müəssisənin debitor, kreditorlar, avans hesabatını aparmaq və üzləşmə aktlarını tərtib etmək;
- Müəssisənin işçilərinin əmək haqqı və ona bərabər tutulan ödənişlərinin həyata keçirilməsini təmin etmək;
- Ödəniş və bank sənədlərini tərtib etmək;
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək;
- Dövlət Vergi Xidmətinə, Statistika Komitəsinə və digər dövlət qurumlarına təqdim olunan hesabatları hazırlamaq;
- Dövlət qurumlarından daxil olan məktubları cavablandırmaq;
- Mühasibat əməliyyatlarının proqram təminatına işlənməsini təmin etmək.
Vakansiya ilə bağlı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat);
- 2 illik analoji iş təcrübəsi;
- Vergi qanunvericiliyini və Mühasibat uçotu haqqında qanunvericiliyi bilməli;
- Peşəkar mühasib sertifikatının olması arzuolunandır;
- Excel və 1C proqramı (8.3) ilə sərbəst işləmə bacarığı.
İş şərtləri:
- 5 günlük iş həftəsi;
- İş saatları: 09:00-18:00;
- İstirahət günləri: şənbə və bazar;
- Mükafat və digər ödənclərin tətbiq edilməsi;
- Əmək haqqı 1800 manat gross
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Böyük mühasib (Gəncə)” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız uyğun namizədlərlə əlaqə yaradılacaq.
Maliyyə şöbəsi/Böyük mütəxəssis
Son tarix 04 apr 2026 [email protected]
Vəzifə öhdəlikləri
- Maliyyə-təsərrüfat əməliyyatlarının Azərbaycan Respublikasının mövcud Vergi, Əmək və digər qanunvericiklərə uyğun təşkil olunmasını təmin etmək;
- Əməliyyatların mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirmək, operativ məlumatları təqdim etmək
- Maddi vəsaitlərin inventarizasiyası, hesab qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələri həyata keçirmək;
- Aktivlərin, debitor və kreditor borcların, nağd vəsaitlərin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərin və s. uçotunu həyata keçirmək;
- Əmək haqqı, məzuniyyət, ezamiyyət və s. əmək haqqı ilə bağlı sənədlərin hazırlanmasını, hesablanmasını və ödənilməsini təmin etmək;
- Dövlət qurumlarından daxil olan məktubların cavablandırılmasını təmin etmək;
- Ödəniş və bank sənədlərinin tərtib olunmasını təmin etmək;
- Dövlət qurumlarına gedən hesabatları hazırlamaq və təqdim etmək.
Vakansiya ilə bağlı tələblər:
- Ali təhsil (mühasibatlıq sahəsi üzrə);
- Müvafiq sahədə 3 illik analoji iş təcrübəsi;
- Vergi, Əmək və digər qanunvericiliklər, Beynəlxalq Maliyyə Hesabatları Standartları üzrə biliklər;
- Excel və 1C proqramı ilə yüksək işləmək bacarığı;
- PMS və beynəlxalq dərəcəli sertifikatları (ACCA) olanlara üstünlük verilir.
İş Şərtləri:
- Həftədə 5 iş günü;
- İş saatları: 09:00-18:00;
- İstirahət günləri: şənbə və bazar;
- Əməkhaqqı: 2100 AZN gross və ildə 4 dəfə mükafat.
Tələblərə uyğun namizədlər mövzu yerində “Maliyyə şöbəsi - Böyük mütəxəssis” yazaraq CV formasını Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməklə müraciət edə bilərlər.












