Dövlət qurumu
İnsan resursları şöbəsinin böyük məsləhətçisi
Son tarix 04 may 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Performans qiymətləndirmə sistemində hədəf və məqsədləri özündə cəmləşdirən fəaliyyət modelinin yaradılmasını təmin etmək, əsas fəaliyyət göstəricilərinin və səriştələrin ölçülməsinə nəzarət etmək, hər struktur bölmənin əsas performans göstəricilərini təyin etməyə dəstək göstərmək;
- Performansın ölçülməsi, yarımillik və illik qiymətləndirmə, geri dönüş mexanizmlərinin həyata keçirilməsini təmin etmək;
- Dövri müşahidələr aparmaq, performans nəticələrini izləmək;
- Qiymətləndirmələrin nəticələrini maraqlı tərəflərə çatdırmaq üçün performans nəticələrinin idarə edilməsi proseslərini əks etdirən hesabatlar hazırlamaq;
- Əməkdaşların öyrənmə və inkişaf ehtiyaclarının müəyyən edilməsi və Fərdi İnkişaf Planlarının hazırlanmasında, həyata keçirilməsində iştirak etmək;
- Performans İdarəolunması üzrə strategiya, siyasət, prosedur və proseslərin işləyib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
Namizədə dair tələblər:
- İnsan resursları, Biznesin idarə edilməsi və ya müvafiq sahədə bakalavr təhsili;
- Layihə idarəetmə bacarıqlarına, o cümlədən, vaxt və nəticələri idarəetmə bacarığına malik olmaq;
- İnsan resursları üzrə qeyd olunan istiqamət üzrə ən azı 4 il iş təcrübəsi.
Əmək şəraiti:
- İş rejimi: 5 gün;
- İş yeri: Bakı və Qarabağ ərazisi
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini mövzu hissəsində “İnsan resursları şöbəsinin böyük məsləhətçisi” yazmaqla göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Layihələrin (inşaat) idarə edilməsi şöbəsinin müdiri
Son tarix 04 may 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- Tikinti layihələrini Xidmətin daxili prosedur və qaydalarına, qüvvədə olan müvafiq qanunvericilik aktlarına və digər qanuni və ya tənzimləyici normalarına uyğun idarə etmək;
- Layihələndirmə işlərinin razılaşdırılmış müddətə və tələb olunan keyfiyyətdə həyata keçirilməsini təmin etmək;
- Layihələr üzrə cizgiləri, iş həcmlərini, spesifikasiya sənədlərini yoxlamaq təsdiqləmək və icrasına nəzarət etmək;
- Layihələrin icra statusu barədə mütəmadi olaraq hesabatları hazırlamaq və bütün maraqlı tərəfləri məlumatlandırmaq;
- Layihələr üzrə həcmlərin cədvəllərinin tərtibatına rəhbərlik etmək;
- Layihələndirmə üzrə əlaqələndirmə işlərini həyata keçirmək, o cümlədən - Xidmət daxili, layihəçi komandası, podratçı şirkətlər, dövlət qurumları və digər maraqlı tərəflərlə mütəmadi koordinasiya və kommunikasiya işlərini təşkil etmək;
- Tenderlərin əsas şərtlər toplusunun hazırlanmasında iştirak etmək və texniki tələbləri müəyyən etmək;
- Müqavilələrin xüsusi şərtlərinin hazırlanmasında iştirak etmək və tələbləri müəyyən etmək;
- Layihə üzrə risklərin müəyyən edilməsi, təhlil edilməsi, tədbirlər planının hazırlanması, icrası və monitorinqi işlərini həyata keçirmək;
- Tabeçiliyində olan komandanın səmərəli idarəedilməsi, qiymətləndirilməsi və inkişafı ilə bağlı tövsiyələr vermək.
Namizədə dair tələblər:
- Layihələrin idarəedilməsi sahəsində azı 4 il iş təcrübəsi;
- İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil;
- Yüksək səviyyədə idarəetmə, və rəhbərlik etmə bacarığı;
- Tikinti obyektlərinin layihələndirmə məsələlərinə aid tikinti istehsalatının texnologiyası iqtisadiyyatın və eləcə də istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını bilməli;
- Komputer bacarıqları: MS Office, Autocad.
Əmək şəraiti:
- İş yeri: Bakı və Qarabağ ərazisi.
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini elektron ünvanına, mövzu hissəsində “Layihələrin idarə edilməsi şöbəsinin müdiri” yazmaqla göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Əməyin təhlükəsizliyi şöbəsinin müdiri
Son tarix 04 may 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) xidməti işinin qurulmasını təşkil etmək;
- Xidmətin bütün struktur bölmələrində sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi məsələləri üzrə metodiki və təlimat xüsusiyyətli sənədlərin layihələrini hazırlayır, daxili prosedur qaydalara müvafiq təsdiq olunmuş normativ sənədlərin təkmilləşdirilməsi, onlara əlavə və dəyişiklərin edilməsi haqqında təkliflər vermək;
- SƏTƏM məsələləri ilə bağlı qanunvericiliyin tələbləri və müasir metodikaların qurumun fəaliyyətində tətbiq edilməsində rəhbərliyə dəstək göstərmək;
- Qurumun fəaliyyəti ilə bağlı podrat xidməti göstərən və əməkdaşlıq edən təşkilatlar tərəfindən qanunvericilik və qurumun standartlarının SƏTƏM tələblərinə riayət edilməsinə təşkil və nəzarəti həyata keçirmək;
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə qanunvericilik aktlarının, dövlət və hökumət orqanlarının aidiyyatı qərarlarının və Xidmətin bu sahədəki siyasətini müəyyən edən normativ sənədlərin mövcudluğuna nəzarəti həyata keçirmək;
- Qurumda SƏTƏM üzrə işlərin əlaqələndirilməsini təmin etmək, struktur bölmələrdə və obyektlərdə SƏTƏM üzrə qanunvericilik və normativ hüquqi aktlara riayət olunmasına nəzarəti təmin etmək; Xidmətin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
- İş yerlərində əmək şəraitinin mövcud norma və qaydalara uyğunlaşdırılması üzrə nəzərdə tutulmuş planların və tədbirlərin işlənməsində və onların yerinə yetirilməsində vəzifəli şəxslərə metodiki köməklik etmək;
- İş yerlərində təhlükəli və zərərli istehsalat amillərini aşkar etmək;
- İş yerində bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində əmək xəsarəti almış işçilərə dəymiş zərərin ödənilməsi üçün sənədlərin hazırlanmasında iştirak etmək;
- Xidmətin müvafiq bölmələri ilə birlikdə binaların, qurğuların, avadanlıqların, maşın və mexanizmlərin texniki vəziyyətini, onların əməyin mühafizəsi üzrə standartlara, normativ hüquqi aktlara uyğunluğunu, ventilyasiya sisteminin səmərəliliyini, işçilərin sanitar-texniki, kollektiv və fərdi mühafizə vasitələri ilə təmin olunması vəziyyətini yoxlamaq və ya yoxlama müayinələrində iştirak etmək;
Namizədə dair tələblər:
- Ali təhsil;
- İnşaatda SƏTƏM sahəsində minimum 5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının qanunlarını və müvafiq sahə üzrə beynəlxalq standartları bilmək;
- Ofis proqramlarında sərbəst işləmək bacarığı.
Əmək şəraiti:
- İş rejimi: 5 gün;
- İş yeri: Bakı və Qarabağ ərazisi.
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini mövzu hissəsində “Əməyin təhlükəsizliyi şöbəsinin müdiri” yazmaqla göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Sənəd dövriyyəsi və arxiv şöbəsinin müdiri
Son tarix 04 may 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Xidmətin strukturlarında kargüzarlığın, sənəd dövriyyəsinin aparılmasında mövcud qaydaların tələblərinə riayət edilməsinə rəhbərliyi və nəzarəti həyata keçirmək;
- Kargüzarlıq, sənəd dövriyyəsi, arxiv işi və vətəndaşların müraciətlərinə baxılması sahələrində təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək;
- Xidmətə daxil olan sənədlərin qəbulu, elektron idarəetmə sistemlərində qeydiyyata alınması, sənədlərin surətlərinin çoxaldılması və aidiyyəti üzrə çatdırılmasınının təmin edilməsinə nəzarət etmək;
- Xidmətdə sənədlərin çevik və vaxtında dövriyyəsini, sənədlərlə işin təşkilini, sənədlərin vaxtında icrasına (icra intizamına) səlahiyyətləri çərçivəsində cari nəzarəti və müəyyən olunmuş qaydada arxivə təhvil verilməsini təmin etmək;
- Xaric olan sənədlərin aidiyyəti üzrə göndərilməsi, təsnifləşdirilməsinə nəzarət edir və statistik hesabatların aparılmasını təmin etmək;
- Xidmət rəhbərliyi tərəfindən təcili, xüsusi əhəmiyyətli sənədlər, o cümlədən vətəndaşların təklif, ərizə və şikayətlərinə dair verilmiş tapşırıqların vaxtında icra olunmasına səlahiyyətləri çərçivəsində cari nəzarət etmək;
- Xidmətin strukturlarının kargüzarlıq (o cümlədən məxfi kargüzarlıq), sənəd dövriyyəsi, struktur bölmələrə daxil olan müraciətlər, onlara baxılması ilə bağlı fəaliyyətini əlaqələndirmək, həmin strukturların kargüzarlığa məsul olan əməkdaşları ilə fəaliyyət istiqamətlərinə uyğun olaraq təlim və məlumatlandırma işləri aparmaq;
- Məxfi məlumatları əks etdirən sənədlərin elektron dövriyyəsinin təhlükəsizliyini təmin etmək;
- Xidmətin bölmələrindən sənədlərin müvafiq qaydada arxivə qəbul edilməsinə, onların saxlanmasına, saxlanma müddəti bitdikdən sonra müvafiq qaydalara uyğun olaraq dövlət arxivinə verilməsinə, saxlanma müddəti bitmiş və arxivə verilməyən sənədlərin müvafiq akt əsasında məhv olunmasına nəzarət etmək.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Sənəd dövriyyəsi sahəsində minimum 5 il iş təcrübəsi (dövlət qurumlarında iş təcrübəsinin olması arzuolunandır);
- Kargüzarlığın və arxiv işinin aparılmasına dair təlimat üzrə biliklər;
- İngilis və rus dillərini bilməsi arzuolunandır;
- Ofis proqramlarında sərbəst işləmək bacarığı.
Əmək şəraiti:
- İş rejimi: 5 gün;
- İş yeri: Bakı və Qarabağ ərazisi.
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini mövzu hissəsində “Sənəd dövriyyəsi və arxiv şöbəsinin müdiri” yazmaqla göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.