Dövlət qurumu
İnsan Resursları üzrə Biznes Tərəfdaş
Son tarix 18 iyl 2025 [email protected]
Vəzifə öhdəlikləri:
- Müvafiq struktur bölmələrlə əməkdaşlıq edərək, işə qəbul ehtiyaclarını müəyyənləşdirmək və uyğun namizədlərin cəlb olunmasını təmin etmək
- Vakansiyalar üzrə işə qəbul prosesini başdan sona planlaşdırmaq, müsahibələrin keçirilməsində iştirak etmək və seçim qərarlarını HR strategiyasına uyğunlaşdırmaq
- Yeni işçilərin işə adaptasiya (onboarding) prosesini təşkil etmək və onların ilk aylardakı təcrübəsini izləmək
- Performans qiymətləndirmə proseslərinin hazırlanması və tətbiqinə rəhbərlik etmək
- Rəhbərlərlə əməkdaşlıq edərək hədəf qoyma, geribildirim və inkişaf planlarının qurulmasını dəstəkləmək
- Aşağı performansın səbəblərini müəyyənləşdirmək və müvafiq inkişaf planları hazırlamaq
- Performansa əsaslanan motivasiya və mükafatlandırma sistemlərinin tətbiqinə töhfə vermək
- Bölmələrin ehtiyaclarına uyğun illik təlim planlarının hazırlanması və icrasına nəzarət
- İşçilərin peşəkar və fərdi inkişafını dəstəkləyən daxili və xarici təlim imkanlarını təşkil etmək
- Təlimlərin effektivliyini ölçmək və nəticələrə əsasən inkişaf sahələrini müəyyənləşdirmək
- Rəhbərlik və liderlik bacarıqlarının inkişafına yönəlik proqramların hazırlanmasında iştirak etmək
Vəzifə üzrə tələblər:
- Ali təhsil (İnsan Resursları, Biznesin İdarə Edilməsi, Psixologiya və ya digər müvafiq sahə üzrə)
- İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi, o cümlədən HR biznes tərəfdaşlığı, işə qəbul, performans və təlim sahələrində təcrübə üstünlükdür
- Strateji yanaşma və struktur bölmələrlə əməkdaşlıq təcrübəsi
- İşə qəbul, performans idarəetməsi, təlim və inkişaf, əmək qanunvericiliyi sahələrində biliklər
- HR analitikası və göstəricilər üzrə anlayış (məsələn: turnover rate, time to hire, training effectiveness və s.)
- Güclü təşkilati, analiz və problem həll etmə bacarıqları
- MS Office proqramlarında sərbəst işləmək bacarığı (xüsusilə Excel və PowerPoint)
- İnsan resursları ilə bağlı proqram təminatlarında (ATS, LMS və s.) təcrübə üstünlükdür
- Azərbaycan dili – əla səviyyədə
- Rus və İngilis dilləri – arzuolunandır (xüsusilə yazılı sənədləşmə və təqdimatlar üçün)
- Rəhbərlik və komanda ilə effektiv ünsiyyət qurmaq bacarığı
- Yüksək dərəcədə məsuliyyətlilik və nəticəyə yönəlik yanaşma
- Konfidensiallıq və etibarlılıq prinsiplərinə ciddi riayət
- Dəyişiklikləri idarəetmə və təşəbbüskarlıq bacarığı
İş şəraiti
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) ;
- Korporativ nömrə ilə təmin olunma ;
- Bazar rəqabətli əmək haqqı ;
- İş yeri: Şəhər mərkəzi
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “İnsan Resursları üzrə Biznes Tərəfdaş” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
İnsan Resursları Əməliyyatları üzrə mütəxəssis
Son tarix 18 iyl 2025 [email protected]
Vəzifə öhdəlikləri:
- İşçilərlə bağlı əməliyyat proseslərini (işə qəbul sənədləri, vəzifə dəyişiklikləri, əmək müqaviləsi əlavələri, məzuniyyətlər, işdən çıxma və s.) vaxtında və düzgün şəkildə icra etmək
- HR sənədləşmə proseslərinin mövcud normativ və hüquqi tələblərə uyğun təşkilini təmin etmək
- Əmək qanunvericiliyinə uyğunluğa nəzarət və əməkdaşların hüquqları barədə maarifləndirmə aparmaq
- İşçilərlə bağlı məlumatların HR sistemində tam və dəqiq formada aparılmasını təmin etmək
- Kuratorluq etdiyi əməkdaşlar üzrə məlumatları (işçi dövriyyəsi, yoxlama nəticələri, performans rəyləri və s.) analiz edərək dövri hesabatlar hazırlamaq
- HR rəhbərliyinə və biznes tərəfdaşlara müntəzəm məlumat təqdim etmək, problemlərin erkən mərhələdə aşkarlanması üçün proaktiv yanaşmaq
Vəzifə üzrə tələblər:
- Ali təhsil (İnsan Resursları, Menecment, Psixologiya və ya digər müvafiq sahələr üzrə)
- İnsan resursları əməliyyatları sahəsində minimum 2-3 il iş təcrübəsi
- İşçilərlə fərdi işləmə, kuratorluq və əməkdaş təcrübəsinin idarə olunması sahəsində bacarıq
- Əmək qanunvericiliyi, daxili nizamnamələr və HR prosedurları üzrə biliklər
- Sənədləşmə, personal uçotu və əməliyyat proseslərinin idarə olunması təcrübəsi
- HR sistemləri və proqramlarında işləmək bacarığı (ERP, 1C, SAP, HRMS və s.)
- MS Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı
- Yüksək məsuliyyət və detallara diqqət
- Təşkilatçılıq, analitik düşüncə və vaxtın idarə olunması bacarığı
- Azərbaycan dili səlis, əlavə olaraq rus və ya ingilis dili bilikləri üstünlükdür
- Komanda ilə işləmə və kommunikasiya bacarıqları inkişaf etmiş olmalıdır
İş şəraiti:
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) ;
- Korporativ nömrə ilə təmin olunma ;
- Bazar rəqabətli əmək haqqı;
- İş yeri: Şəhər mərkəzi
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “İnsan Resursları Əməliyyatları üzrə mütəxəssis” qeyd etməklə CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.