Dövlət qurumu
Politoloq (Analitik)
Son tarix 21 dek 2023 [email protected]
Öhdəliklər:
- Beynəlxalq arenada cərəyan edən proseslərin izlənilməsi, aktual mövzuların müəyyənləşdirilməsi, biznes və iqtisadi sferada yeniliklərin öyrənilməsi və təhlili;
- Təhlil üzrə məlumatların yekunlaşdırılması və yekun hesabatların yazılması
- Tələb olduğu halda təhlil və beyin mərkəzləri, təşkilat və şirkətlərlə əlaqələr yaratmaq, müsahibələr vermək, həmçinin beynəlxalq tədbirlərdə qurumu təmsil etmək.;
Tələblər:
- AR vətəndaşlığı;
- 25-32 yaş;
- Minimal iş təcrübəsi – 1-3 il;
- Hərbi mükəlləfiyyət (Bəy namizədlər üçün qeyd edilən tələb mütləqdir.);
- Ali təhsil
- Azərbaycan və rus dillərində mükəmməl yazı və danışıq qabiliyyəti (əlavə dil bilikləri olan şəxslərə üstünlük veriləcək);
- Analitik yanaşma və təhlili ümumiləşdirmə bacarıqları;
- Komandada işləmək bacarığı və fərdi inkişafa yönəlmiş motivasiya;
- Onlayn axtarış platformaları üzrə işləmə bacarığı.
- Yüksək təhlil etmə və monitorinq bacarığı;
*Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.
Əmək haqqı: 1000 AZN + Bonus sistemi
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Politoloq” yazaraq göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.
Procurement Specialist
Son tarix 21 dek 2023 [email protected]
Öhdəliklər:
- Vəzifə öhdəliklərinə uyğun olaraq satınalmalar planı hazırlamaq və onun tətbiqini təmin etmək;
- Strateji və əsas biznes müqavilələri ilə bağlı satınalmalar strategiyasının formalaşdırılması məqsədilə proqnoz xarakterli məlumatlar toplamaq və tələbatla əlaqədar təhlil aparmaq üçün əməliyyat şöbəsi ilə əməkdaşlıq etmək;
- Tender iştirakçılarının ilkin siyahısını hazırlamaq. Yeni potensial tender iştirakçılarına dair tələbləri müəyyənləşdirmək;
- Görülən işlərin prosedur və təlimatlara uyğun həyata keçirilməsi;
- Müvafiq tərəflərlə Müqavilə ilə bağlı başlanğıc görüşü keçirmək;
- Satınalmanın həcmi ilə şərtlər, zəmanətlər, kompensasiya və sığorta arasındakı uyğunsuzluqları nəzərdən keçirmək;
- Bilik səviyyəsini artırmaq məqsədi ilə daimi üzərində çalışmaq;
- Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək;
- Təşkilatla əməkdaşlığa cəlb edildikdən sonra tədarükçülərin bitmiş işlər/layihələrdə fəaliyyətinin aidiyyəti üzrə dəyərləndirilməsini bununla bağlı müraciət daxil olduqda vaxtında həyata keçirmək və müraciət edən tərəfə dəyərləndirmə nəticələrini təqdim etmək;
Tələblər:
- AR vətəndaşlığı;
- 25-34 yaş;
- Ali təhsil;
- Minimal iş təcrübəsi – 3-5 il;
- Hərbi mükəlləfiyyət ; (Bəy namizədlər üçün mütləq tələb)
- Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti;
- Kompüter bacarıqları: MS Office (Excel proqramının yüksək səviyyədə istifadə bacarığı);
- Komandada işləmək bacarığı;
- Yaxşı analitik və peşəkar ünsiyyət bacarıqları, danışıqların aparılması bacarıqları.
- Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
- İşgüzar yazışma əsaslarını bilmək;
Əmək haqqı: 1300 AZN + Bonus sistemi
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “ Procurement Specialist ” yazaraq göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.
Marketing Manager
Son tarix 21 dek 2023 [email protected]
Vakansiya üzrə yalnız xanım namizədlər tələb edilir:
- Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə təyin edilən tapşırıqların icrası;
- Marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin yaradılmasında iştirak etmək;
- PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsi
- Sosial şəbəkə hesablarının idarə edilməsi ( Facebook, Instagram, YouTube, TikTok, və s.)
- Kontent məzmunun idarə edilməsi (Trend və yeniliklərə uyğun araşdırmaların aparılması)
- Sosial media reklamlarının effektivliyinin monitorinqı, aylıq hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması.
- Analizə əsasən optimizasiyaların aparılması;
- Görüşlərin təşkil edilməsi və rəhbərliyin qeyd etdiyi tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- AR vətəndaşlığı;
- 25-32 yaş;
- Minimal iş təcrübəsi – 1-3 il;
- Ali təhsil
- Azərbaycan və rus dillərində mükəmməl yazı və danışıq qabiliyyəti (əlavə dil bilikləri olan şəxslərə üstünlük veriləcək);
- Analitik yanaşma və təhlili ümumiləşdirmə bacarıqları;
- Komandada işləmək bacarığı və fərdi inkişafa yönəlmiş motivasiya;
- Onlayn axtarış platformaları üzrə işləmə bacarığı.
- Yüksək təhlil etmə və monitorinq bacarığı;
- SEO üzrə biliklər arzu olunandır;
- Excel və ya Google Sheet bilikləri
- Meta Ads, Google Ads bilikləri
Əmək haqqı: 900 AZN + Bonus sistemi
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Marketinq” yazaraq göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.
HR Specialist
Son tarix 21 dek 2023 [email protected]
Vəzifə və öhdəliklər:
- Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara uyğun işçilərin işə qəbulu, köçürülməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi.
- İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq;
- Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək;
- Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması;
- İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialları hazırlamaq;
- İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
- İnsan resursları departamentinə aidiyyəti hesabatları tərtib edilməsi və təqdim edilməsi;
- Aylıq hesabatların hazırlanması;
- İnsan Resursları əməliyyatlar istiqamətinə aid olan prosedurların hazırlanması və ya yenilənməsi;
- Əmək haqqı araşdırılmalarının aparılması və analizi;
- Rəhbərlik tərəfindən veriləcək Əmək qanunvericiliyi ilə bağlı sorğuları və tapşırıqları icra etmək;
Şəxsi keyfiyyətlər:
- Nitqi aydın və səlis olmalı;
- Fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı;
- Məsuliyyətli və səbrli olmalı;
Tələblər:
- AR vətəndaşlığı;
- Ali təhsil (psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
- 25-35 yaş;
- Azərbaycan Respublikası Əmək Məcəlləsi bilikləri;
- Minimal iş təcrübəsi – 3-5 il;
- Hərbi mükəlləfiyyət (bəy namizədlər üçün qeyd edilən tələb mütləqdir.) ;
- Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
- Güclü kommunikasiya və təqdimat bacarığı;
- Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti;
- Orfoqrafik yazı qaydalarını mükəmməl bilmək;
- Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;
*Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.
Əmək haqqı: 1500 AZN + Bonus sistemi.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “ HR Specialist ” yazaraq göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.
Anbardar (Səngəçal)
Son tarix 21 dek 2023 [email protected]
Əmək haqqı: 800 AZN (net), əlavə olaraq il ərzində mükafat almaq imkanı.
İş Yeri: Səngəçal qəsəbəsi (Nahar şirkət tərəfindən təmin olunur)
İş yerinə çatdırılma: Şirkət tərəfindən təmin olunur (20 yanvar m/s)
İş Şəraiti: Standart- ofis
İş Rejimi: 5 günlük 09:00-18:00
Sığorta: İcbari
Namizədə tələblər:
- Təhsil: Ali Təhsil
- Xüsusi biliklər:
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Müvafiq sahə min.2 il təcrübə (Qida sektorunda təcrübəsi olan namizədlərə üstünlük verilir);
- Komandada işləmək bacarığı.
- Dil bacarığı: Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı
- Kompüter bacarığı: MS Office proqramları, 1 C
Vəzifə öhdəlikləri:
- Mal və materialların qəbulu;
- Malın anbarda yerləşdirilməsi;
- Anbarda olan mal və materialların saxlanması rejiminə, sənədləşməsinə və mədaxil-məxaric sənədlərinin təhvil qaydalarına riayət olunmasını təmin etmək.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Səngəçal-anbardar” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Tərcüməçi (İngilis dili üzrə)
Son tarix 21 dek 2023 [email protected]
Tərcümə komandamıza peşəkar tərcümə keyfiyyəti olan gənclər tələb edilir.
İngilis dili və Azərbaycan dilini yazılı və şifahi səviyyədə əla bilməsi vacibdir. Vakansiya üzrə yalnız bəy namizədlər müraciət edə bilər. Müraciət zamanı IELTS sertifikatı əlavə edilməlidir. (Sertifikatın vaxtı keçibsə belə)
Vəzifə və öhdəliklər:
- Tərcümə zamanı qrammatika qaydalarına dəqiqliklə riayət etmək,
- Rəhbərlik tərəfindən təqdim edilən sənədlərin tərcüməsini dəqiqliklə təmin etmək;
- Azərbaycan dilindən ingilis dilinə və əks istiqamətdə tərcümələrin yerinə yetirilməsi;
- Beynəlxalq əlaqələrin qurulması; (görüşlər, yazışmalar, zənglər, qəbullar və s.)
- Layihələrin hazırlanması və rəhbərliyə təqdim olunması;
- Tərcümə edilmiş materialların redaktəsi;
Tələblər:
- AR vətəndaşlığı;
- Ali təhsil;
- Yüksək sinxron tərcümə etmə qabiliyyəti;
- İngilis dilini və Azərbaycan dilini yazılı və şifahi səviyyədə əla bilməsi (minimum IELTS 7);
- Rus dili üzrə bilikləri arzuolunandır;
- Əlavə dil biliklərinə həmçinin üstünlük verilir. (Alman, Fransız və s.) ;
- Detallara diqqətli olmaq;
- 21-31 yaş;
- Minimal iş təcrübəsi – 1-3 il;
- Hərbi mükəlləfiyyət (bəy namizədlər üçün qeyd edilən tələb mütləqdir.);
- Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
- Əla kommunikativ və analitik bacarıqlar;
- Stressə davamlılıq ;
- Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti.
Əmək haqqı: 2000 AZN.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Tərcüməçi” yazaraq göndərə bilərlər.
Müraciət zamanı IELTS sertifikatı əlavə edilməlidir. (Sertifikatın vaxtı keçibsə belə).