Dövlət qurumu
Procurement Specialist
Son tarix 24 dek 2023 - [email protected]
Öhdəliklər:
- Vəzifə öhdəliklərinə uyğun olaraq satınalmalar planı hazırlamaq və onun tətbiqini təmin etmək;
- Strateji və əsas biznes müqavilələri ilə bağlı satınalmalar strategiyasının formalaşdırılması məqsədilə proqnoz xarakterli məlumatlar toplamaq və tələbatla əlaqədar təhlil aparmaq üçün əməliyyat şöbəsi ilə əməkdaşlıq etmək;
- Tender iştirakçılarının ilkin siyahısını hazırlamaq. Yeni potensial tender iştirakçılarına dair tələbləri müəyyənləşdirmək;
- Görülən işlərin prosedur və təlimatlara uyğun həyata keçirilməsi;
- Müvafiq tərəflərlə Müqavilə ilə bağlı başlanğıc görüşü keçirmək;
- Satınalmanın həcmi ilə şərtlər, zəmanətlər, kompensasiya və sığorta arasındakı uyğunsuzluqları nəzərdən keçirmək;
- Bilik səviyyəsini artırmaq məqsədi ilə daimi üzərində çalışmaq;
- Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək;
- Təşkilatla əməkdaşlığa cəlb edildikdən sonra tədarükçülərin bitmiş işlər/layihələrdə fəaliyyətinin aidiyyəti üzrə dəyərləndirilməsini bununla bağlı müraciət daxil olduqda vaxtında həyata keçirmək və müraciət edən tərəfə dəyərləndirmə nəticələrini təqdim etmək;
Tələblər:
- AR vətəndaşlığı;
- 25-34 yaş;
- Ali təhsil;
- Minimal iş təcrübəsi – 3-5 il;
- Hərbi mükəlləfiyyət ; (Bəy namizədlər üçün mütləq tələb)
- Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti;
- Kompüter bacarıqları: MS Office (Excel proqramının yüksək səviyyədə istifadə bacarığı);
- Komandada işləmək bacarığı;
- Yaxşı analitik və peşəkar ünsiyyət bacarıqları, danışıqların aparılması bacarıqları.
- Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
- İşgüzar yazışma əsaslarını bilmək;
Əmək haqqı: 1300 AZN + Bonus sistemi
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “ Procurement Specialist ” yazaraq göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.
HR Specialist
Son tarix 24 dek 2023 [email protected]
Vəzifə və öhdəliklər:
- Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara uyğun işçilərin işə qəbulu, köçürülməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi.
- İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq;
- Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək;
- Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması;
- İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialları hazırlamaq;
- İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
- İnsan resursları departamentinə aidiyyəti hesabatları tərtib edilməsi və təqdim edilməsi;
- Aylıq hesabatların hazırlanması;
- İnsan Resursları əməliyyatlar istiqamətinə aid olan prosedurların hazırlanması və ya yenilənməsi;
- Əmək haqqı araşdırılmalarının aparılması və analizi;
- Rəhbərlik tərəfindən veriləcək Əmək qanunvericiliyi ilə bağlı sorğuları və tapşırıqları icra etmək;
Şəxsi keyfiyyətlər:
- Nitqi aydın və səlis olmalı;
- Fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı;
- Məsuliyyətli və səbrli olmalı;
Tələblər:
- AR vətəndaşlığı;
- Ali təhsil (psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
- 25-35 yaş;
- Azərbaycan Respublikası Əmək Məcəlləsi bilikləri;
- Minimal iş təcrübəsi – 3-5 il;
- Hərbi mükəlləfiyyət (bəy namizədlər üçün qeyd edilən tələb mütləqdir.) ;
- Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
- Güclü kommunikasiya və təqdimat bacarığı;
- Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti;
- Orfoqrafik yazı qaydalarını mükəmməl bilmək;
- Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;
*Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.
Əmək haqqı: 1500 AZN + Bonus sistemi.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “ HR Specialist ” yazaraq göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.
Maliyyə təhlili üzrə mütəxəssis
Son tarix 24 dek 2023 [email protected]
Əmək funksiyası:
- Aylıq, rüblük, illik Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsi, maliyyə göstəricilərinin analitikası
- Pul vəsaitlərinin hərəkətinin təhlilinin aparılması
- Tarixi maliyyə və istehsal məlumatlarından istifadə etməklə, mövcud bazar tendensiyalarını təhlil etmək və maliyyə proqnozlarının formalaşdırılmasında iştirak etmək
- Plan/Fakt analizlərin aparılması və aşkar olunan uyğunsuzluqların araşdırılması
- İnvestisiyaların qiymətləndirilməsi və modellərin qurulmasında iştirak etmək
- Maliyyə və əməliyyat göstəricilərinin hərtərəfli təhlilini əhatə edən hazırlanmış hesabatlar və təqdimatlar hazırlanması
- Daxil olan digər ad-hoc sorğuların icra edilməsi.
Vəzifə tələbləri:
- Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
- Təhsil ixtisası: Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə
- İş təcrübəsi (minimum): Təcrübə tələb olunmur, lakin üstünlükdür
- Dil bilikləri: Azərbaycan dili, Ingilis dili (Rus dili arzuolunandır)
- Kompüter bilikləri: Microsoft office proqramları (əsasən Excel) və 1C 8.3
- Digər zəruri tələblər: Beynəlxalq sertifikatların mövcudluğu arzuolunandır (ACCA F2,F5 və CFA).
Vəzifənin tələb etdiyi səriştəliliklər:
- Problem həll etmə bacarıqları
- Detallara diqqət
- Komandada işləmək bacarığı
- Analitik düşünmə bacarığı.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Maliyyə təhlili üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.