Satınalma üzrə mütəxəssis
Son tarix 12 fev 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq idarədə satınalma proseslərini həyata keçirmək;
- Satınalma müqavilələrinin və planının hazırlanması, əlavə və dəyişikliklərin tərtibi, ləğv edilməsi, icrasına nəzarət edilməsi və reyestrini aparmaq;
- Müqavilə imzalanması ilə bağlı qalib və digər iştirakçı təşkilatlara bildirişlərin göndərilməsi;
- tenderin nəticəsi ilə bağlı bildirişin və müqavilə məlumatının qanunla müəyyən edilmiş müddət ərzində elektron satınalmalar portalında yerləşdirilməsini təmin etmək;
- satınalma prosedurları haqqında hesabatın tam şəkildə Dövlət satınalmalarının vahid internet portalında yerləşdirmək;
- satın alınacaq malların, işlərin və xidmətlərin ehtimal olunan qiymətinin hesablanması və onun müəyyənləşdirilməsinin əsası üçün qanunvericiliyin tələblərinə uyğun olaraq bazar araşdırılmasının aparılması və müvafiq formanın təsdiq etdirilməsi;
- daxil olan satınalma sifarişlərinin vaxtında və tələb olunan keyfiyyətdə icrasını təmin etmək;
- satınalma prosesində yarana biləcək çətinliklərin, uyğunsuzluqların aradan qaldırılması və ya bu istiqamətdə işlərin koordinasiyasını etmək;
- satınalmaların (tenderlərin və kotirovkaların) təşkilində iştirak etmək;
- bazar araşdırmalarının aparılması və yeni tədarükçülərin tapılmasını təmin etmək;
- təklifləri təqdim etmiş təchizatçıların uyğunluq göstəricilərini müəyyənləşdirmək;
- təchizatçılara təqdim olunması üçün şərtlər toplusunun hazırlanmasını təmin etmək;
- satınalma prosesində informasiya təhlükəsizliyini, məlumat və verilənlər bazasının dayanıqlığını qanunvericiliyin tələblərinə uyğunluğunun qorunmasını və keyfiyyətini təmin etmək;
- mövcud sifarişlər və tədarük əlaqələri haqqında araşdırma aparmaq;
- mallar, materiallar, komponentlər və ya xidmətlər üzrə müəyyən edilmiş qiymət, keyfiyyət və çatdırılma hədəflərinə uyğun olaraq satınalmanı həyata keçirmək;
- qiymət, malların keyfiyyəti, son tarixlər, gözləntilər və s. haqqında təchizatçılarla danışıqlar aparmaq;
- malların yenilənmələri və təfərrüatları ilə bağlı təchizatçılarla sifarişçilər arasında əlaqə qurmaq;
- tədarükçülərlə müqavilələrin bağlanması, müqavilə şərtlərinin müəyyən edilməsi və müqavilə şərtləri üzrə öhdəliklərin vaxtında icra edilməsinə nəzarət etmək;
- Satınalma prosesləri ilə əlaqədar aidiyyəti qurumlarla yazışmaları təmin etmək.
Namizədə tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə ən azı 3 illik iş təcrübəsi;
- Dövlət satınalmaları haqqında qanunvericiliyi bilməlidir;
- “etender.gov.az” portalından istifadə təcrübəsi olmalıdır;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə bilikləri.;
- Komandada işləmək bacarığı;
- Diqqətlilik və məsuliyyətlilik.