Dövlət qurumu
Strateji planlaşdırma və inkişaf məsələləri üzrə mütəxəssis
Son tarix 02 noy 2025 - [email protected]
İş şəraiti:
- İş yeri: Dövlət qurumu tabeliyində
- İş saatları: 09:00-18:00
- İş yeri: Bakı şəhəri, Nəsimi rayonu
Əsas funksiyaları:
- Sosial-iqtisadi inkişaf ilə bağlı strateji sənədlərin, normativ hüquqi aktların və proqram layihələrinin hazırlanması;
- Qısa, orta və uzunmüddətli strateji hədəf, məqsəd, prioritet və tədbirlərin müəyyənləşdirilməsi və onların icra mexanizmlərinin işlənməsi;
- Sosial-iqtisadi inkişaf proqnozlarının hazırlanması;
- İnvestisiyaların təşviqi üzrə siyasətin və effektiv alətlərin formalaşdırılması;
- Monitorinq və qiymətləndirmə hesabatlarının, həmçinin ümumi analitik sənədlərin hazırlanması;
- Müxtəlif mövzular üzrə tədqiqatların aparılması, tədqiqat planlarının hazırlanması və nəticələrin təqdim olunması.
Vəzifə tələbləri:
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Güclü analitik və tənqidi düşünmə bacarığı;
- Yüksək səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə ingilis dili biliyi;
- Komandada işləmək, təşəbbüskarlıq və məsuliyyətlilik.
Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.).
Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini email-in mövzu hissəsində “Strateji planlaşdırma və inkişaf məsələləri üzrə mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.